news-inner
clock09:00 calendar-gray 03 İyul 2014 view-gray4775 dəfə oxunub
view-gray4775 dəfə oxunub

SSRİ-nin Amerikaya işləyən ən gənc səfiri

SSRİ-­nin föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri, BMT-­nin Baş ka­ti­bi­nin müavi­ni Ar­ka­di Şev­çen­ko XX əs­rin ən səs-­küy­lü ca­sus qalmaqalının qəh­rə­ma­nı ol­ub.

1956-cı il­dən baş­la­ya­raq, Şev­çen­ko XİN-­də ça­lış­ma­ğa baş­la­yır və əq­li, iş­gü­zar xa­rak­te­ri, zəh­mət­se­vər­li­yi sa­yə­sin­də özü­nə par­laq kar­ye­ra qazanır. Bü­tün bu nə­ti­cə­lə­ri əldə etməkdə gözəl, uzaqgörən, başqaları ilə ünsiyyət qurmaqda mahir olan hə­yat yolda­şı Li­na­nın da bö­yük ro­lu olur.

Li­na əri­nin xid­mə­ti işin­də yük­səl­mə­si üçün hər bir im­kan­dan istifadə edir­di. Be­lə ki, o XİN-­nin yük­sək rüt­bə­li mə­mur­la­rı­nın həyat yol­daş­la­rı ilə dos­t­luq əla­qə­lə­ri ya­ra­dır, on­la­ra müx­tə­lif xidmət­lər gös­tə­rə­rək qiy­mət­li hə­diy­yə­lər bəxş edir, qonaq çağırır, dadlı yeməklərlə onları valeh edirdi.

Li­na­nın bu diq­qə­ti öz bəh­rə­si­ni ve­rir və çox keç­mə­dən Şev­çen­ko əv­vəl­cə Ce­nev­rə­də, 1963-1970-ci il­lər­də Nyu-­Yor­k­da dip­lo­ma­tik və­zi­fə­lər­də ça­lı­şır, 1970-1973-cü il­lər­də isə xa­ri­ci iş­lər na­zi­ri A.Qro­mı­ko­nun məs­lə­hət­çi­si pilləsinədək yüksəlir.

43 yaş­lı Şev­çen­ko so­vet dip­lo­ma­ti­ya­sı ta­ri­xin­də ən ca­van sə­fir idi. O, 1973-cü ilin ap­re­lin­dən BMT-­nin Baş ka­ti­bi­nin si­ya­si mə­sə­lə­lər üz­rə bi­rin­ci müa­vi­ni tə­yin olu­nur. Hə­min döv­r­lər­də Baş ka­tibi vəzifəsini Kurt Val­d­haym icra edirdi və Ar­ka­di­nin tə­yin edil­di­yi kürsü ənə­nə­vi ola­raq SSRİ-­yə məx­sus idi. Hə­min im­ti­yaz Sta­li­nin sa­yə­sin­də ya­ra­dıl­mış­dı.

Ar­ka­di Şev­çen­ko­nun pe­şə­kar eru­di­si­ya­sı və gö­zəl yad­da­şı bir çoxla­rın­da fə­rəh və qibtə his­si oya­dır, onun ana­li­tik ba­ca­rı­ğı barədə yuxarılarda əf­sa­nə­lər söy­lə­ni­lir­di. A. Qromıkonun xüsusi göstərişi əsasında Ar­ka­di xa­ri­ci eza­miy­yət­lə­rə Li­na­nı və qı­zı An­ya­nı da apa­rır­dı.

