SSRİ-nin Nobel komitəsi ilə gizli sazişi ARAŞDIRMA

SSRİ-nin Nobel komitəsi ilə gizli sazişi ARAŞDIRMA
13 may 2014
# 15:12

1965-ci ildə İtaliya səfəri zamanı jurnalistlər Sovet yazıçısı Konstantin Paustovskidən müsahibə almağa hazırlaşırlar. İsveç Nobel Akademiyasının ədəbiyyat üzrə qalibin adını açıqlanmağına az qalmışdı. Paustovki də namizədlər arasında yer almışdı. Ciddi ehtimallara görə həmin il mükafat Paustovskiyə veriləcəkdi.

Buna baxmayaraq Paustovski fransız dilinə tərcüməçisi Lidiya Delektorskaya deyir: “Lidiya Nikolayevna, yadda saxlayın. Qocalar (Nobel komitəsinin münsiflərini nəzərdə tutur) mənə mükafat verməzlər. Mükafatı ikinci dəfə “sadiq olmayan” yazıçıya verib SSRİ ilə münasibətləri daha da korlamaq istəməzlər.”

Artıq 1950-ci illərdən dünyada tanınmağa başlayan, əsərləri bir sıra Avropa dillərinə tərcümə olunan yazar haqlı idi. Nobel Komitəsi mükafatı 1958-ci ildə Boris Pasternaka verdikdən sonra SSRİ ilə münasibətləri korlanmışdı. Komitə münasibətlərin daha da korlanmasını istəməzdi. Çünki Paustovski də Pasternak kimi SSRİ-də yuxarıların sevmədiyi yazıçı idi.

Paustovski haqlıydı. Nobel komitəsi bu dəfə SSRİ ilə münasibətləri bərpa eləməyə çalışırdı. Və mükafatın qalibi də Sovet hökuməti ilə gözəl münasibətləri olan Mixail Şoloxov olacaqdı.

***

Hələ soyuq müharibənin qızğın illərində Avropada belə bir fikir dolaşırdı ki, Nobel komitəsi irticaçı qüvvələrin maraqlarına xidmət edir. Buna görə komitə SSRİ ilə münasibətləri düzəltmək və özü haqqında rəyi dəyişmək üçün SSRİ Elmlər Akademiyasının üzvü yazıçı Sergeyev-Senskiyə məktub yollayaraq Nobel ədəbiyyat mükafatına namizəd göstərməsini xahiş edirlər. Təbii ki, Sergeyev-Senskinin cavab məktubu Mərkəzi Komitədə oxunub təsdiqləndikdən sonra Stokholma göndərilir. Namizəd kimi Mixail Şoloxov göstərildi. Şoloxovun əsərləri 55 dildə, 19 milyon tirajla çap edilmişdi. Lakin məktub Stokholma fevralın əvvəlində çatdığına görə Şoloxov 1954-cü ildə namizədlər arasına salınmır.

1955-ci ildə isə mükafat island yazıçı Xalldor Laksnessə verilir. 1956-cı ildə də mükafat ruslara verilmir. 1957-ci ildə Boris Pasternakın “Doktor Jivaqo” əsəri italyan dilində nəşr olunur. Şair olan Pasternakın yeganə romanı “Doktor Jivaqo” idi. Sanki kimsə prosesləri idarə edir, Pasternakı Nobel kürsüsünə doğru aparırdı. Nəticədə 1958-ci ildə Nobel mükafatı “müasir lirik poeziyada və rus epik nəsrinin ənənələrinin davamında əldə etdiyi nailiyyətlərə görə” Boris Pasternaka verilir. SSRİ mükafatın Pasternaka verilməsindən narazı qalır. SSRİ-də Pasternaka qarşı kampaniya başlanır. Pasternakın “Doktor Jivaqo” əsəri SSRİ-də çap olunmasa da oxunmaya-oxunmaya - alim də, kolxozçu da, kimyaçı da, ədəbiyyat adamı da - hər kəs əsəri tənqid edirdi. “Əsərini oxumamışam, amma tənqid edirəm” ifadəsi də o vaxt yaranır.

Pasternak SSRİ Yazıçılar İttifaqından çıxarılır. Avropada da çoxları Pasternakı “rus epik nəsrinin davamçısı” kimi qəbul edə bilmir. Bu zaman Paustovski açıq-açığına Pasternakı müdafiə edir. Hətta tədbirlərin birində Pasternaka qarşı çıxan bir yazıçının əlini sıxmaqdan imtina edir.

1965-ci ilin sentyabrında Moskvada ədəbiyyatçılar Andrey Sinyavski və Yuliy Daniyel həbs olunur. SSRİ-də nəşr oluna bilməyən yazıçılar əsərlərini gizli yolla ötürüb başqa adla Qərbdə çap edilirdilər. . DTK bunu müəyyənləşdirərək yazıçıları həbs edir. Bu hadisə Qərb mətbuatının gündəmindən düşmür, SSRİ-ni yazıçıları azad etməyə çağırırlar.

Bəzi mənbələrə görə Sinyavski-Daniyelin həbsindən sonra Nobel komitəsinə SSRİ ilə münasibətləri düzəltmək üçün fürsət düşür. İsveç Akademiyası ilə Moskva arasında gizli razılıq əldə edilir. İsveç Akademiyası sovet yazıçısına mükafat verəcək, SSRİ isə Sinyavki ilə Daniyeli azad edəcəkdi.

Namizədlər arasında əsasən iki sovet yazıçısının adı çəkilirdi. Yuxarıda dediyimiz kimi Paustovski dünyada çox məşhur idi. Bəlkə də bu məşhurluğundan istifadə edərək SSRİ-də öz sözünü cəsarətlə deyirdi. Pasternakın tərəfini tutan yazıçı Sinyavski-Daniyel məhkəməsində də yazarların tərəfini tutmuşdu. Buna görə də Konstantin Paustovski SSRİ-də yuxarı dairələrin sevmədikləri yazıçı sayılırdı.

Paustovski də sovet yazıçısına mükafat verməzlər deyəndə özünü nəzərdə tutaraq bildirmişdi: Pasternakdan sonra Nobel Komitəsi cəsarət edib ikinci antisovet yazara mükafat verməz.

Paustovski haqlı olsa da gizli razılıqdan xəbərsiz idi.

Beləliklə bu razılığa əsasən 1965-ci ildə İsveç Akademiyası ədəbiyyat üzrə Nobel mükafatını Mixail Şoloxova təqdim edir. SSRİ isə verdiyi gizli sözə əməl etmir. Həbs olunan Sinyavski 7 il, Daniyel isə 5 il azadlıqdan məhrum olunur.

# 5531 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #