Amerikalı repçi P. Diddinin həbs müddəti yenidən qısaldıldı

Amerikalı repçi P. Diddinin həbs müddəti yenidən qısaldıldı
4 sentyabr 2026
# 10:40

Amerikalı repçi P. Diddinin (əsl adı — Şon Kombs) həbs müddəti azaldılıb.

Kulis.az xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ həbsxanalarının məlumat bazasına istinadən məlumat yayıb.

Sənətçinin azadlığa çıxma tarixi 5 fevral 2028-ci il kimi göstərilib, baxmayaraq ki, əvvəllər bu tarix 20 fevral olaraq planlaşdırılmışdı. Əvvəlcə azad olunma tarixi 8 may 2028-ci ilə təyin edilsə də, o vaxtdan bəri bu müddət bir neçə dəfə daha erkən tarixə çəkilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayının əvvəlində Nyu-York məhkəməsi repçini 4 il 2 ay müddətinə azadlıqdan məhrum etmişdi. Andlı iclasçılar onu fahişəliyə cəlb etmək məqsədilə insan alveri üzrə iki epizodda təqsirli bilmişdilər. Bununla belə, sənətçi reketlik və cinsi istismar məqsədilə zorla yerdəyişmə ilə bağlı irəli sürülən digər ittihamlardan bəraət almışdı.

Cari ilin aprel ayında P. Diddinin vəkilləri məhkəmənin qərarından şikayət verməyi planlaşdırırdılar. Musiqiçinin müdafiə tərəfi, andlı iclasçıların onu bəzi mühüm epizodlar üzrə bəraət etdirməsini nəzərə alaraq, verilən cəzanın çox sərt olduğunu iddia edirdi.

P. Diddy kimdir?

Şon Con Kombs (Sean John Combs; 4 noyabr 1969-cu ildə anadan olub) — P. Diddy, Puff Daddy və sadəcə Diddi səhnə adları ilə tanınan amerikalı repçi, musiqi prodüseri və sahibkardır. O, "Bad Boy Records" leyblının qurucusu kimi 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində qlobal hip-hop sənayesinin ən nüfuzlu simalarından biri olub. 3 "Qremmi" mükafatı laureatı olan sənətçi uzun illər musiqi, dəb və içki sənayesindəki uğurlu layihələri ilə dünyanın ən zəngin şou-biznes nümayəndələrindən biri hesab edilirdi. Lakin son illərdə ona qarşı irəli sürülən bir sıra ağır cinsi istismar, zorakılıq və insan alveri ittihamları karyerasına və ictimai nüfuzuna ciddi zərbə vuraraq həbs olunması ilə nəticələnib.

# 475 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər