writer1

Aliyə

Məqalə sayı

996
clock12:23 calendar-gray 16 İyul 2014 view-gray2035 dəfə oxunub
view-gray2035 dəfə oxunub

Gənc qıza “yox” deyən İlyas Əfəndiyev...

“Unudulmaz Əfəndi”Yuğ teatrınınİlyas Əfəndiyevin pyesləri əsasında hazırlanan ən yeni tamaşasıdır. Bir zamanlar İlyas Əfəndiyevin adı teatr afişalarının sevinci, qəhrəmanları aktyorlar üçün alqış qarantı idi. Tamaşaçılar romanlardan oxuduğu romantik qəhrəmanları Həsən Turabovun, Amaliya Pənahovanın ifasında görmək üçün axın-axın teatra gəlirdilər. Bəs sonra nə oldu?

Əfəndiyev haqda yüzlərlə döyənək fikirlərlə dolu dissertasiyalar yazıldı, tamaşalar oynandı... Zəmanə dəyişdi, teatr dəbdən düşdü,əcnəbi seriallar bu qəhrəmanları, əhvalatları unutdurdu. İndi çox az sayda insan var ki, onları həqiqətən də bir yazıçının əsəri, bir birinin o əsəri necə görməsi maraqlandırsın.

Yuğdakı tamaşanın adı məlum dissertasiya və mədhiyyə-çıxışların fonunda nə qədər itələyici gəlsə də, “görəsən onu necə görürlər” marağı daha güclüdür.

Yuğ teatrındayıq... “Unudulmaz Əfəndi” adlı astana oyununda... Tamaşanın rejissoru bu vaxtadək aktyor kimi tanıdığımız Vidadi Həsənovdur. Rəssamı Umay Həsənova, musiqi tərtibçisi Amid Qasımov...

Dörd sütunun arasındakı balaca bir yerdə məişət texnikalarının boş qutularının arasında bir kişi (Vidadi Həsənov) üzü LCD televizorun qutusuna tərəf oturub. Azər Zeynalova oxşayan aktyor televizora, daha doğrusu televizorun qutusuna dirsəklənib “Sənsiz” oxuyur. Duyğular kişini (Vidadi Həsənov) alıb aparır. Bunu haradan bilirik? Müğənninin qutudan aralanıb kişinin yanına gəlməsindən, əlini onun çiyninə qoymasından, hətta oxuya-oxuya onun pencəyini tutmasından. Hə, müğənni onu mahnısıyla geyindirir, kişinin bir əli pencəyinin qolundadı. Düyməsi qopmuş qolunda... Tamaşanın sonuna kimi Kişi (Həsənzadə) bu qopmuş düymə yerini qurdalayacaq, onun ölmüş arvadının ruhu isə (oxu: Xurşid - aktrisa Sona Mİkayılova) butun tamaşa boyu bir əlində onun düyməsini tikəcək. Yerində tapılmış mizandı: məişətdə qayğı və sevgini ifadə edən bundan gözəl iş tapmazsan.

Rejissor qəhrəmanları Həsənzadə, Nargilə, Xurşid, Rəşid, Fərəc kimi təqdim etmir. Qorxur ki, tamaşaçı pyesin havasına uyub mövzunu bir şəxsin taleyi kimi lokallaşdırar. Odur ki tamaşanı yüklədiyi beş obrazı belə təsnifatlandırıb: Yaşlı kişi (məsələn Həsənzadə.), Yaşlı qadın (Məsələn Xurşid), Gənc oğlan (Məsələn Həsənzadənin gənclik ehtirası və Rəşid), Gənc Qız (məsələn Nargilə), Virtual şəxs (televizordan düşən, Həsənzadəni duyğulandıran adam). Mötərizənin içindəki “məsələn”ləri özüm yazıram - tamaşanın heç bir yerində onların adı çəkilmir, amma əhvalat həmin əhvalatdır, mətn həmin mətndir. Və bu tamaşa düşüncələrin və duyğuların dramıdır. Bunu yazıram və yadıma düşür ki, teatrşünas Talıbzadə illər əvvəl Yuğda hazırlanmış “Boy çiçəyi” tamaşası haqda yazdığı məqaləsində buna oxşar bir fikir yazmışdı. “Unudulmaz Əfəndi” və o zaman Yuğda İbrahimoğlunun hazırladığı “Boy çiçəyi” ayrı-ayrı tamaşalardır, amma hər ikisi duyğuların və düşüncələrin dramı kimi təqdim olunur.

Duyğuların əlindən pencəyini qapıb qaçmış tənha kişinin üzərinə dörd bir yandan fikirlər hücum edir. Nə yaşın var, deyirlər, nə vaxtadək tək yaşayacaqsan. Mərhum arvadının ruhunu da yaşlı kişi özü uydurub. Bu lirik dram onun düşüncəsində, xəyalında oynanılır, bütün obrazlar, hətta o gənc qız da onun xəyalından, düşüncələrindən qopub. Bəlkə rejissor Vidadi Həsənov məhz buna görə, “Boy çiçəyi”ndəki adları təkrarlamaq istəmir. Ad reallıq əlamətidir, Həsənzadəyə, pardon, Yaşlı kişiyə hücum edənlərsə irrealdır, bir az xəyalidir. Onun bu hücumları susduracaq bircə kəlməsi var – dağdan ağır kəlmə: “Gecdir, çox gec...

