Asılan siyasətçi haqqındakı roman

Asılan siyasətçi haqqındakı roman
12 avqust 2014
# 08:00

Kürşat Başar və onun “Başucumda müzik” romanı, Menderes hakimiyyəti, əsərdə qəhramanların mənəvi və real dünyası

Müasir türk ədədi – bədii həyatının məşhur yazıçı və publisistlərindən biri olan Kürşat Başar 1963-cü ildə İstanbulda dünyaya göz açmışdır. Bir çox şəhərlərdə təhsil almış, 1985-ci ildə İstanbul Universitetinin Fəlsəfə fakültəsini bitirmişdir. Publisistik fəaliyyətinə 1981-ci ildən başlayan yazıçı “Hürriyyet”, “Günəş” kimi qəzetlərdə, “Aktual”, “Tempo” kimi jurnallarda çalışmışdır. Daha sonra “Pover” jurnalını nəşr etməyə başlamışdır. TRT kanallarında müxtəlif səpkili televiziya proqramları ilə çıxış edən yazıçı həm də Kanal- 6 və TV -1 kimi kanallarda da çalışmışdır. Hazırda “Kürşat Başarla” adlı proqramı təqdim edən yazıçı 1988- cil ildə “Kış ikindisinin evinde” adlı hekayə kitabı ilə Haldun Tanerin adını daşıyan mükafata layiq görülmüşdür. Daha sonra “Konuştuğumuz gibi uzaklara”, “Sen olsaydın yapmazdın biliyorum”, “Aşkı bulmanın ve korumanın yolları” və haqqında danışacağımız “Başucumda müzik” (2002) adlı romanlarını qələmə almışdır. Hal-hazırda “Star” qəzetində fəaliyyət göstərir.

Cəmiyyət tərəfindən sevilərək oxunan yazıçının tarixi faktlara əsaslanaraq, daha doğrusu Emin Çölaşanın müsahibəsi əsasında qələmə alınan bu romanı dərin və keşməkeşli tarixi hadisəni əks etdirsə də tarixin səhifələrindən deyil hisslərin, təxəyyülün və məhəbbətin alovu ilə qidalanmışdır. Əsərin ilk səhifəsində “Bazen kendimizi bir hayalin içinde sanırız ama aslında yaşadıklarımız gerçektir. Bazen de herşeyi gerçek sanırken aslında yalnızca hayal gördüğümüzün farkına varmayız. Bu kitapta yazılanların hepsi gerçektir. Ama aynı zamanda hepsi yalandır. Çünkü onu ben yazdım” (2.) deyərək hadisələr haqqında oxucuya az da olsa məlumat verir.

İlk əvvəl hadisənin real, yaşanmış tərəfinə baxaq. Daha sonra lazımı müqayisələri aparar, oxşar və fərqli tərəfləri müəyyənləşdirərik.

Romanda təqdim olunan Fuad obrazı- Adnan Menderes dövründə yaşamış, siyasət və fikir xadimi, Xarici İşlər Naziri Fatin Rüştü Zorludur.(1910-1961) 1960-cı ildə baş verən siyasi hərəkatdan sonra asılan üç şəxsdən biri olan Fatin Rüştü Adnan Menderesin qohumu Əməl xanımla evli olmuşdur. Bu xanımla nikahdan Sevin adlı bir qızı dünyaya gəlmişdir. Fatin Rüştü Parisdə və Cenevrədə təhsil alıb. Romanın qəhrəmanı Fuad kimi. Müxtəlif vəzifələrdə işləyən Fatin Rüştü Xarici İşlər Naziri vəzifəsinə qədər gedib çıxmışdır. Hiss və duyğuları özünə məqsəd seçən yazıçı romanda Fuadın vəzifəsi haqqında çox da açıq məlumatlar verməmişdir. 27 may hadisəsindən sonra həbs edilən və 16 sentyabr 1961-ci ildə edam edilən Fatin Rüştü Zorlunun həyatında dərin iz qoyan, çılğın məhəbbətlə sevdiyi Vəsamət Kutlunun sonralar Emin Çolaşana verdiyi müsahibə Kürşat Başar üçün qaynaq olmuşdur. Vəsamət xanım əsərin qələmə alındığı tarixdən öncə yəni, 1998-ci ildə dünyadan köçmüşdür. Yazıçı onların yaxınları ilə söhbət edə bildiyini, ancaq bunu qələmə almadığını, yazıçı təxəyyülünə xeyirli olmayacağını qeyd etmişdir.(6)

Yazıçı qadın qəhrəmanına ad verməmişdir. Daha təbii olması üçün hadisələri obrazın öz dilindən nəql etmişdir.

Roman baş qəhrəmanın daxili monoloqu ilə başlayır ki, bu da romanın həssas notlar üzərində qurulduğundan, psixoloji və fəlsəfi motivlərə əsaslandığından xəbər verir. “Başucumda müzik olmadan uyuyamam. Çocukluğumdan beri” misraları ilə başlayan roman sona qədər lirik bir musiqini xatırladır. Əsərin ilk səhifələrində kor bir müğənninin oxuduğu mahnıdan sətirləri yazıçı təsadüfü təqdim etməmişdir:

“Senden ayrı olduğum bir tek an yok,

Çok uzaklarda olsan bile

Seni taşıyor herşey

Kokular, sesler, seslenişler,

Ne zamandır görmüyor gözlerim,

Unuttum tanıdığım ne varsa,

Bir tek senin yüzün,

Çok uzaklarda olsan bile..”

14 yaşında sonralar uğruna çılğınlıqdan – çılğınlığa əl atdığı insanı ilk dəfə Ankarada görəndə hansı hisləri keçiribsə o günü xatırlamaq üçün “Keşke çocukluğumun Ankara`sından aklımda kalan görüntüleri saklayabilseydim,yeniden yeniden geri dönüp onların tek tek silinmesine,yerlerini yerlerinin alınmamasına izin vermeseydim...”(2.s,12) deyir. Bununla biz yazıçının şüur və şuürsuzluq haqqındakı elmi məlumatları romanda əks etdirdiyini də görmüş oluruq.

Uşaqlığı qəhrəmanın dilindən göyqurşağına bənzədən yazıçı 14 yaşlı yeniyetmə qızın həyatının sonrakı mərhələsini velosiped sürərkən gördüyü kişinin məhəbbətinə bağlayır.

Əslində ancaq məhəbbət romanı kimi görünən bu əsər eyni zamanda siyasi hadisələrin və 60-cı illərin Türkiyəsinin hansı ictimai-siyasi burulğanlardan keçdiyini əks etdirmiş olur.

Uşaqkən pilot olmağı xəyal edən baş qəhrəman (Qeyd edək ki, baş qəhrəmanın adı əsərin sonuna qədər qeyd edilməmişdir. Fikrimizcə bu hadisələrin daha səmimi qəbul edilməsinə xidmət məqsədi güdmüşdür.) bir gün ona gələn elçiyə “hə” cavabı verməklə həyatını dəyişdirməyə çalışır. Ətrafındakıların ona qarşı çıxmasına baxmayaraq qətiyyətli qızcığaz əsl sürprizlərin onu sonrakı həyatında gözlədiyini bilmir. On dörd yaşında velosiped sürərkən gördüyü kişiyə aşiq olub həyatını dəyişdirən bu qadın əsl eşq fədaisidir.

Başlanğıcdan sona qədər həzin bir müsiqiyə bənzəyən bu əsərdə yazıçının ustalığı da nəzərdən qaçmır.

Bazı şeyler unutulmaz.Yanınızdayken bile özlediğiniz, yanınızıdayken bile hatırladığınız gibi..” (2.s,5) cümləsini yazıçı təsadüfü istifadə etməmişdir. O, əsərin daha təsirli olmasına calışıb, baş qəhrəmanın qurulu həyatını bir həsrətə, bir dəli külək və bitməz nağıla fəda etməsi bunun sübutu sayıla bilər. Əslində baş qəhrəman bu eşq röyasının acı bir melodiya ilə sonlanacağını hiss etsə də duyğularına qarşı qoya bilmir.

“Her zaman sizin dediklerinizi yapacağını sandığınız içinizdeki benliğin birdenbire kendi başına, sizi dinlemeden, asi bir çocuk gibi çılgınca davrandığını farketmenin çaresizliği, onunla başa çıkmadığınızı görmenin verdiği şaşkınlık ve aynı zamanda onun peşinden giderek başka hiçbirşeyde bulunmaz bir heyecan duyduğunuz o maceranın vazgeçilmez çekiciliği...”( 2.s,11) sətirləri isə yuxarıda qeyd etdiyimiz kimi baş qəhrəmanın əslində yaşadığı hislərin onu hansı bucağa apardığının göstəricisidir. Əsər psixoloji motivəri çox güclü surətdə əks etdirmişdir. Qeyd edək ki, ədəbiyyatla psixologiya bir-birinə sıx bağlıdır. Çünki hər ikisinin obyekti insan və onun yaşadığı hadisə və hisslərdir. Ancaq psixologiyanı elmi müddəalara əsaslanaraq romanda və ya hekayədə əks etdirmək də bilik və məharət tələb edir. Kürşat Başar bu mövzuda uğur qazanmış yazıçılardan biridir. Romanda qələmə aldığı parçalardan birində o yaddaş haqqında qəhrəmanın dilindən belə demişdir:

“...Keşke çocukluğumun Ankara`sından aklımda kalan görüntüleri saklayabilseydim, yeniden, yeniden geri dönüp onların tek tek silinmesine, yerlerini yenilerinin almasına izin vermeseydim... Yazık ki, belleğin huyu böyle.Zamanlarla birlikte görüntüler de karışıyor...(2,s. 12)

Yazıçı şüur ve şüursuzluq haqqında isə demişdir:

“...Belleğimizi korkusuzca açsak kimbilir neler buluruz orda.Söylediklerimizle. Görüntümüzle ilgili çok şey...Kendimiz bile şaşar kalırız....”

Qeyd etməliyik ki, yazıçı ancaq hadisələri təsvir edən biri olmamışdır. O, romanda bir çox sitatlardan, məşhur musiqilərdən və sairədən istifadə etdiyi kimi Hüseyin Rəhmi Gürpınarın da (2s, 72) gülüşvari üslubunu qəhrəmanların dialoqunda əks etdirmişdir.

Qadın qəhrəman evləndiyi şəxslə bir çox xarici ölkələrdə yaşayır. Türkiyəyə qayıdanda Fuad bəylə qatıldığı bal-ziyafətlərdən birində qarşılaşır. Və hər şey o gündən sonra başlayır. Əvvəllər ancaq məktublaşan, telefonlaşan iki sevgili daha sonra görüşməyə başlayır.

Romanda yazıçı baş qəhrəmanın dilindən məşhur türk şairi Orxan Vəlinin “Anlatamıyorum” şeirindən də parça vermişdir. “Bilmezdim şarkıların bu kadar güzel kelimelerin kifayetsiz olduğunu bu derde düşmeden önce”(2,s. 171) misralarını yazıçı təsadüfü istifadə etməmişdir. O bununla baş qəhrəmanın çarəsizliyini göstərməyə çalışmışdır.

Psixoloji təxəyyülün cövlan etdiyi bu romanda yazıçı yuxu ilə bağlı parçalar təqdim edərək, yuxunun müasir psixologiyanın ayrılmaz tərkib hissələrindən olduğunu göstərmişdir. Qeyd edək ki, 153, 188-ci səhifələrdə baş qəhrəmanın daima gördüyü bir qarabasmadan və aynadan bəhs edilir. Psixoanalizdə yuxu insanın təhtəlşüurundakı hadisə və fraqmentlərin açılmasına xidmət edir.(5)

“Birini sevmen için elle tutulur bir neden bulamıyorsansa onu sahiden seviyorsun demektir ” deyən yazıçı baş qəhrəmanın həyatının istiqamətini dəyişir. O, ailəsini dağıdır. Və sevdiyi insan üçün Türkiyəyə geri qayıdır. Qeyd edək ki, o hər şeyi öz həyat yoldaşına etiraf edir. Romanın bu hissəsi Ahmed Altanın “Aldatmaq ” romanı ilə eyni süjet təşkil edir. Ancaq Aydan xarakteri ilə “Baş ucumda” müzik romanının adsız qəhrəmanı arasında fərqli cəhətlər çoxdur onlardan ən birincisi isə, Aydanın uydurma, bəhs edilən roman qəhrəmanımızın isə real həyatdan götürülməsidir.

