Böyük Britaniyanın Filmləri Təsnifatlandırma Şurası “Bozun 50 çaları” filminə “18+” bildirişi təyin edib. Kulis.Azın lenta.ru- saytına istinadən verdiyi məlumata görə qərar filmdəki qəddar seks səhnələrinə görə verilib. Qeyd edək ki, bu səhnələrin heç birini şura kəsməyib.
Eyni zamanda ABŞ-da analoji xidmət filmə R reytinqi təyin edib. Bu reytinqə görə, 17 yaşınadək olan uşaqlar filmə böyüklərlə birgə baxmalıdır.
Film Britaniya yazıçısı E.L.Ceymsin 2011-12-ci illərdə yazılıb nəşr olunan eyinadlı romanı əsasında çəkilib. Kitab tələbə Anasteyşa və BDSM-lə maraqlanan milyarder Kristian Qrey arasındakı münasibətlərdən bəhs edir… “Bozun əlli çaları” bu gün dünyada ən çox satılan kitabdır.
Filmin dünya premyerası fevralın 11-də Berlin festivalında baş tutacaq.