writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock13:22 calendar-gray 18 Dekabr 2013 view-gray4070 dəfə oxunub
view-gray4070 dəfə oxunub

Üşüyürəm, Hacı...

Səhər oğlumun sevincli səsinə oyandım.

Məlum oldu ki, Bakıya qar yağıb...

Oğlum pəncərəyə dırmaşıb həvəslə yağan qara tamaşa edir və çığırırdı:

“Urrra!!! Axır ki, qar yağdı! Ata, bax gör nə qəşəng qar yağır?”

Məni zorla, darta-darta pəncərənin qabağına gətirdi.

Onun sevinc dolu gözlərinə baxanda, bütün qayğılarım yadımdan çıxdı.

Kirayə pulu, işıq pulu və qaz pulu ödənişlərinin vaxtının çatmağını unutdum.

Yalın ayaqlarım hamamın soyuq kafellərinə toxunanda ayıldım.

Soyuq suyu açıb üz-gözümə su vurdum.

Mətbəxə keçib pəncərəni açdım. Dərin bir nəfəs alıb içimdəki ağrı acını, boğazımı qıdıqlayan qəhəri havaya üfürdüm...

...Oğlumu bağçaya yola salandan sonra, işə necə gedəcəyimi düşündüm.

Üç qışı ardıcıl olaraq nazik, payızlıq gödəkcədə çıxarmışam.

Nə şarfım, nə papağım, nə əlcəyim nə də qalın şalvarım var...

Yağan qara nifrin edə-edə olan-qalanımı əynimə keçirib islana-islana yollandım işə...

Bilgisayarı yandırıb, saytlara göz atanda təsadüfən “pul kisəsi” kimi tanınan azərbaycanlı milyarder Hacı İbrahim Nehrəmlinin müsahibəsi qarşıma çıxdı.

Oxudum.

Hansı hislər keçirdiyimi anlamağınız üçün kiçik bir parçanı sizinlə paylaşıram:

“4 bahalı brendin - “Zilli”, “Brioni”, “Stefanel”, “Kiton”nun daimi alıcısıyam. O qədər paltarım var ki, yer yoxdur qoymağa. Məsələn, 14 paltom, 50 gödəkcəm var. Mövsüm keçir, bilmirəm hansını geyinim. Hərəsini bir dəfə geyinəndə sevinirəm. 300-400 kvadratmetrlik yer tikib paltarlarımı düzmək fikrindəyəm. Bir vaxt gələndə deyəcəklər, hacı filan vaxt bunu geyinib. Birinci albomdakı şəklimdəki paltarları atmışam. Geydiyim də 1 ildə 3 dəfə idi. Amma böyük yer düzəltsəm, onları qruplaşdıraram.”

Hər paltarını bir dəfə geyinəndə sevinən Hacı İbrahimin dərdi içimi yaxıb-qovurdu. Bu ki əsl faciədir!

Ofis nə qədər isti olsa da, bütün bədənim soyuqdan titrədi, dişim-dişimə dəydi...

Əlimi çənəmə dayaq edib, düşünməyə başladım. 14 paltosu, 50 gödəkcəsi olan Hacının köhnə albomdakı şəkillərdə geyindiyi brend paltarları atması necədə kədərlidir.

Müsahibəni sonacan oxudum və onu narahat edən problemlərin nə qədər əcaib-qəraib, sadə adamlar üçün anlaşılmaz və dərkedilməz olduğunu fərq etdim.

Çölə çıxıb bir siqaret yandırdım. Düşündüm ki, Hacıya bir məktub yazım. Məsələn, belə bir məktub:

“Salam Hacı! Bu qış günündə sizi narahat etdiyim üçün məni üzürlü sayın.

Mən sadə, kasıb, aciz-avara bir yazıçıyam. 4-5 kitab tərcümə eləmişəm, utanmaz-utanmaz 4-5-ni də özüm yazmışam. Gecələr iki-üç saat yatıb kitab oxuyuram, redaktə edirəm, roman yazıram. Bir sözlə, bivecin biriyəm. Bilirəm, sizin üçün bütün bu işlər boş və mənasız görünə bilər. Çünki yaşamaq üçün yaxşı pul qazanmaq lazımdır. Bu gün müsahibənizi oxudum. Çox duyğulandım. Xüsusilə qışın günündə 14 palto və 50 gödəkcə ilə nə edəcəyinizi şaşırdığınız üçün üzüldüm. Gündə bir paltar geyinəndə sevinirsiniz, sevincinizə bir ziyalı kimi mən də qoşuluram. Oxudum ki, “Khazar İslands” 100 milyard dəyərində böyük bir layihəyə başlamısınız. Qoy bütün müqəddəs və fövqəlbəşər qüvvələr bu işdə yardımçınız olsun!

Üşüyürəm, Hacı...

Bu qədər gəvəzəlik edib, sizi yorduğum üçün üzr istəyirəm! Yəqin ki, oxuduqca hövsələdən çıxırsınız. Uzun sözün qısası, sizdə kiçik bir ricam var. Hacı, mənə yardım edərsiniz?

14 palto və 50 gödəkcənizin heç olmasa birini mənə verə bilərsiniz? Lap ən bəyənmədiyiniz olsun! Bu qışı xəstələnməyə qorxuram. Xəstələnsəm başladığım layihələrin yarımçıq qalmaq riski var. Layihə deyiləndə ağlınıza elə böyük işlər gəlməsin. Bir-iki redaktə işi götürmüşəm, yekunlaşdıra bilməsəm, batdım! Hacı, əgər mümkünsə paltarlarını atanda xəbər elə. Biz zavallı, aciz adamların o “köhnə-külüş”lərə böyük ehtiyacımız var!

Səbirsizliklə cavab gözləyirəm!”

Məktubu bitirib pəncərədən çölə boylandım. Qar əvvəlki amansızlığı ilə yağmağa davam edir. Bir ah çəkib düşündüm ki, kaş Hacı məktubumu oxuyaydı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020