Xarici vətəndaşlar üçün dil kursları

Xarici vətəndaşlar üçün dil kursları
19 avqust 2015
# 16:36

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin (Azərbaycanda yaşayan xarici vətəndaşların) Azərbaycan dilini düzgün və daha rahat şəkildə mənimsəmələri məqsədilə dil kurslarına qəbul elan edir.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursun aidiyyatlı qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur.

Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər, əsasən, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.

Kursların başlanğıc tarixi bu ilin sentyabr ayı, müddəti 5 ay, məşğələlərin sayı həftədə 2 dəfədir. Dərs müddəti isə 1,5 saatdır. Kurslar Tərcümə Mərkəzinin inzibati binasi (Əlimərdan Topçubaşov küçəsi, 74.) keçirilir. Aylıq ödəniş 100 AZN-dir.

Kurslara qeydiyyat üçün lazım olan sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti

2) 2 ədəd fotoşəkil

3) CV

# 1182 dəfə oxunub

Müəllifin son yazıları

# # #