AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri işıq üzü görüb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri işıq üzü görüb
1 fevral 2013
# 16:22

Muzeydən APA-ya verilən məlumata görə, Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulovanın “Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində” kitabı indiyədək Azərbaycan etnoqrafiyası və folklorşünaslığında geniş tədqiqatlara cəlb olunmayan mövzuya – atalar sözləri və xalq məsəllərinin etnoqrafik duyum-yozum kontekstində araşdırılmasına həsr olunub.

Ciddi axtarışlar, etnoqrafik müşahidələr, folklor örnəklərinə böyük ehtiramın nəticəsi kimi yazılan bu əsərdə Azərbaycan etnoqrafiyasının maddi mədəniyyət, sənətkarlıq, təsərrüfat məişəti problemləri haqqında söylənmiş atalar sözləri və xalq məsəllərinin həm birbaşa deyim-duyum məqamı, həm də onların etnoqrafik duyum-yozum kontekstində məna tutumu aşkar edilib. Əsər elmi ictimaiyyət, pedaqoji işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Nəfis tərtib olunmuş kitabda mövzuya uyğun olaraq etnoqrafik əşyalar, əmək alətləri, məişət əşyalarının fotoşəkilləri verilib.

# 2208 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #