writer1

Şərif Ağayar

Məqalə sayı

495
clock17:33 calendar-gray 02 May 2014 view-gray1337 dəfə oxunub
view-gray1337 dəfə oxunub

Folklordan Folknerə

Şərif Ağayar

Yəqin siz də 30-40 il öncə çap olunmuş hansısa jurnalı, qəzeti görəndə onu böyük maraqla vərəqləyirsiniz. Səmimi etiraf edək: bu, qəribə duyğudur! İfadə etməkdə çətinlik çəkir adam.

Günlərin birində tam təsadüfdən “Azərbaycan” jurnalının əski bir nömrəsi düşdü əlimə. Dəqiq xatırlamıram hansı idi... Rəqəm yaddaşım pisdir. Onu bilirəm ki, vərəqləri tamamilə saralmışdı və cildlərinin arasından məşhur tozlu köhnəlik qoxusu gəlirdi.

Vərəqlədim-vərəqlədim, birdən qarşıma mərhum yazıçımız Sabir Əhmədlinin geniş müsahibəsi çıxdı. Həmid Herisçi olsa, and-aman edərdi ki, bu təsadüfi deyil, taleyin işidir, o müsahibə sənin qarşına çıxmalı idi! Burda Sabir müəllim Azərbaycan nəsrindən danışmışdı... Və müsahibə elə maraqlı idi ki, imkan düşsə, mən özüm Sabir Əhmədliyə elə bu sualları verərdim.

Söhbət hərlənib nəsr ənənələrimizin olmamağı məsələsinə gələndə hiss elədim ki, jurnalı gözümə təpmək istəyirəm! Sabir müəllim izah eləmişdi: bizim dastanlara baxın, bu cür mənəvi xəzinəmiz varsa düşünməməliyik ki, nəsr ənənəmiz yoxdur!

İlginc münasibət idi. Çünki bu sözləri dünya nəsrini çox yaxşı bilən vicdanlı bir yazıçı söyləyirdi. Həm də əslində mən özüm ara-sıra bu qərara gəlmişdim. Ancaq, deməyə qorxurdum.

Sözlər harmoniyaya girəndə bədii cümləyə, cümlələr harmoniyaya girəndə bədii mətnə çevrilir. Mətn isə əsərin canıdır. Janrından asılı olmayaraq... Dastanlarımızda sözün-sözə, cümlənin-cümləyə münasibəti, qarşısında diz çöküləcək qədər gözəldir. Və, gəlin inanın mənə, əsl sənət elə bu məqamdan başlayır. Söz-sözə mənası, enerjisi və intonasiyası ilə bağlı olmayanda bədii cümlə yaranmadığı kimi, cümlə də cümləyə bu 3 əsas keyfiyyəti ilə qovuşmayanda mətn əmələ gəlmir. İndi gənclərin üstündə həvəskarcasına baş sındırdığı dərin-dərin mətləblər bundan sonra gəlir. Necə deyərlər, Biləcəridən o yana keçmək üçün, əvvəlcə Biləcəriyə qədər gəlmək lazımdır.

Son günlər “Folklor səviyyəsi” ifadəsi ədəbi kuluarda çox dolandı. Bu ifadə alçaldıcı, aşağılayıcı tonda səslənməməlidir. Folklor sadəcə pilləkənin daha aşağı, ilkin pilləsidir.

Ədəbiyyatın mənəvi yükü ilk pillələr kimi həmişə folklorun üzərindədir. Bu sərvətlər təkcə dekonstruksiya və ya yenidən dəyərləndirmə üçün deyil. Həm də bir təcrübədir, məktəbdir. Gəlin “Azərbaycan nəsri” adlı vahid bir orqanizm fikirləşək. Folklor “hələ öz başına hərləyə bilməyən bu nadinc cayılın” uşaqlıq dövrüdür. Uşaqlıq aşağılıq deyil. Eyni zamanda onun inkarı və “ölümü” qaçılmazdır.

“Folklor səviyyəsi”ndən çıxmağın, yəni, pilləkənin növbəti pilləsinə qədəm qoymağın yeganə yolu ən azı dastandakı qədər gözəl mətn yaza bilmək və sonra bu təcrübəni yeni, çağdaş tendensiyalara tətbiq etməkdir. Şair demiş, folklor ədəbiyyatından Folkner ədəbiyyatına keçməkdir!

Bu ciddi ədəbiyyatın yoludur. Xeyir sizə ciddi ədəbiyyat deyil də, yenicə tanış olduğunuz gənc sevgilinizə intellektual görünmək lazımdırsa, birbaşa Kafka və ya Coys kimi yazmağa çalışmalısınız! Marsel Prust da pis deyil. Tələffüzündəki cazibə eşq üçün uğurlar vəd edir.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto
20:08 18 Noyabr 2019
Alim Qasımovun qızından Nəsimi sürprizi - Video
18:42 18 Noyabr 2019
O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri
18:20 18 Noyabr 2019
Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
17:41 18 Noyabr 2019
Mirzə Cəlilin nəticəsi danışdı: "Onunla fəxr edirəm"
17:00 18 Noyabr 2019
Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
16:15 18 Noyabr 2019
50 yaşda eşqə düşən, işə içkili gələn, jurnalistləri aldadan Xalq artisti
15:33 18 Noyabr 2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
14:40 18 Noyabr 2019
Ahmet Kayanı bu aktyor canlandıracaq - Foto
14:01 18 Noyabr 2019
Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"
13:14 18 Noyabr 2019
Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...
12:40 18 Noyabr 2019
Nəticəsi Mirzə Cəlilin ev-muzeyinin açılışında - Fotolar
11:57 18 Noyabr 2019
Məhəmməd Hadinin müasiri Bakıda kitab satır
11:38 18 Noyabr 2019
Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı” – Müsahibə
11:04 18 Noyabr 2019
Cem Yılmaz bizi necə utandırdı?
10:30 18 Noyabr 2019
Məşhur aktrisa avtobus qəzasında öldü
10:00 18 Noyabr 2019
Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - Müsahibə
09:03 18 Noyabr 2019
Mübariz Örənin Fransada romanı çıxır
14:32 17 Noyabr 2019
Rusiyada rəssamımızın sərgisi açılıb
16:12 16 Noyabr 2019
Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa
15:11 16 Noyabr 2019