Otağın divarları soyuq maviyə bürünüb - bu mavi parça tamamən divarları tutsa, tikiş yerləri görünməsə nə gözəl olardı – ağlımdan keçir. Yoxun üzü qara olsun! üstəlik yerdəki xalı da rəngləri ilə bədii məkanı pozur. Hər yerdə məişət əşyalarının yerinə onların qutuları var. Çaynik yerinə onun qutusu, tozsoran yerinə onun qutusu, televizor yerinə onun qutusu... Bu, şübhəsiz bədii fənddir! Amma əgər teatrı, ədəbiyyatı adam yerinə qoysaydılar, iynə ucu boyda dəyər versəydilər, bu simvolik rekvizitlərin üstündə adı görünən firmalar tamaşaya sponsorluq edərdilər... Hardan? Nə isə... Qayıdaq tamaşaya, Vidadi Həsənovun qəhrəmanının yanına.

Ortalıqda qutu-qutu əşyalar, mərkəzdə tənha kişi - “bu da, necəsən sualının cavabı”... Amma birdən xəyallar, duyğular, düşüncələr dörd personajın simasında peyda olub sözləşir və gənc qızı Yaşlı kişinin evinə göndərirlər. Həm də məktubla göndərirlər. Məktub almaq həyəcanı başqadır. Amma təkcə həyəcan deyil.

Gənc qızın (Könül Cəfərzadə) sevgisi ilə qarşılaşanda Yaşlı kişinin yaşadığı tərəddüdlər həm də onun qorxularıdır. Deyəsən, rejissor Vidadi Həsənov qəhrəmanının qərarını “əfəndicə davranmaq” kimi təqdim edir – amma aktyor Vidadi Həsənov yaşlılığın gənc qızın qarşısında gücsüzlüyünün etirafı kimi. Yaşlı kişi komplekslərindən qurtula bilmir, daşlaşmış düzənini, qutulaşmış gündəlik həyatını pozmaq istəmir, o, çoxdan yorulub. Arzulasa da gənc qızın sevgisindən qorxur. İkinci təklikdən qorxur. O da Xurşid kimi onu hansısa səbəbdən tərk etsə nə olacaq? Buna tablayacaqmı?

Bir yandan da irreal obrazlardan biri gəlib qulağının dibində gülün xəzanə meyl etdiyi üçün cəfa çəkdiyindən muğam oxuyur. Bundan sonra nə qərar vermək olar? Yaşlı kişi də bu şərqsayağı bülbül-gül-xəzan metaforasından bəhrələnib qərarını verir.

Mizanlar elə qurulub, mətn elə bölünüb ki, mərkəzi obraz olan Yaşlı kişinin haçalanan fikirlərini oynayan aktyorlar, aktrisalar tamaşa içində bütövləşib dağılır, bir birinə toxunur, qarşı çıxır və ən axırda kişini boş qutuların dalında tək qoyurlar. Çünki Yaşlı kişi – Həsənzadə qərar verib – o, təbiətin “iki sevənin arasında qoyduğu tənasübü” poza bilməz. Bu səhnədə aktyor Vidadi rejissoru unutdurur: fikirlərdən gözləri bərəlmiş Yaşlı kişi qapıda görünür, getmək qərarına gəlib və rahatlaşıb. Pencəyinin qolunda düymə də yerindədir. Bu xırda narahatlıqdan qurtulub. Köçmək səhnəsini rejissor yenə də simvolik həll edir – məişət avadanlığının qutularını – xatirələri bir yerə toparlayıb Yaşlı kişini görünməz edirlər. O, uzaqlarda, gənc qızın paltar asdığı zivənin o üzündə, qutulanıb bükülmüş xatirələrin arxasında qalır...

Bir əşya qutusunun içindən, bir paltar zivəsinin üstündən duyğular, xatirələr çıxsa, təəccüblənməyin. Yoxsa qutuya sığınıb susmağı əşyalardan öyrənməliyik? Ola bilər, hansısa, unudulmaz əfəndi, bəlkə də xanım əfəndi haqda...

FotolarElnur Muxtarındır.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış şairə ağır itki
02:22 21 Noyabr 2019
20 noyabr gündəliyim – Şərif Ağayar yazır…
21:01 20 Noyabr 2019
“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
18:45 20 Noyabr 2019
Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq
18:10 20 Noyabr 2019
Yazarlarımızın məşhur uşaqları - Fotolar
17:30 20 Noyabr 2019
Çərçivələr - Şeir
16:50 20 Noyabr 2019
Xalq yazıçısının kitabları təqdim olunacaq
16:10 20 Noyabr 2019
İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı - FOTOLAR
15:30 20 Noyabr 2019
Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar
14:51 20 Noyabr 2019
Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
11:51 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019