news-inner
clock15:28 calendar-gray 11 Fevral 2014 view-gray1284 dəfə oxunub
view-gray1284 dəfə oxunub

Nəriman Əbdülrəhmanlıya lap açıq məktub

Nəriman müəllim, professor Əlizadə Əsgərlinin “Müstəqillik dövrü Azərbaycan romanının tipologiyası və ədəbi tənqidinə dair” məqaləsinə cavab kimi “Kaspi” qəzetinə ünvanladığınız “Görməzlik sindiromu” adlı açıq məktubu oxudum və fikrim budur ki, problemin qoyuluşuna səhv yanaşmısınız. A.Çexov A.S.Suvorinə yazdığı məktubda belə bir nüansı onunla mübahisə edirdi: “Sənətkardan işə şüurlu yanaşmağı tələb etməkdə haqlısınız, ancaq siz iki anlayışı qarışdırırsınız: sualın həlli və sualın düzgün qoyuluşu. Yalnız ikinci sənətkar üçün mütləqdi. “Anna Karenina”da və “Yevgeni Onegin”də heç bir sual həll olunmayıb, ancaq əsərlər sizi təmin edir, yalnız ona görə ki, bütün suallar düzgün qoyulub”.

Nəriman müəllim, siz problemi səhv qoyub, sonra da o səhvin başına şəm eşqinə pərvanə kimi fırlanırsınız.

...yazırsınız ki, filan-filan yazıçıların əsərləri unudulur, o yazıçılarsa sizin dostlarınızdır, nəsildaşlarınızdır. Bizim tənqiddə hər vədə Cavanşir Yusifli kimi “təsbehli tənqidçi” tapmaq çətindir ki, öz sözünü öz havasında ortaya qoya bilsin. Ona görə də hər adamdan Molla Pənahlıq ummağa dəyməz. Ədəbiyyatın içində olan tənqidçilərə baxın da “muzdlular” var, “müdirinin tənqidçisi”, “elmi rəhbərinin tənqidçisi”, “oynaşının tənqidçisi”, “hamıdan yazan tənqidçi” olanlar var. Əlbəttə, vicdanlı və qərəzsiz tənqidçilər tapılır. İndi hamı özünün və ətrafının mifini qurur, əsər əlyazma halında olanda adamlar çağırılıb “xüsusi tapşırıqlar” verilir və s. Belə şeylər çox olur. Bəs bunlardan niyə yazmırsız? Axı bunlar tənqidə qədər olan proseslərdir. Bəs bu cür əsərə maraq qurmaq təbiidir, sizdən yazılmamağı qeyri-təbii? Bu SENTON təfəkkürə nəylə bəraət qazandıraq?

Hər yazar dostunun və özünün halına yanır, sizin gileylənməyiniz düzgün deyil. Bir də doğrusu sizin təmsil olunduğunuz ədəbi nəslin müsahibələrini, xatirə yazılarını oxuyanda adamın canı üzülür. Elə hey gileylənirsiniz ki, o vaxt bizi çap eləmirdilər, qadağalar olurdu və s. İndi də parta-part hamınız çap olunursunuz, ancaq yenə gileylənirsiniz ki, ədəbiyyata qiymət yoxdu, yazmırlar bizdən, pozmurlar bizdən. Belə də olmalıdır da, “axı dünya fırlanır”. Ədəbiyyatı bu cür giley-güzarla “arvad hamamı”na döndərməyə ehtiyac yoxdur. Yazan yazacaq, yazmayan da yazmayacaq, tənqiddən nəsə ummağa dəyməz, əsəri taleyim axarına buraxmaq lazımdır, xüsusən bizim ölkə kimi ölkələrdə. Bilirsiz, ac adam üçün qızıl önəmsizdir, yeyilmir axı. Bizim cəmiyyət də hələ oxumur, oxucu qayğısızlığı biz yazıçıları gizlicə qəzəbləndirib salır tənqidçilərin canına.

Allah sizə yar olsun, “ictimai rəy” olmalıdır ki, tənqidin fikri qəbul edilsin, tənqidin heç bir fikri ilə oxucu hesablaşmır, bu ki sadə həqiqətdir. Yazıçı Mübariz Cəfərli 3 roman, onlarla povest yazıb, dərya qoynundakı sal daş tək təmkinlidir, yeni bir-birindən maraqlı əsərlər yaradır və tənqid-mənqid vecinə deyil. Bəs o neyləsin, hər tənqidçi görəndə kökə satan uşaq kimi qabağına qaçsın?

...Siz öz müsahibələrinizdə ancaq öz nəsildaşlarınızın adını çəkirsiz, roman tipologiyasından yazan adam da öz oxuduğu yazarların. Yazıçı kimi siz nəyə söykənirsizsə, tənqidçi kimi də həmin tənqidçi eyni dəyərə söykənir - yaxınlığa. Belə şeylər yazmaqla sanki siz öz səhvinizi, eybinizi ayağınızın altına qoyub hündür görünməyə çalışırsınız. Gileylənməyin, çünki biz hələ ədəbiyyatda icma təfəkküründəyik: “bizimlə olmayan bizdən deyil”, hamını dolayısıyla da olsa öz “kruqu” düşündürür. Bir dəstə xorla tənqid edəndə, o biri dəstə də xorla cavab verir. Bu da bilirsiz niyə görə belədir, çünki qabağımıza BÖYÜK ADAMLAR çıxmayıb, dəyər görməmişik, quş kimi hərəmiz bir tərəfdən daraşmışıq xırmana. BÖYÜK ADAMLAR görsəydik, gözümüz böyüyərdi və dünyanı bir az böyük görərdik. Bizsə (hamı) burda bir-birimizə “müəllim”, məclislərdə “qağa” deyə-deyə böyüdük və kiçildik. Ancaq BÖYÜK ADAMLARI görmədik, neynirik e.. Ortabablıqla at oynadırıq da, çoxları da elə bilir bizdən başqaları yalandı.

Oxşar xəbərlər

Xəbər lenti

Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021
Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə
09:00 18 Yanvar 2021
Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021