Ədəbiyyatın Ankara mövzulu romanlarından biri olan “Başucumda müzik” Türkiyənin və dünyanın bir çox ölkələrində maraqla qarşılanıb.

Biz də hadisələri Kürşat Başar kimi tarixi hadisələrə əsaslanmadan təhlil etmək istədik. Real həyatda baş qəhrəman Vəsamət xanımın ilk həyat yoldaşından bir qızı olsa da romanda bu təsvir edilməmişdir. Qeyd edək ki, romanın əvvəllərində təsvir olunan Ankarada bal-ziyafətdə tanış olma hadisəsini Vəsamət Kutlu öz xatirələrində yazıb. Romanda baş qəhrəman sevdiyi kişidən hamilə olduğunu biləndən sonra ona xəbər vermədən Türkiyəyə gəlir və uşaqdan xilas olur. Qeyd edək ki, Fatin Rüştünün qızı Sevin Zorlu öz xatirələrində Vəsamətin qızına çox vaxt xidmət etdiyini qeyd etmişdir. O öz atasının edam edilməzdən əvvəl yazdığı məktubdan parçanı qeyd etmişdir. Romanda isə baş qəhrəman sevdiyi kişinin həbsxanaya düşdükdən sonra ona yazdığı son məktubu oxuyarkən dərin hisslər keçirir. Hər iki parçanı təqdim etmək istəyirik:

Anneciğim, Emelciğim, Sevinciğim ve Ağabeyciğim, Şimdi Cenab-ı Hakk'ın huzuruna çıkıyorum. Sakinim. Huzur içindeyim. Benim için üzülmeyin. Sizlerinde sakin ve huzur içinde yaşamanız beni daima müsterih edecektir. Bir ve beraber olun. Allah'ın takdiratı böyle imiş. Hizmet ettim ve şerefimi daima muhafaza ettim. Anne, SIZ SEVDİKLERİMİ MUHAFAZA EDİN ve Allah'ın inayetiyle onların huzurunu temin edin. Hepinizi Allah'a emanet eder, tekrar üzülmemenizi ve hayatta berdevam olarak beni huzur içinde bırakmanızı rica ederim. Allah memleketi korusun.” (3).

Benim ışığım, sabahlarım, Boğaziçim,sevdiğim,

Bilmem bu mektup sana ulaşacak mı? Keşke bir telefonla konuşabilsek de sana, beni merak etme diyebilseydim. Bütün bir hayat elimden alınsa bile senin hayalin burda yanıbaşımda. Ne olursa olsun onu benden kimse alamaz. Senin orada beni düşündüğünü burdan hissedebiliyorum. Ama unutma ki, sen uykusuz kalırsan ben de uyuyamıyorum, sen ağlarsan ben de ağlıyorum.sonra demezler mi koskoca adam utanmıyor diye......Sen sakın benim için üzülme, ben burda iyiyim.O güzel yanaklarını sıkar, gözlerinden öperim.(2.s,426)

Romanın sonunda baş qəhrəman sevdiyi kişini itirir. O, siyasi hərəkata bağlı olduğuna görə asılır. Bütün hadisə və əhvalatlar lirik not, tarixi faktlar əsasında işlənməklə yanaşı, psixoloji faktorlarla da əlaqə yaratmağı unutmamışdır.

İstifadə olunmuş ədəbiyat:

1.Ahmet Altan, Aldatmak,Can yayınları,İstanbul,2002

2.Başucumda Müzik, Kürşat Başar,54.basım, 2003.

3. http://www.facebook.com/notes.php?id=102671050625

4. http://arama.hurriyet.com.tr/arsivnews.aspx?id=4716954

5http://www.scumdoctor.com/Turkish/psychology/psychoanalysis/Sigmund-Freud-Interpretation-Of-Dreams-Psychoanalysis.html)

6. www.itusozluk.com

# 3568 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #