"Gülün adı" serial olur

"Gülün adı" serial olur
10 noyabr 2017
# 10:37

İtalyan yazıçısı Umberto Ekonun məşhur “Gülün adı” əsəri əsasında teleserial çəkiləcək.

Kulis.-az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Cinecitta Studios studiyasında yanvar ayında başlanacaq çəkilişlər üçün hazırlıqlar davam edir.

Alman və Italiya birgə istehsalı olacaq layihə səkkiz bölümlü bir mini serial olacaq.

Serialın ssenarisini Emmy mükafatlı Nigel Uilyams yazır.

Aktyor heyətində isə Con Turturro, Robert Everrettt yer alıb.

Xatırladaq ki, təxminən iki il qabaq dünyasını dəyişən Umberto Ekonun 1980-ci il tarixli “Gülün adı” romanı 1327-ci ildə İtaliyadakı bir monastırda keçən cinayətin istintaqından bəhs edir.

Orta əsr xristian dünyasının pərdə arxasını da diqqətə gətirən roman əsasında rejissor Jan Jak Annaudun 1986-cı ildə bir film çəkilmişdi. Şon Konnerinin aktyor oyunu az qala romanın şöhrətini kölgədə qoymuşdu.

# 2422 dəfə oxunub

Müəllifin son yazıları

# # #