Zəhmət olmasa gözləyin…

Zəhmət olmasa gözləyin…
17 fevral 2014
# 16:55

Vüsal Hacıyev

Sədrəddin kişi gec evlənmişdi. Həmyaşıdları demək olar ki, nəvə arzusu ilə yaşadıqları halda o, hələ övlad həsrətində idi. Qohumları, dostları, tanışları müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq onun qapıçılıq gözətçilik vəzifəsi dəyişməmişdi.

Ömrünün 25 ilini bu sahəyə həsr etmiş, çörək pulunu bu işdən çıxarmışdı. Sədrəddin kişi istəsə idi bəlkə yaxşı vəzifə sahibi olardı da lakin vəzifəli şəxslərin qəbulunda olan növbədən heç xoşu gəlməzdi. Gözləməyi özünə peşə etmiş Sədrəddin kişi ilk dəfə idi ki, səbirsiz idi. Cəmi 1 gün gözləməyə taqəti çatmırdı.

25 il gözləmişdi: neçə-neçə adamları, neçə -neçə qapıları...Yenə əlindən gələn gözləmək idi. Amma 1 gün 1 gecə 1 neçə saat xəstəxana qapısında, 9 aylıq əmək haqqını tələb edən zavallı, yoxsul fəhlə inadı ilə gözləməyi bacarmırdı ki, bacarmırdı.

Sədrəddin kişi hər yerdə gözətçilik etmişdi, təkcə xəstəxanalarda yox. Buna görə evlənmək istəmirdi. Amma evlənmişdi. Elə indicə bir oğlu da dünyaya gəldi. Həyəcandan qapıdan içəri girən kimi adını Fizuli qoydu. Özü Fizulidə doğulmuşdu, uzun gecələri Fizulinin qəzəlləri ilə keçirirdi. Elə bayaqdan gözlədiyi bu 1 saat ərzində ömrünün 45 ilinin ilk 20 ilini, yəni Fizulidə yaşadığı dövrünü yadına sala bilmişdir. Bəlkə də ağlına gələn ilk adın da Fizuli olması bununla əlaqədar idi.

Adını sevə-sevə qoyduğu Fizulinin sifətinə baxanda əhvalı dəyişdi. Elə bil 9 aylıq əmək haqqını dövriyyədən çıxmış pullarla vermişdilər. Bu pulları dəyişdirə bilsə idi Fizulinin yuxarı hissədən başlayaraq sağa əyilmiş burnunu və həmin istiqamətdə də çəpləşmiş gözünü müalicə etdirə bilərdi. Sədrəddin kişinin gözünün qabağından kimlər keçmədi; rayon icra hakimiyyəti başçısının köməkçisi, polis rəisinin köməkçisi, nazirlərin, deputatların, direktorların, rektorların, MİS müdirlərinin, biznesmenlərin və digər onlarla vəzifəli şəxslərin köməkçiləri- ”sağ əlləri” olan işçilərin siması bir-bir yadına düşdü.

Hamısını birləşdirən ortaq bir əlamət var idi ki, o da burunlarının yuxarıdan başlayaraq sağa əyilməsi və gözlərinin də həmin istiqamətdə çəpləşməsi idi. Eyni ilə Sədrəddinin yenicə doğulmuş oğlu –Fizuli kimi. Sədrəddin kişini qorxuya salan da elə bu idi. Ona elə gəlirdi ki, bu simaya malik olan insanların gələcək həyatı vəzifəli şəxslərə yaltaqlıq etməklə keçir. Onlar doğulduqları gündən yalnız bu vəzifəni icra etmək üçün yaşayırlar. O istəmirdi ki, oğlu bu cür yaltaq adamlardan olsun, elə bunun üçün də müxtəlif çıxış yolları arayırdı.

Axırda belə qərara gəldi ki,yenicə doğulmuş Fizulini estetik əməliyyata aparsın beləliklə, onun bu qüsurunu aradan qaldırmaqla gələcəkdə oğlunun yaltaq kimi yaşamaqdan da xilas etsin. Bunun üçün o yenə gözləməli idi. Binaların girişlərində, darvazalarda yox, öz vəzifəli qohumlarının qəbul otaqlarında. Sədrəddin kişi burada da gözləyə bilərdi bir il, beş il, lap iyirmi beş il gözləyərdi-Bu burunları əyri gözləri çəp köməkçilər olmasa idi. Onların müdirlərinə göstərdikləri ifrat hörmətləri, qayğıları bütövlükdə onların rəftarı Sədrəddin kişinin oğlunun üzünə baxmaqdan iyrəndirmişdi.

İndi Sədrəddin kişi yenə xəstəxanadadır. Yenə oğlunun “doğulmasını” özləyir. Amma bu dəfə arvadı ilə birlikdə. Onlar estetikəməliyyatdan sonra Fizuliyə verəcəkləri tərbiyə haqqında danışa-danışa beş saatdan artıq davam edən bu müddəti sanki bir dəqiqə kimi keçirdilər. Beləliklə, həkim oğlanlarına verdikləri ilk tərbiyənin uğurla başa çatdığına görə onları təbrik etdi.

# 2421 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #