Peyğəmbərlə bağlı şeir müsabiqəsi yekunlaşıb

Peyğəmbərlə bağlı şeir müsabiqəsi yekunlaşıb
24 aprel 2013
# 11:27

Türkiyənin Azərbaycandakı səfirliyinin Din Xidmətləri Müşavirliyi, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birgə Məhəmməd Peyğəmbərin doğum günü ilə bağlı peyğəmbəri vəsf edən şeir müsabiqəsi keçirib.

Bu haqda APA-ya müsabiqənin münsiflər heyətinin sədri, şair Əjdər Ol məlumat verib. Qaliblərin mükafatlandırılma mərasimində bildirilib ki, müsabiqədə ümumilikdə 150 şair iştirak edib.

Birinci yeri Vaqif Bayatlı Odər və Şahin Fazil, ikinci yeri Dursun Çalışqan və Cabir Savalan, üçüncü yeri Gülayə, Aişə və Eldar Kərimli tutublar. Şairlər Nizami Zöhrabi, Zahid Sarıtorpaq, Ələmdar Mahir və Hikmət Fərzəliyev isə həvəsləndirici mükafata layiq görülüb.

Qalib şairlərin hamısına pul mükafatı verilib.

# 2065 dəfə oxunub

Müəllifin son yazıları

# # #