Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır

Doqquzuncu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı başlayır
12 may 2026
# 13:02

Mayın 13-dən 17-dək 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival Azərbaycan Animasiya Assosiasiyasının və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə reallaşacaq.

Animasiya sahəsində peşəkarlarla həvəskarlar arasında körpü olan, yaradıcı mübadilələr vasitəsilə yeni layihələrin yaranması meydanına çevrilən və hər il yeni aktual mövzuya həsr olunan ANİMAFİLM bu dəfə iştirakçıları “Dəniz” səyahətinə dəvət edir. Festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, dünyada ilk muzey olan “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyasında təşkil olunacaq.

Festivalının direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevin sözlərinə görə, festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, “İsi və Piti” uşaq animasiya serialının, “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyeralarının şahidi olacaqlar.

Tədbirlər bununla bitmir. ANİMAFİLM Festivalında qonaqlara “ANİMAFİLM School: Stop-motion” ustad dərsi, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, “ANİMAFİLM” jurnalı, “OSCAR” və “BAFTA” mükafatlarına layiq görülmüş animasiya filmləri təqdim olunacaq.

Festivalın tam proqramı ilə www.animafilm.az saytında tanış ola bilərsiniz.

Qeyd edək ki, bu il festivalın coğrafiyası daha da genişlənib. Dünyanın 60-dan çox ölkəsindən festivalda iştirak üçün 437 animasiya filmi göndərilib. Rəsmi müsabiqə proqramına 20 müxtəlif ölkəni təmsil edən ümumilikdə 31 film daxil edilib. Seçilmiş filmlər həm vizual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

09:43 12 may 2026
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

10:54 11 may 2026
Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

18:44 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər