Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçiriləcəyi yer dəyişdirilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, qurultay üçün nəzərdə tutulan Gənc Tamaşaçılar Teatrında yer problemi olduğu üçün birliyin rəhbərliyi Akademik Milli Dram Teatrına müraciət edib: “Gənc Tamaşaçılar Teatrı təxminən 300 yerlikdir. Bizim qurultayda isə 500-dən artıq nümayəndə iştirak edəcək. Ona görə də Akademik Milli Dram Teatrına müraciət etdik və razılıq əldə etmişik. Artıq qurultayın məhz bu teatrın binasında keçirilməsi qətiləşib”.
X.Rza əlavə edib ki, hazırda qurultayın keçirilməsi üçün təşkilati hazırlıq işləri həyata keçirilir.
- "Dedilər ki, Çingiz qoyunları ilə məşğul olsun"-MÜSAHİBƏ
- Azərbaycan Dil Qurumunun rəsmi internet saytı təqdim olunub
- Rafiq Tağının istintaqı dayandırıldı-YENİLƏNİB
Qeyd edək ki, AYB-nin qurultayı iyunun 17-də keçiriləcək.