Bir çox­la­rı Li­na­nın Qro­mı­ko­nun ar­va­dı və qı­zı ilə dos­t­luq etdiyindən xə­bər­dar idi­lər və bu əla­qə­lər də Ar­ka­di­nin xü­su­si imtiyaz­la­ra sa­hib ol­ma­sı­na şə­rait ya­ra­dır­dı. Mə­sə­lən, XİN-­də mövcud olan sərt qay­da­ya əsa­sən dip­lo­ma­tın ya­xın qo­hum­la­rı eyni vax­t­da ka­pi­ta­list öl­kə­lə­ri­nə ge­də bil­məz­di­lər. Şev­çen­ko üçün isə bu qadağa is­tis­na təşkil edirdi. Özü Nyu-­Yor­k­da ça­lı­şan za­man oğ­lu­nu Ce­nev­rə­yə uzun ­müd­dət­lik eza­miy­yə­tə gön­dər­məyi də bacarmışdı.

Hə­min sa­hə­də da­ha bir ma­raq­lı qay­da-­qa­nun hökm sü­rür­dü. Be­lə ki, fəa­liy­yə­ti­nin son ya­rım ili müd­də­tin­də Ar­ka­di ma­a­şı­nı sə­fir­li­yə de­yil, özü­nə sax­la­mışdı və heç kəsin də bu ba­rə­də Qro­mı­ko­ya məru­zə et­mə­yə cürəti çatmırdı. O döv­r­lər­də XİN-­nin bir çox məmur­la­rı spir­t­li iç­ki­yə meyl gös­tə­rir­di­lər. Li­na da iç­ki­yə qur­şa­nan Şev­çen­ko­nun bu alu­də­çi­li­yi­nə alış­mış­dı. Hər­dən elə olur­du ki, lül-qəmbər Şev­çen­ko­nu kö­mək­çi­si Kuz­min zi­ya­fət və qə­bul­lar­dan son­ra çiy­nin­də evə da­şı­ma­lı olur­du.

O za­man kim­sə Şev­çen­ko­nun 1975-ci il­dən baş­la­ya­raq Mər­kə­zi Kəş­fiy­yat İda­rə­si­nə (MKİ) iş­lə­di­yi­ni bil­mir­di. Elə iç­ki­yə də məhz ha­çan­sa if­şa olu­na­ca­ğın­dan qor­x­du­ğu­na gö­rə qur­şan­mış­dı. Görəsən, onu sat­qın ol­ma­ğa nə va­dar edirdi? Şev­çen­ko­nun özünün de­di­yi­nə gö­rə o, son döv­r­lər­də kom­mu­nist ideal­la­rı­na inan­maq­dan və rəh­bə­rin hər bir əm­ri­nə sa­diq­cə­si­nə əməl edən robot ol­maq­dan be­zə­rək kö­nül­lü şə­kil­də ame­ri­ka­lı­lar­la əməkdaşlığa baş­la­mış­dı.

Şev­çen­ko­nun xə­ya­nə­ti ba­rə­də XİN-­də cür­bə­cür şa­yiə­lər do­la­şır­dı. Bə­zi­lə­ri­nin de­di­yi­nə gö­rə, MKİ onu qa­dın­lar sa­yə­sin­də, bə­zi­lə­ri isə iç­ki­nin sa­yə­sin­də ələ ala bil­miş­dir.

DTK-­nın Nyu-­Yor­k­da­kı keç­miş re­zi­den­ti Yu­ri Droz­do­vun söylədiyinə gö­rə, Ar­ka­di­nin iki­tə­rəf­li oyun oy­na­ma­sı hə­lə 1975-ci il­də şüb­hə al­tı­na alın­mış, la­kin Qro­mı­ko­nun hi­ma­yə­dar­lı­ğın­dan qor­xa­raq sə­fi­rin işi ilə cid­di məş­ğul olun­ma­mış­dılar.

Bu­na bax­ma­ya­raq, 1978-ci il­də Y.An­d­ro­pov Şev­çen­ko­nun hökumə­tin mə­sul ic­la­sın­da iş­ti­rak et­mə­si bə­ha­nə­si ilə Mos­k­va­ya ça­ğı­rıl­ma­sı üçün Qro­mı­ko­nu di­lə tut­ma­ğa nail olur.

Və­tə­nə dön­mə­yə ha­zır­la­şan Ar­ka­di göz­lə­nil­mə­dən Mos­k­va­dan ABŞ-a gəl­miş köh­nə dip­lo­mat dos­tu Gen­na­di Sta­şev­s­ki ilə gö­rü­şür və söh­bət za­ma­nı ona mü­hüm ic­las­da iş­ti­rak edə­cə­yi­ni bil­di­rir. Dos­tu “Nə ic­las, ca­nım?”- de­yərək təəccübləndikdə Şev­çen­ko bunun tə­lə ol­du­ğu­nu an­la­yır. Ap­re­lin 7-də Ar­ka­di hə­yat yol­da­şı­na bir­gə qaç­maq tək­li­fi ilə mək­tub ya­zıb qo­ya­raq ge­cə­ya­rı­sı evi­ni tərk edir. Li­na mək­tub­da ya­zı­lan­la­rı təx­ri­bat ki­mi qə­bul edir və telefonla Sta­şev­s­ki­yə zəng vu­rur. On­lar Ar­ka­di­nin oğur­la­na­raq təzyiq al­tın­da mək­tub yaz­dı­ğı­nı fərz edib sə­fir­li­yə yol­la­nır­lar.

Ora­da Li­na ilə Sta­şev­s­ki­yə tə­ci­li su­rət­də Mos­k­va­ya uç­ma­ğı əmr edir­lər. Bu xə­bər Mos­k­va­da bö­yük qal­ma­qa­la çev­ri­lir. Şevçenkonun Ame­ri­ka kəş­fiy­ya­tı­na nələr söy­lə­yə bi­lə­cə­yi­ni yal­nız xa­ri­ci iş­lər na­zi­ri Qro­mı­ko bi­lir­di.

Tez­lik­lə XİN-­nin əmək­daş­la­rını DTK-­da din­di­r­lər. Bir çox­la­rı Şevçen­ko­nun Mos­k­va­da olar­kən on­la­rı hə­mi­şə ey­ni fran­sız restora­nı­na də­vət et­di­yi­ni və ey­ni ma­sa ar­xa­sın­da otur­duq­la­rı­nı xa­tır­la­yır­lar. De­mə, ora­da apa­rı­lan söh­bət və şa­yiə­lər ame­ri­kan­lar tə­rə­fin­dən giz­li su­rət­də len­tə alın­ırdı. Din­di­ri­lən hər kəs öz karyera­sın­dan qor­xa­raq res­to­ran­da­kı da­nı­şıq­la­rı ya­da sal­ma­ğa çalı­şır­dı­lar. Hə­min dip­lo­mat­lar­dan bə­zi­si son­ra­lar bir ne­çə il­lər ərzin­də xa­ri­cə bu­ra­xıl­mır­lar. Bu qal­ma­qal­dan son­ra Sta­şev­s­ki­nin hə­yat yol­da­şı Al­la­dan baş­qa Li­na­nın çox­say­lı dos­t­la­rı onun­la telefon əla­qə­si­ni kə­sir­lər…

… Ar­ka­di­nin xə­ya­nə­ti Li­na­nı şo­ka sal­mış­dı. Əri­nin adı­nı çək­mə­sə də, onu hə­ya­tın­dan si­lə bil­mir, hə­yə­can və əziy­yət çə­kir­di. Li­na oğ­lu­na gö­rə də na­ra­hat­çı­lıq ke­çi­rir­di. Çün­ki ata­sı­nın qa­çı­şı onun dip­lo­ma­tik xid­mə­ti­nə də zər­bə vu­ra bi­lər­di.

Ölü­mün­dən az əv­vəl Li­na rəfiqəsi Al­la­ya zəng vu­rur və “Əgər ba­şı­ma bir iş gəl­sə, qı­zım An­ya­nı tək qoy­ma­yın”,- de­yə xa­hiş edir. Bu te­le­fon da­nı­şı­ğın­dan son­ra Li­na ana­sı­nı ba­ğa yol­la­yır və in­ti­har edir.

Hö­ku­mət bu ölüm fak­tı­na şərh ver­mir. Şev­çen­ko isə be­lə bir fərziy­yə irə­li sü­rür: “Qeyd edim ki, bun­dan son­ra ona ABŞ-a get­mə­yi qa­da­ğan edə­cək­lər. Mə­nim qa­yıt­ma­ya­ca­ğı­mı an­la­yan ki­mi o çox gü­man ki, öz kin və qə­zə­bi­ni tam baş­qa in­san­la­rın üzə­ri­nə yönəl­t­miş­dir. Bəl­kə də o, yük­sək­ rüt­bə­li şəx­s­lə­rin şəx­si hə­ya­tın­dan xo­şa­gəl­məz sir­lə­ri if­şa edə bi­lə­cə­yi­nə gö­rə kim­lər üçün­sə qor­xu­lu idi. Əgər bu bə­lə­dir­sə, de­mə­li, o kim­lə­rin­sə kar­ye­ra­sı üçün təh­lü­kə ya­ra­da­raq məhv olun­ma­ğa na­mi­zəd idi. Gö­rə­sən, onu özünümüda­fiə və ey­ni za­man­da mə­ni cə­za­lan­dır­maq üçün ara­dan gö­tü­rə bi­lər­di­lər­mi? Dü­şü­nü­rəm ki, bu be­lə də ol­muş­dur”.

Ar­va­dı­nın ölüm xə­bə­ri Şev­çen­ko­nu bir o qə­dər də sar­sıt­mır. “İzves­ti­ya” qə­ze­ti­nin Va­şin­q­ton­da­kı xü­su­si müx­bi­ri A.Pal­la­di­nin dedi­yi­nə gö­rə, Li­na­nın ölü­mün­dən iki həf­tə keç­mə­miş Ar­ka­di Cu­di Ça­ves ad­lı yün­gül hə­yat tər­zi ke­çi­rən bir qa­dın­la ta­nış olur. Ya­rım il­dən son­ra isə Eleyn ad­lı jur­na­list qa­dın­la ev­lə­nir.

Şev­çen­ko öv­lad­la­rı­nın ABŞ-a bu­ra­xıl­ma­sı üçün Brej­ne­və mü­ra­ciət et­sə də, xa­hi­şi­nə əməl olun­mur.

Məh­kə­mə Ar­ka­di Şev­çen­ko­nu əm­la­kı mü­sa­di­rə olun­maq­la qi­ya­bi ölüm hök­mü­nə məh­kum edilir. La­kin hök­mün cid­di­li­yi­nə baxmayaraq, ai­lə­nin əm­la­kı mü­sa­di­rə olun­mur. Oğ­lu XİN-­də­ki fəaliy­yə­ti­ni da­vam et­di­rə­rək dis­ser­ta­si­ya mü­da­fiə edir. Bəl­kə də bu, bir növ sa­ziş idi. Yə­ni Şev­çen­ko bö­yük sir­lər ba­rə­də su­sa­ca­ğı təq­dir­də onun öv­lad­la­rı da tə­qib olun­ma­ya­caq­dı­lar.

“Nyu-­York Tayms”ın yaz­dı­ğı­na gö­rə, Şev­çen­ko­nun hər han­sı bir hər­bi sir­lə­ri ba­rə­də mə­lu­ma­tı ol­ma­dı­ğın­dan, o, bu ba­rə­də nə­sə söy­lə­mək iq­ti­da­rın­da de­yil­di. O yal­nız si­ya­sət­lə bağ­lı mə­lu­mat ötürə bi­lər­di. O döv­r­lər­də Mos­k­va ABŞ ad­mi­nis­t­ra­si­ya­sı ilə silahsızlaş­dı­rıl­ma sa­hə­sin­də da­nı­şıq­lar apa­rır­dı. Şev­çen­ko da bu sa­hə üz­rə mü­tə­xəs­sis ol­du­ğun­dan və Mos­k­va­nın möv­qe­yin­dən xəbər­dar ol­du­ğun­dan Va­şin­q­to­nu yal­nız bu ba­rə­də məlumatlandıra bi­lər­di.

Ame­ri­ka­lı­lar üçün bu uduş təb­li­ğa­tı və psi­xo­lo­ji cə­hət­dən çox uğur­lu idi. Axı on­la­rın tə­rə­fi­nə han­sı­sa bir dis­si­dent de­yil, sosializmin “üs­tün­lük­lə­ri­nə” qiy­mət ve­rə bil­mə­miş yük­sək eli­ta nüma­yən­də­si keç­miş­di. Bir söz­lə, Şev­çen­ko MKİ-­nin 70-ci il­lər­də ələ ke­çir­di­yi ən bö­yük qə­ni­mət he­sab olu­nur­du. Ame­ri­ka­nın yüksək­ rüt­bə­li xa­dim­lə­rin­dən bi­ri onun ba­rə­sin­də söy­lə­miş­dir: “Aman Al­lah, gör nə bö­yük ba­lıq ov­la­mı­şıq!”. 1985-ci il­də Amerikada Ar­ka­di Şev­çen­ko­nun “Mos­k­va­dan qo­par­kən” ad­lı memua­rı işıq üzü gö­rür.

Bu ki­ta­bı xa­ric­də əl­də edən və bö­yük ris­k­lə Mos­k­va­ya gə­ti­rən sovet dip­lo­mat­la­rı onun yad ada­mın əli­nə düş­mə­sin­dən qor­xub çə­ki­nir­di­lər.

Şev­çen­ko bir müd­dət ic­mal­çı qis­min­də te­le­vi­zi­ya­da çı­xış­lar edir və öz şəx­si fir­ma­sı­nı ya­ra­dır. Eley­nin ölü­mün­dən son­ra Ru­si­ya­dan gəl­miş gənc tə­lə­bə qız­la ai­lə qur­sa da, on­lar tez­lik­lə ay­rı­lır­lar.

SSRİ-­də Qor­ba­çov is­la­hat­la­rı baş­lan­dıq­dan son­ra Ar­ka­di­nin də övlad­la­rı Ame­ri­ka­ya kö­çür­lər. La­kin o tən­ha­lıq için­də və­fat edir. De­yi­lən­lə­rə gö­rə bir gün Ar­ka­di­nin te­le­fon zən­g­lə­ri­nə ca­vab vermə­di­yi­ni gö­rən qı­zı onun mən­zi­li­nə gə­lə­rək ata­sı­nı öl­müş görür. Me­yi­tin üzə­rin­də heç bir zo­ra­kı­lıq əla­mə­ti aş­kar olun­mur. Dəf­nin­də isə tək­cə MKİ-­nin əmək­daş­la­rı iş­ti­rak edir­lər.

Oxşar xəbərlər

Xəbər lenti

Koronavirusa tutulan yazıçı: “Bu mövzuda on hekayə, bir roman yazmışam”
11:14 21 Oktyabr 2020
Ləpə satan qadını ağladan bayraq
10:42 21 Oktyabr 2020
Polşalı aktyor vəfat etdi
10:15 21 Oktyabr 2020
Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
09:00 21 Oktyabr 2020
Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020
Məşhur aktyor xərçəngə tutulub
15:51 20 Oktyabr 2020
Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı, bir şeirlə tarixdə qaldı – Maraqlı faktlar
15:08 20 Oktyabr 2020
Günay İbrahimli: "Ən böyük arzuma çatdım"
14:25 20 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
13:42 20 Oktyabr 2020
Rusiyanın tanınmış aktrisası vəfat etdi
13:01 20 Oktyabr 2020
“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu
12:20 20 Oktyabr 2020
Balasının meyitini qucaqlayan ata – Allaha suallar
11:41 20 Oktyabr 2020
Qadını yırtıcıya çevrilən xalq
11:01 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020