writer1

Fərid Mirzəyev

Məqalə sayı

199
clock08:45 calendar-gray 07 Mart 2014 view-gray2606 dəfə oxunub
view-gray2606 dəfə oxunub

İlk dəfə tualet üstündə həbs olunan qaradərili prezident

Həbsxanada ağartdığı bəyaz saçları və gözlərinə qonmuş kədərli gülüşü ilə Nelson Mandela Bill Klinton, Fidel Kastro, Yasər Ərəfat kimi ayrı – ayrı cəbhələrdə qərar tutan siyasətçilərdən tutmuş dünyanın müxtəlif nöqtələrində yaşayan hər kəsin sevdiyi bir şəxsiyyət idi. İstər məşhurlar, istərsə də sadə insanlar, bir sözlə hamı onu görmək, hamı ona toxunmaq istəyirdi. O, Barak Obamanın təbiri ilə desək, həbsxanada da Azadlığını qorumağı bacarmışdı.

Keçən il dünyasını dəyişən Mandelanın kimliyi haqda suallar yenidən gündəmə gəldi. Madiba (Mandelanın qəbilə adı) kim idi? Terrorçu, yoxsa xalqının vəkili? Bu suala dolğun cavab vermək üçün təbii ki, bir yazı bəs etməz. Onun haqqında çox danışılıb, çox yazılıb.

Hər halda həyatının 28 ilini ölüm düşərgəsində keçirən Azadlıq simvolunu, Cənubi Afrika Respublikasının (CAR) demokratik yolla seçilmiş ilk prezidentinitanımaqda fayda var. İkinci Dünya müharibəsindən sonra Afrikada müstəmləkə boyunduruğundan xilas olmaq üçün başlanan azadlıq hərəkatları altmışıncı illərdə məntiqi nəticəsini versə də qitənin cənubunda vəziyyət bir qədər fərqli və fərqli olduğu qədər dramatik idi. 1948 – ci ildə hakimiyyətə gələn irqçi aparteid rejim şiddətlə əsən azadlıq küləyini CAR-da boğmağa başladı. Yerli əhalinihər addımda təhqir edib, onların azadlığını məhdudlaşdıran sistemin qarşısında Mandela günəş kimi parladı.

Pasifist Mandelanı və tərəfdarlarını silaha əl atmağı məcbur edən aparteid rejim 1962 – ci ildə Afrika və London səfərindən sonra onu həbs edərək, ilkin mərhələdə beş il, daha sonra isə ömürlük azadlıqdan məhrum etdi. Amma Mandela hakimin oxuduğu hökm qarşısında, o cümlədən ailəsinə və xalqına qarşı edilən qeyri - əxlaqi hərəkətlərə qarşı inamla tab gətirdi.

Məhkəmədə son sözündə dediyi kimi o, yalnız ağların deyil, həm də qaraların hegemonluğuna qarşı vuruşurdu. O insan şəxsiyyətini alçaldan, insanı gözdən salan istənilən qüvvəyə qarşı çıxırdı. Onun mübarizəsi qaraların ağlara qarşı apardığı irqi müharibə olmaqla yanaşı, həm də Xeyrin Şərə, Zəifin Güclüyə qarşı müharibəsi idi. Bu savaşda Şərin dizi yerə dəydi. Bu savaşda Xeyir qətiyyətlə qələbə çaldı. Mandela qələbənin sirrini göstərdi. Mandelanın qələbəsi həm də qeyri – insani əməllərlə ad çıxarmış İdi Amin, Jan Bedel Bokassa kimi diktatorları ikinci plana keçirdi. Yamyam diktatorları ilə ad çıxaran Afrikanın artıq Nelson Mandelası var idi...

Üz qabığı bəyaz rəngdə olan “Nelson Mandela - Özümlə söhbət” əsəri Mandelanı tanımaq baxımından maraqlı kitabdır. Kitaba ön sözü Barak Obama yazıb. Bu kitabda Mandela həbsxanada birlikdə cəza çəkdiyi yoldaşı Əhməd Kathrada və başqaları ilə ailə, həyat yoldaşı, övladları, həbs, azadlıq mübarizəsi, Afrikaya səfəri haqqında söhbət edir.

Mandela uzun müddət Robben adasındakı həbsxanada saxlanılıb. Tarixdən də bildiyimiz kimi Napoleon Bonapart, Ahmed Ben Bella (Əlcəzair Xalq Hərəkatının rəhbəri) kimi şəxsiyyətlər də ada həyatı yaşayıblar. Adalar bir növ təcrid üçün istifadə olunub.

Robben adası indi turistlərə xidmət edir.

“Nelson Mandela - Özümlə söhbət” kitabında yazılanları sürətlə oxuyub keçmək olmur. Kitabı söz-söz, cümlə-cümlə oxuduqca dayanır, dayandıqca düşünməli olursan. Dialoqlar zamanı Mandela soyuqqanlı tərpənir, təmkinini pozmur, hətta ağır mövzu barəsində danışanda da gülümsəməyi bacarır. Məsələn, “İlk dəfə nə vaxt həbs olundunuz?” sualına belə cavab verir: “İlk dəfə ağların tualetinə işədiyim üçün həbs olundum. Lövhədə yazılmış elan gözümdən qaçmışdı. Sən demə, tualetdən ancaq ağlar istifadə edə bilərmiş. Ancaq siz ağların tualetinə girdiyimi yazın kifayət edər, detallara varmaq lazım deyil (gülür)”.

Həbsdə olarkən anasını itirən Mandela anası ilə bağlı maraqlı detala toxunur: “Birinci növbədə apardığım mübarizənin mahiyyətini anama izah etməli idim. Apardığım mübarizənin haqq mübarizəsi olduğuna anamı inandıra bilməyəcəkdimsə buna başqalarını necə inandıra bilərdim? Anam mənə dəstək verdi və hər zaman yanımda oldu”.

Mandela yunan mifologiyasından, Lev Tolstoyun “Hərb və Sülh”ündən və başqa ədəbiyyatlardan nümunələr göstərir.

Boz, boz olduğu qədər də vahiməli Robben adasında nəzarətçilərin onunla rəftarı zamanı şişirtmələrə yol vermir, özündən hər hansı bir aforizm ixrac etmir. Hər şeyi sadə bir dillə nəql edir: “Apardığınız mübarizə haqda ətrafınızdakı insanlara onlar sual vermədən informasiya verməyin. Belə etsəniz sizi heç kəs dinləməyəcək. Əksinə, siz bu addımla insanları özünüzdən uzaqlaşdıracaqsınız. Mən yeri gəldi-gəlmədi nə üstündə həbs olunduğumu, nə istədiyimi nəzarətçilərə söyləmirdim. Bu zaman onlar məcbur olub soruşurdular: “Siz nə istəyirsiniz?” Verilən suala cavab verməyə başlayırdım. Belə daha təsirli olurdu”.

Mandela mənzərəni özü çəkir.

O, adət - ənənələrinə bağlı olub.

O, qəbilə birliklərini saxlamaqla, dünyəvi, demokratik respublikanın tərəfdarı olub.

Vaxtilə şovinist hərəkətlərə yol verdiyini, insanların seçiminə müdaxilə etdiyini səmimi şəkildə etiraf edir və bundan dərin təəssüfünü bildirir.

Həyat yoldaşına, qızlarına yazdığı təsirli məktublar da kitaba əlavə olunub.

“Nelson Mandela - Özümlə söhbət” kitabını oxuyanda bir həqiqəti dərk edirsən: Mandela da bizim kimi sıradan bir insan olub, İnsan...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artistinə ağır itki üz verdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020