Azərbaycan filmi İtaliyada qalib oldu  

Azərbaycan filmi İtaliyada qalib oldu  
4 sentyabr 2013
# 17:57

Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser Rodion İsmayılovun "Köç" sənədli filmi İtaliyanın Neapol şəhərində keçirilən VI Beynəlxalq "Faito doc Festival" sənədli filmlər festivalında əsas mükafata layiq görülüb.

APA-nın məlumatına görə, 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "DS film" studiyasında istehsal olunan ekran əsəri ölkəmizin qədim adət-ənənələrini özündə əks etdirir.

Filmdə bütün ömrü boyu heyvandarlıqla məşğul olan, il ərzində yaylaqlardan qışlaqlara və geriyə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu peşəni çobanlar səbirlə davam etdirirlər. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.

Qeyd edək ki, "Köç" filmi bundan əvvəl 30-dək beynəlxalq festivalda iştirak edib.

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

# # #