writer1

Anar Yusifoğlu

Məqalə sayı

16
clock10:48 calendar-gray 08 May 2014 view-gray1411 dəfə oxunub
view-gray1411 dəfə oxunub

Anamla Anamlı Anlarımı Anarkən...

Anar Yusifoğlu yazır

Özümü küskün, sınıxmış, Sənsiz və Tənha göstərmərəm. Nə Sənə, nə bir kimsəyə. Buna ehtiyac da yox. Axı Sən bizdən ayrılmayıbsan ki, məzlum, yetim görünək. Sənin yerin görünmür, Ana. Sən elə həmişə öz yerindəsən: ocağımızın, ürəyimizin, süfrəmizin başında, xeyir-şərimizdə. Hər yerdə, uşaqlarımızla, ailəmizlə... Ancaq bir o fərqlə ki, day Sən dinmirsən, nəyisə irad tutmursan, göstəriş vermirsən. Bu arxayınçılığından da hamımız rahatıq: Sən artıq bizə inanırsan, nə ediriksə, düz etdiyimizdən, öyrətdiyin kimi etdiyimizdən, adına layiq addım atdığımızdan məmnunsan. Day bu yaşda da bizdən nigaran qalası deyilsən ki...


Axı Sən sözü bir dəfə deyən Anasan!

Axı Sən sözü bir olan Anasan!

... Və artıq bir ildi Səninlə xatirələri bölüşürük – hesabatımız Sənədi. “Cənnəti ayaqaltı edən analar”ın balaları kimi ancaq bir şeyin fərqindəyik: cənnəti bütün müqəddəsliyi və paklığı ilə başımızın üstündə duyuruq, hesabımızı götürürük! O hesabı ki, hər kəs anasını mələk bilir və belə təqdim edir. Və hər kəs də həm də özünü, ailəsini, elini, obasını tanıyır.

Bizim Sənin axirət dünyandan narahatçılığımız yox, Ana!

Bizim Səni axirətdə narahat qoyacaq əməlimiz də yox...

Bizim də, elə Sənin də bir vaxtlar sevincin 9 May idi.

Sən bizə həyatda qələbənin, qalibliyin dadını-tamını dadızdırmışdın. Biz Səninlə birgə və Sənlə bildik qələbə şirinliyini.

Biz həm də elə Səninlə birgə və Sənlə bildik itkilərin acısını-ağrısını.

Şuşa itkisi də, işğalda olan torpaq həsrəti də, umsuq qaldığımız əzəli və əbədi qələbələrə tamarzılıq da Sənin indiki halın kimidi.

Şuşa da susur – sınağındadı Allahın...

Sən də susursan – sınağındayıq Allahın...

Torpaq da susur – sınağındadı Allahın!

Səbir bizlik olmasa da gərək gözləməyi bacaraq!

Övlad olaraq Sənə qovuşmaq istəyi nə qədər atəşindirsə, Şuşaya da, qalan torpaqlara da cəm halda o yanğıyla təşnəyik.

Sən özündən sonra Qələbə tarixini üzümüzə açıq saxladın – səkkizindən sonra doqquzu gəlir. Bunu ancaq Sən edə bilərdin – gedişin Qələbə ilə qeyd olunsun!

Yerin cənnətdi, Ana! Bax, bu anlamda bu dünyanı qalib tərk etməyinlə sevinirik, nəfsinə sahib, balalarına, elinə, obana, ailənə nümunə.

İnsanlara ölümündən sonra verilən qiymət ən düzgün qiymətdir. Sən də, bütün analar da, ana olmayanlar da bilir ki, indi dünyanın elə düzənidi ki, (yəni demokratiya baxımından) yalandan tərif demək olmur. Yaxşı olmayan analara yaxşı demirlər yalandan.

Sağ ol, Ana – bizi Sənə alnıaçıq, üzüağ “bizim gözəl Anamız” deməkdən məhrum etmədiyin üçün!

Sağ ol, Ana - bizi gözəl ananın övladları kimi bu dünyaya əmanət edib qalib gedə bilməyi bacardığın üçün!

Şuşa da qayıdacaq!

Bütün torpaqlar da!

Qələbələr də çox olacaq! Lap çox!

Amma bir daha Sənin kimi qalib gedib qayıtmaq istəməyən olmayacaq!

Sizlər – qalib gedən analar, bizim gözəl analarımız, harada olsanız, gələrik!

Biz gələrik! Bizi bu dünyaya gətirib bu dünyadan gedən analar!

Təki Siz olan yerlərdə olaq – hər ananın öz yeri var.

Bizi arxayın edən Anamız, bizi arxayın edən Analarımız, bizi cənnətdə gözləyən analarımız...

Həə, Nənə, ev içində çağırdığım kimi, el içində də deyim: Nənə... yaman darıxmışam. Bildin də... niyə? Sənin bilmədiyin nəsə oldu ki?

Sənə deyim bir də, həmişə dediyim kimi, amma day Sən həmişə baxdığın, cavabladığın kimi cavablama, yaxşımı?

“Mənim Anam Azərbaycandır. Azərbaycan mənim Anamdır”.

Gör neçə ildir Azərbaycan mənim Anamdı, Azərbaycan mənə Ana nəvazişi göstərir, Anasızlığımı hiss etdirməyəcək qədər qayğıkeşdir, Nənə. Görürsənmi, düz demişdim...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Gələn il Ağdamda özümə toy edəcəm – Aqil Abbas yazır...
21:49 03 Dekabr 2020
Aktrisa evində ölü tapıldı
18:57 03 Dekabr 2020
İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
18:22 03 Dekabr 2020
Əməkdar rəssam vəfat etdi
17:54 03 Dekabr 2020
Vudi Allen yeni film çəkməyə hazırlaşır
17:19 03 Dekabr 2020
Azərbaycanlı aktyora ağır itki
16:58 03 Dekabr 2020
Qarabağa ilk dəfə topu o gətirdi, dostu kürəyindən vurdu, Atatürk ona malikanə bağışladı - Adranikə qan udduran Sultan bəydən maraqlı faktlar
16:40 03 Dekabr 2020
Pançevin əsəri əsasında səhnələşdirilən tamaşa onlayn göstəriləcək
16:01 03 Dekabr 2020
“Netflix” platformasının İstanbulda ofisi açılır
15:19 03 Dekabr 2020
Məşhur aktyor transseksual olduğunu açıqladı - Adını dəyişdi
14:34 03 Dekabr 2020
İspaniyada Əhmədiyyə Cəbrayılovun şərəfinə poçt markaları buraxıldı
13:41 03 Dekabr 2020
Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...
12:58 03 Dekabr 2020
Koronavirusa yoluxan Mehriban Ələkbərzadə danışdı: "Nəfəs ala bilmirəm"
12:20 03 Dekabr 2020
Ölən arvadının telefonundan özünə zəng edən Həmid kişi – Yeni hekayə
11:55 03 Dekabr 2020
Fəxrəndə Həsənzadə Tağıyev adına qızıl medalla təltif edildi
11:48 03 Dekabr 2020
Xudayarın nəğmə ilə layla çaldığı məzar – Fəridə yazır...
11:10 03 Dekabr 2020
Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
10:30 03 Dekabr 2020
"Dəli Maks"ın İmmortal Cosu vəfat etdi
10:01 03 Dekabr 2020
Azərbaycanlı aktyora ikinci dəfə ağır itki üz verdi
09:12 03 Dekabr 2020
Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz – Ən kreativ görüntülər
08:56 03 Dekabr 2020