Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
21 dekabr 2012
# 12:39

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq artisti Firəngiz Əlizadə yekdilliklə yenidən ittifaqın sədri seçilib. Seçkiləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva müşahidə edib.

Seçkilərin nəticəsi olaraq 25 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Hazırda ittifaqın katibliyinin iclası keçirilir.

# 1484 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #