Gənc müəllif sevgi romanı yazdı

Gənc müəllif sevgi romanı yazdı
5 fevral 2018
# 15:05

Azərbaycanlı gənc yazar Səidə Seyidova “Xəyallar və Gerçəklər” adlı yeni kitabını təqdim edib.

Kulis.az-a açıqlama verən yazar bildirib ki, kitab gənc bir xanımın və onun kimi eyni taleyi yaşayan bir oğlanın həyatına əsasən qələmə alınıb: “Real hadisələrə əsasən yazılan kitabda hadisələr tarixlə qeyd olunub. “Xəyallar və Gerçəklər” povesti, bəzilərinin “bəsit” sandıqları sevgi hissinin, əslində bir o qədər mürəkkəb, şirin və fədakar olduğunu anlatmaqdadır.

Nərgiz adlı gənc xanım toy gününə az bir zaman qalmış nişanlısı tərəfindən aldadılaraq tərk edilir. Nərgiz bu sarsıntıdan sonra bir daha kimisə sevməyəcəyinə və bağlanmayacağına dair özünə söz verir. Amma 3 il sonra gözləmədiyi anda qarşısına özünə inamlı, gülər üz, mehriban, uğurlu iş adamı olan Rüfətlə rastlaşır...”.

# 755 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #