Pantomima ustadı vəfat etdi

Pantomima ustadı vəfat etdi
31 oktyabr 2014
# 11:41

Dünən, oktyabrın 30-da Rusiyanın teatr və kino aktyoru, pantomima ustadı İlya Rutberq 83 yaşında vəfat edib. Bu barədə kulis.az lenta.ru saytına istinadən xəbər verir. Aktyorun vəfat xəbərini mətbuata Vaxtanqov adına teatrda çalışan qızı aktrisa Yuliya Rutberq verib.

Rutberq 1932-ci ildə Leninqradda doğulub. 1966-cı idə Teatr sənəti institutunu bitirib, Moskva Dövlət Universitetində Tələbə teatrının yaradıcısı olub. İlya Rutberq geniş publikaya "Xoş gəlmisiniz və ya kənar şəxslərin girişi qadağandır", Aybolit-66", "Adsız ulduz" və s. kimi filmlərdə epizodik rolarından tanışdır.

İlya Rutberq dünyada yeganə Mədəniyyət, incəsənət və turizm işçiləri hazırlıq akademiyasında Pantomima və plastik mədəniyyət kafedrasının rəhbəri idi.

Rutberq həmçinin pantomima sənəti barədə kitablar yazıb.

# 1381 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #