Tarixin həqiqət bildiyimiz yalanları: “Kuba yarımadadır”

Tarixin həqiqət bildiyimiz yalanları: “Kuba yarımadadır”
25 aprel 2014
# 07:15

Məşhur aktyor, rejissor, ssenarist, musiqiçi Çarli Çaplinin adı hamıya məlumdur. XX əsrin möhtəşəm rəssamı Pablo Pikassonu da çoxları tanıyır. Amma bu iki sənətkarın görüşdüyünü yəqin ki, çoxları bilmir.

Çaplin xatırlayır: “Parisdən Romaya getməmişdən qabaq Lui Araqon mənə zəng edib dedi, Jan-Pol Sartr və Pikasso mənimlə görüşmək istəyirlər. Onları yanıma, nahara dəvət etdim. Təkcə Araqon ingilis dilində danışırdı. Sartr isə deyəsən düşüncələrini bizimlə bölüşdürmək fikrində deyildi. Sifətdən istehzalı görünən Pikasso isə yumor hissi olan adama bənzəyirdi. Nahar qurtarandan sonra axşam Pikasso bizi emalatxanasına apardı. Tavanın pərdəsindəki mıxa bənd edilmiş məftildən elektrik lampası sallanırdı, onun işığında biz köhnə, laxlayan çarpayını və uçmuş buxarını gördük.”

Lui Araqon bu görüşü başqa cürə xatırlayır: “Düşüncələrini bölüşmək istəməyən yazıçı.“ Jan-Pol Sartr ümumiyyətlə bu görüşdə olmayıb. Görüşdə Çaplini hələ Amerikadan tanıyan və ingilis dilini gözəl bilən Vladimir Pozner iştirak edib. O axşam isə Pikassonun emalatxanasında nədənsə heç bir işıq yanmırmış.

Gördüyümüz kimi xəbərlər kökündən bir-birindən fərqlənir. Çox mümkün ki, bu tarixi görüş haqda Pikasso da öz xatirələrini çap etdirsəydi, o zaman başqa fərqli bir variant da meydana çıxardı. Axı bu görüş haqda bilavasitə şahidlər-iştirakçılar yazıb!

Görkəmli kino tarixçisi Jorj Sadul isə belə bir faktı nəql edir. Faşistlər hakimiyyət başına gələndən sonra alman dramaturq və ssenaristi Fridrix Volf Almaniyadan SSRİ-yə mühacirət edir. 1934-cü ildə o, böyük müvəffəqiyyət qazanmış “Professor Mamlok” pyesini yazmışdır. Sonra həmin pyes əsasında anti-faşist film çəkilmişdi. 1941-ci ildə Moskva ətrafındakı döyüşlər zamanı o, hərbi müxbir kimi cəbhə xəttinə gedir. Bir dəfə Volfu patrul saxlayır: ön xətdə alman jurnalistinin peyda olması şübhəli görünür. Onun şəxsiyyətini müəyyən etməyə başlayırlar. Volf deyir ki, o, ”Professor Mamlok” ssenarisinin müəllifidir. Onda filmin məzmununu danışmağı Volfdan xahiş edirlər və müəllifin danışdıqları dinləyicilərin o filmlə bağlı olan xatirələriylə üst-üstə düşmür. Volfu paraşütlə ön cəbhəyə atılmış “Hitler əsgəri” zənn edib onu xüsusi ayrılmış yerə aparırlar. Uzun müddət başını ağrıdandan sonra hər şey məlum olur və jurnalist sərbəst buraxılır.

Kapitanlar nağıl danışır

Amerikanı kəşf etmiş Xristofor Kolumb ömrünün son günlərinə qədər Hindistana yol açdığına inanırdı. Yeni Dünyanın torpaqları, sakinləri, adaların və sahillərin görünüşü Asiyaya tamamilə oxşamasa belə, Kolumb inadla qaranı ağ, ağı isə qara adlandırırdı. Kuba adasını o, Malakka yarımadası kimi qəbul etmişdi. Kubanın yarımada olmasını təsdiq etdirmək üçün Kolumb bütün komanda heyətini and içməyə məcbur etmişdi. O, eyni zamanda Antil adalarında zəncilərin olması haqqında da məlumat verir. Əslində isə bura zəncilər bir neçə il ötüb keçdikdən sonra plantasiyalarda işləmək üçün Afrikadan hələ təzə - təzə gətirilirlər. Kolumbun belə yanılması çox olub. Don Kixot kimi o da həqiqətən gözləri ilə gördüyünü deyil, arzuladığını görüb.

Magellanın yol yoldaşı, ilk dünya səyahətində iştirak etmiş italiyalı Antonio Piqafetta Okeaniyanın avrolalılar tərəfindən kəşf olunmuş birinci arxipelaqı Marian adalarının sakinləri haqqında yazırdı: “Bu yerlilərin hər biri istədiyi kimi yaşayır, çünki onların hökmdarı yoxdur. Onlar heç bir şeyə sitayiş etmirlər. Yerli sakinlərin boyu o qədər böyükdür ki, matroslar nəhənglərin ayaqları arasından rahatlıqla keçə bilər.” Əslində isə belə deyildi. Okeaniyanın bütün sakinlərinin başçısı – bir hökmdarı var idi. Adaların bütün əhalisi allahlara və ya ruhlara inanır, onlara sitayiş edirdilər. Ada sakinlərinin orta boyu isə 172 sm idi.

Qədim dünyanın uydurmaları

Qədim dünya tarixinə həsr edilmiş kitablarda tez-tez “Antik dövr tarixçilərinin məlumatına görə”, “Antik dövr müəllifləri təsdiq edirlər ki” kimi ifadələr rast gəlirik. Amma biz həmçinin bilirik ki, qədim yunan və romalılar üçün bütün tarixi hadisələr qabaqcadan allahlar tərəfindən düşünülüb müəyyən edilib. Buna görə də xalqların, dillərin, şəhər və dövlətlərin yaranması, mənşəyi bu və ya digər allahın, qəhrəmanın, ilahi gücün əməlləri ilə izah olunurdu. Afina, Afrodita və Artemidanın mübahisəsi Troya müharibəsinə səbəb oldu. Əzəmətli divarları və tikililəri təkgöz nəhənglər – sikloplar ucaldıblar. Krit hökmdarları Zevsin nəslindəndir. Bu antik dövr müəlliflərinin tarixi hadisələrə qəribə bir prizmadan – mifologiya prizmasından yanaşmasıdır.

Məşhur Ktesiy tərəfindən yazılmış Persika əsərindəki uydurmalar hər kəsə məlumdur yəqin. Bir şeyi dəqiqdir ki, Ktesiyə yaddaşı kömək etməyəndə uydurmalara əl atırdı. Xüsusilə, çox vaxt unudulmuş və ya naməlum adların yerinə, o yaxın tanışlarının adlarını işlədirdi. (Məsələn İran tarixinə həsr olunmuş əsərində o, Assuriya dövlətindən danışarkən paytaxt Neynəvanın Fərat sahilində yerləşdiyini yazmışdı. Əslində isə paytaxt Dəclə çayı sahilindədir. )

# 3939 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #