Tayra Benks "Netflix"i məhkəməyə verdi

Tayra Benks "Netflix"i məhkəməyə verdi
18 iyun 2026
# 12:38

Dünyaca məşhur supermodel Tayra Benks qlobal striminq nəhəngi olan "Netflix"i məhkəməyə verib.

Kulis.az “The Hollywood Reporter” nəşrinə istinadən xəbər verir ki, qalmaqala səbəb isə platformada fevral ayında izləyicilərə təqdim olunan və məşhur realiti-şounun pərdəarxası sirlərini açan “Reality Clash: Amerikanın Növbəti Top Modeli şousunun pərdəarxası” adlı sənədli filmdir.

Supermodel iddia edir ki, sözügedən ekran işi onun nüfuzuna ciddi zərbə vurub və haqqında tamamilə yalan, qərəzli təsəvvür yaradıb.

Layihədə Tayra Benkslə yanaşı, şounun prodüseri Ken Mok, münsiflər heyətinin üzvləri Cey Manuel, Cey Aleksandr və Naycel Barker, eləcə də əvvəlki mövsümlərin iştirakçıları – Uitni Tompson, Jizel Samson, Şennon Stüart, Şendi Sallivan, Dani Evans və Kinya Hill yer alıblar.

Məşhur aparıcının ən böyük narazılığı onunla aparılan müsahibənin qəsdən kəsilməsidir. Belə ki, Benksin 3 saat yarım davam edən geniş müsahibəsi montaj zamanı qısaldılaraq cəmi 16 dəqiqəyə endirilib və səsləndirdiyi fikirlər bilərəkdən kontekstdən çıxarılıb.

Məhkəməyə təqdim olunan iddia ərizəsində vurğulanır ki, sənədli filmin yaradıcıları xüsusi montaj fəndləri ilə izləyicilərdə belə bir qənaət formalaşdırıblar ki, guya Tayra Benks iştirakçılardan birinə qarşı edilən seksual qısnama halına bilərəkdən göz yumub, gənc modelin travmasından sırf reytinq xatirinə istifadə edib və ən sonda bunu xatırlamadığını deyərək yalan danışıb. Sənəddə "Netflix"in milyonlarla tamaşaçıya sırıdığı bu ittihamların başdan-ayağa uydurma olduğu qeyd edilib.

Söhbət şounun dördüncü mövsümündə – Cənubi Afrikadakı çəkilişlər zamanı baş vermiş səs-küylü insidentdən gedir. Həmin vaxt iştirakçı Kinya Hill kişi modellərlə baş tutan fotosessiya zamanı onlardan birinin ona qarşı həddindən artıq aqressiv və intim şəkildə yaxınlaşdığından şikayətlənmişdi. Kameraların da anbaan lentə aldığı bu kadrlar sonradan efirə getmişdi. Hadisənin ardınca Benksin gənc modelə qadın hiylələrindən istifadə etmək və vəziyyətdən zarafatla çıxmaq barədə verdiyi məsləhətlər bu gün ona qarşı silah kimi istifadə olunur.

Lakin Tayra sənədli filmdəki çıxışında o dövrün reallıqlarına toxunaraq məsələyə belə aydınlıq gətirib:

“Mən sadəcə əlimdə olan məlumatlar çərçivəsində ona özünəinam hissi aşılamağa çalışırdım. O zaman bunun ən doğru məsləhət olduğunu düşünürdüm. Ancaq reallıqda sadəcə ‘Dayan!’ demək lazım idi. Əgər bu hadisə bu gün baş versəydi, yanaşmamız tamamilə fərqli olardı".

# 488 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər