Kulis.Az-ın “Tək kəlmə” layihəsinin qonağı rejissor, aktyor Namiq Ağayevdir. Bu layihədə qonaqlar tək kəlməlik suala qısa və assosiativ cavablar verirlər.
- Uşaqlıq...
- Gülüş. İşıq.
- Allah...
- Göy üzü. Səma.
- Ailə...
- Ocaq.
- Cənnət...
- Meyvə, yaşıllıq. Ağacın altından axan çay.
- Utopiya...
- Təyyarənin arxasınca buraxdığı ağ duman zolağı.
- Sevgi...
- Qoxu.
- Milli...
- "Yallı" rəqsi.
- Xəyanət...
- Ürək bulantısı.
- “Azdrama”...
- Qədim Roma.
- AzTV...
- Mavzoley.
- O qadın...
- Retro dövrdən tramvaya adlayan qadın.
- Məktəb...
- Zəng səsi.
- Namus...
- Ağqvardiyaçı poqonu.