”Ready-made” üslubunda müəllif öz “əsər”ini-başqasının hazırladığı və ya yazdığı, istehsal etdiyi obyekti və ya mətni bədii məqsədlərlə təqdim etmir.
Müəllifin müəllifliyi bu obyekti seçib onu bədii olmayan məkandan bədii məkana yerləşdirməkdir. Bununla bu obyekt görmədiyimiz bir tərəfdən açılır və onda kənar kontekstdə yeni mənalar açılır. “Ready-made”-in əsas qayəsi budur.
Bəs görəsən klassik əsərlər bədii məkandan bədii olmayan məkana gətirilsə nə olar? Ukraynalı sənətçi Aleksey Kondakov məhz bunu edib.
“2 Gerçəklik” adlandırılan seriyada rəssam klassik tabloları fotoşopla metro, avtobus, küçələrə yerləşdirib. Eynən tanıdığımız “ready-made” nümunələrindəki kimi bu klassik tablolarda yeni kontekstdə başqa mənalar açılıb. Bir muzeydə olduqca estetik və əzəmətli görünən klassik tablolardakı adamlar müasir həyatda əyləncə düşkünü və ya sərxoş kimi görünüb.
Kulis Aleksey Kondakovun eksperimentini təqdim edir.