writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock14:33 calendar-gray 25 İyul 2014 view-gray1829 dəfə oxunub
view-gray1829 dəfə oxunub

Niyə “Qadın corabları”?

Cəlil Cavanşir

Bu günlərdə ədəbiyyat sevdalısı cəmiyyətimizə “Qadın corabları” romanımı böyük təntənə ilə təqdim etdim. Xalqımız da axın-axın kitab mağazalarına hücum edib, dərhal bütün kitablarımı aldı və mən romanım haqqında bu yazını yazmağa ehtiyac hiss etdim.

Daha doğrusu uzun müddətdir beynimi xarab edən, rahatlığıma qənim kəsilən, yuxumu qaçırdan bir problemdən də xilas oldum. Vallah, hərdən düşünürəm ki, bu cəmiyyətdə yazmaq, çap etdirmək, təqdim etmək, imza günü keçirmək, qısacası yaradıcılıqla məşğul olmaq donkixotluqdur.

Bəli, 30 yaşındayam, ailəm, övladım var, kirayələrdə sürünürəm və hələ də heç bir maddi qazanc gətirməyən romantik işlərlə məşğulam.

Buna məni məcbur edən yoxdur. Sözün düzü bu işin şöhrət tərəfi də umurumda deyil. Hərdən haqqımda yazılan bir iki sətir, deyilən xoş söz, tərif eqomu tumarlayır, vəssalam.

Yəni heç bir maddi bəkləntim olmadan, sadəlövhcəsinə, özüm üçün, bala-bala, xırda-xırda yazıram.

Sonra da ölüb gedəcəm, unudulacam, mağaza rəflərində, kitab şkaflarında toz basmış kitablarımı əvvəlcə anbara, sonra isə zibilliyə atacaqlar...

Bu yerdə ərklə özümə bir şapalaq ilişdirib deyirəm: “Ayə, səyləmə”!

***

Roman çap olunmamışdan əvvəl zövqünə güvəndiyim dostlar oxuyub irad və təkliflərini bildirdiyi və mən də romanı yenidən işlədiyim üçün romanın çapı bir qədər ləngidi.

Guya, gözlədiyim vaxtda çap olunsaydı nə dəyişəcəkdi ki? Sadəcə sözgəlişi deyirəm ki, roman çoxdan hazır idi.

“Qadın corabları”nı 2012-ci ildə yazmağa başlasam da, birnəfəsə yazılmayıb. Bəzi detallar isə 2010-2011-ci illərdə yazılıb. Çoxlu fasilələr, qırılmalar, ixtisarlar olub. Ümumi reaksiyalardan belə başa düşdüm ki, romanın adı birmənalı qarşılanmayıb. Olsun. Bu müəllif olaraq məni qane edir. Ciddi mətləblərdən agah, böyük ideyaların və davaların əsgəri olan oxucular kitabın adına ironiya edəndə özüm də gülürəm.

Hətta oxucularımdan biri təqdimat günü mənə bir cüt qadın corabı hədiyyə etdi.

***

Bəs niyə “Qadın corabları”?

Əslində romanın işçi variantda adı “Afroditanın göz yaşları” idi. Daha sonra romanı sonuncu hissəsinin adını – “Şairin ölümü” adını verdim. Müəyyən dəyişiklik və ixtisarlardan sonra ilkin addan vaz keçdim, ikinci adı isə roman daxilindəki hekayənin, romanın içindəki romanın adı olaraq saxladım.

Nəhayət ki, romanın ironik ruhuna uyğun olaraq “Qadın corabları” adını seçdim. Sosial şəbəkələrdə romanın adıyla bağlı yazılan statuslar çoxaldıqca, müzakirələr, ağızbüzmələr, deyinmələr artdıqca başa düşdüm ki, ad seçimində yanılmamışam. Yəni oxucunu qıcıqlandırdığım üçün çox xoşbəxtəm və olduqca məmnunam.

Yadda saxlayın, “Qadın corabları” romanında detektiv elementlər olsa da, detektiv roman deyil. Bu roman heç eşq romanı da deyil.

“Qadın corabları” həm eşq, həm də detektiv romanların parodiyasıdır.

Erotik detallar, vulqar ifadələr çoxdur və ümid edirəm bu oxucunu narahat etməyəcək.

Romanın əsas qəhrəmanlarının prototipləri yaxın çevrəmdə olan insanlardır. Dostlarım və düşmənlərimdir.

Bəzilərinin hətta adını belə dəyişdirməmişəm. Romanda xeyli həyat materialları var ki, o materialların başına “oyun açmışam”, məzələnmişəm.

Əsər gənc şairin ölümü ilə başlayır və şairin yaxın dostu, həkimi bu hadisənin intihar, yoxsa qətl hadisəsi olduğunu araşdırmağa qərar verir. Araşdırma üçün çox orjinal metod seçir. Şairin intihar haqqında yazdığı yazıları və qadınlarla münasibətlərini təhlil etməyə girişir.

Romanın detektiv qatı bu qədər sadə və gülməli olsa da, bəzən oxucu detektiv roman oxuyurmuşcasına həyəcanlanacaq, buna əminəm.

Eyni zamanda romanın əsas obrazlardan biri olan Könülün söhbətləri sizə eşq romanlarını xatırladacaq.

Diqqətli oxucu əsərin əvvəlindəcə başa düşəcək ki, bu roman nə detektivdir, nə də eşq romanı.

Romanın strukturu, müəllifin çaşdırıcı müdaxiləsi sizi bir balaca düşünməyə vadar edəcək, amma özünüzü yormayın.

Erotik detallarda təfərrüatlara varmağıma görə üzr istəyirəm. Deyəsən bir balaca dozası çox olub.

Romanda altını cıza biləcəyiniz bir dənə cümlə tapsanız, mənə də göndərərsiniz.

Romanın heç bir mesajı yoxdur. Oxucu sərbəst nəticə çıxarmaqda, istədiyi obrazı tənqid etməkdə, söyməkdə, bəyənməkdə, haqq qazandırmaqda sərbəstdir. Mən sadəcə cəmiyyətdəki xaosu, düşdüyümüz durumun eybəcərliyini, insan psixalogiyasının heç də asanlıqla çözülə bilməyəcəyini yazmağa çalışmışam.

Bir sözlə ilin günün bu vaxtı kitab yazıb sizi də, özümü də zibilə salmışam.

“Qadın corabları” romanını oxuyun, bəyənməsəniz məni söyməyin, sadəcə kitabı evin bir küncünə tolazlayın.

P.S: Bu arada əlimə düşən bu köşədən istifadə edib kitabın ərsəyə gəlməsində əziyyət çəkən bütün təmənnasız dostlarıma təşəkkür edirəm!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020