“Məlikməmməd” nağılı səhnədə

“Məlikməmməd” nağılı səhnədə
21 yanvar 2015
# 15:36

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir uşaq tamaşasının məşqlərinə başlanıb.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, «Məlikməmməd və sehrli almalar»a Əməkdar Artist Nicat Kazımov quruluş verir. Tamaşanın quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Roza İbadova, Günel Məmmədova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Müşfiq Əliyev, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov, Xəyal Salahov ifa edəcəklər.

Tamaşanın premyerasının mart ayının 12-də nümayiş etdirilməsi nəzərdə tutulur.

# 931 dəfə oxunub

Müəllifin son yazıları

# # #