Qonşu gəlini sevmək

Qonşu gəlini sevmək
28 yanvar 2014
# 15:14

Nərgiz İsmayılova

Onunla təsadüf nəticəsində tanış olmuşdular.

Adam evə tələsirdi. Atası diabet xəstəsi idi, evdən zəng edib demişdilər ki, atan narahatdı, onu həkimə aparmaq lazımdır. Tərslikdən 1 saat sonra iclas başlayacaqdı. Katibəsinə evə getməli olduğunu bildirdi və tələsik çölə çıxdı. Maşını çox sürətli sürürdü. Hər şeyi yoluna qoyub iclasa qayıtmalı idi. Qırmızı işıqda keçmək, vaxt qazanmaq istəyirdi. Və bu istəyinə əməl edəndə bir oğlanla qoşa gedən qızı az qala əzəcəkdi. Maşınını güc-bəla ilə saxladı.

Şüşəni endirib qışqırmaq istəyirdi ki, qızın baxışlarıyla toqquşdu baxışları. Boğazına ilişdi sözləri. Danışmağa gücü çatmadı. Bu hal nə qədər sürdü bilmirdi, yol istəyən maşınların siqnalı, çığırışan sürücülərin harayı ilə bir anda ilə diksindi...

Özünə gəldikdə qızla, oğlan çoxdan uzaqlaşmışdılar. Yolun ortasında donub qaldığını gördü. Öz-özünü söyərək yoluna davam etdi. Kim idi görəsən o qız? Düşüncəsi Adamın yaxasını buraxmırdı. Ancaq gerçək o idi ki, qız onun illərdi qəbul etdiyi həqiqəti sarsıtmışdı.

İlk görüşdə eşq... Yox daha nələr, heç bilmirəm ki, kimdi, nədi, nəçidi o qız. Bu düşüncələrinə özü də güldü, cəmiyyətin məntiqli eşq konsepsiyasını sadalayırdı beyni ona.

Bir anda evli olduğu gəldi ağlına, həyat yoldaşını və uşaqlarını düşündü, onları çox sevirdi. Bəzi şeylərin eşqdən daha dəyərli ola biləcəyi ehtimalını da düşündü. Ailəsi və özünün razılığıyı ilə ailə qurmuşdu. Anası gəlinini çox sevirdi. Əsl Azərbaycan qızı idi həyat yoldaşı. Ancaq indi gördüyü qız isə elə bil romanlardan səhvliklə çıxıb gəlmişdi bu dünyaya.

Saatına baxdı. Çox vaxt itirmişdi. İclas yarım saata başlayacaqdı. Darvazanın ağzına çatanda heç kimi görmədi. Ağlına müxtəlif fikirlər gəldi. Bu gün ikinci dəfə idi ki, qəlbi onu incidirdi. Qapını açıb içəri qaçar addımlarla girdi. Hər şey yolunda idi, atası həyətdə çay içirdi. Sevinc, itirmə, sevinc ...

Bu gün qəribə gün idi. Atasını qucaqlayıb öpdü, səhhətini soruşdu , hər şey yaxşı idi, işə qayıtmaq qərarına gəldi. Maşına əyləşdi, siqaret yandırdı, özünü meyxoş duyğu selinə buraxdı...

İclas 3 saat davam etmişdi. Yorğun vəziyyətdə atasıgilə öz tutdu. Atası evində qurban kəsmişdilər, hamı orda idi. Qurban ətini paylamaq işini öz öhdəsinə götürdü. Uzun zaman idi ki,qonşuları görmürdü, uşaqlığının şahidi məhləni ayaqla gəzmirdi. Məhlələrində yeni bir ev tikilmişdi,qapını döydü, qapı uzun sürən sakitlikdən sonra açıldı. Qızın buyurun sözlərinə qarşılıq, sakitcə əlini uzatdı. “Allah qəbul etsin”, - dedi qız.

Adam qorxdu... Ağzına gələni deyəcək deyə düşünmüşdü. Qız qapını örtdü. Uzaqlaşan ayaq səsləriylə adamın başına yıxıldı doğruları.

Az qala əzəcəkdim bu gün onu...Burada yaşayır. Gözləri sevincdən yaşarmışdı. Sonuncu dəfə nə vaxt ağladığını düşündü, ya da sonuncu dəfə nə vaxt ürəkdən sevindiyini ...

Evə tələsdi anasından təzə qonşu haqqında xəbər aldı. Qapını açan qızı xəbər aldı.

Anası:

- Hə bala gəlinidir. Görürsən necə qəribə qızdır. Deyəsən bizim millətin dinindən deyil, ay bala.

Onun son günlərdə ata evini tez-tez ziyarəti sevindirirdi ana və atasını.

- Ay bala, bizi artıq unutmursan. - Adam başını aşağı salırdı bu sözlərdən sonra. İllərdir unutmuşdu ətrafını, hətta unutmuşdu özünü də...

İndiysə başqasının olan bu qadına olan imkansız sevgisi, ona uzaqdan da olsa görmək arzusu onu təkrar-təkrar çəkib gətirirdi bu məhəlləyə.

Din, ailə, cəmiyyət, yazılmamış qanunlar illər sonra eşqin var olduğunu ona sübut edən o gülümsəmə hər gün əzab verirdi ruhuna. Cəmiyyətə görə o ən böyük günahı işləyirdi, sevirdi. Məntiqi onu çoxdan tərk etmişdi. Bildiyi tək bir gerçək var idi. O sadəcə bir ölümlünü ilahi bir eşqlə sevirdi.

# 7709 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #