Ahmet Kurala “Ən yaxşı aktyor” mükafatı verildi

Ahmet Kurala “Ən yaxşı  aktyor”  mükafatı verildi
30 iyun 2025
# 12:05

TRT-nin beynəlxalq rəqəmsal platforması olan “Tabii”nin serialı “Qəssal”ın baş rol ifaçısı Ahmet Kural canlandırdığı “Baki” obrazı ilə İtaliyada “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.


Kulis.az xəbər verir ki, İtaliyanın Riccione və Rimini bölgələrində keçirilən festivalda Kuralın canlandırdığı “Baki” obrazı həm tamaşaçılar, həm də münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Qara yumor və dramı birləşdirən bu çıxışı, festivalın nüfuzlu mükafatlarından biri ilə təltif olunub.


Ahmet Kural mükafatlandırma mərasimində çıxışı zamanı “Qəssal” serialının ölüm kimi universal, lakin danışmaqdan çəkinilən bir mövzunu qara yumor dili ilə çatdırdığını bildirərək serialın ürəyə toxunan bir hekayə təqdim etdiyini vurğulayıb: “Bu hekayəni milyonlarla tamaşaçı ilə tanış edən TRT-yə və “Tabii” platformasına, prodüserimizə, ssenaristimizə və rejissorlarımıza təşəkkür edirəm. Bu mükafatı mənə dəstək olan ailəmə həsr edirəm."


# 1612 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər