Məşhur bəstəkar “Twitter” məhbusu oldu

Məşhur bəstəkar “Twitter” məhbusu oldu
15 aprel 2013
# 13:31

“Twitter”də paylaşdığı statuslar səbəbilə “Xalqın dəyərlərini ələ saldığı” iddiası əsasında 1,5 il müddətinə həbs cəzası tələb olunan tanınmış pianoçu Fazil Say haqqında məhkəmə hökmü çıxarılıb.


APA-nın məlumatına görə, 10 ay müddətinə həbs cəzası alan sənətçinin cəza çəkmə müddəti təxirə salınıb.

Məhkəmə qərarında Fazil Sayın statuslarının insanların Allah, cənnət və cəhənnəm kimi anlayışlarla bağlı inamlarını təhqir etdiyi, müəllifin bilərəkdən bu dini anlayışları ələ saldığı qeyd olunur.

Qeyd edək ki, dövlət ittihamçısı iddialarını əsaslandırmaq üçün Fazil Sayın “Twitter”də Ömər Xəyyamın “Deyirlər məhşərdə huri cənnət var, Gözəl bulaqlardan bal – şərab axar, Demək gözəl sevmək, mey içmək xoşdur, Madam ki orda da olacaq bunlar” rübaisini bölüşdüyünü əsas gətirib.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #