Həm kişilərlə, həm də qadınlarla yatırdı

Həm kişilərlə, həm də qadınlarla yatırdı
6 dekabr 2013
# 08:30

Yazıçılardan bir çoxu təkcə əsərləri ilə deyil, sensasiyalı həyatlarıyla da tarixdə qalıblar.

Kulis.az qalmaqallı həyatları ilə məşhurlaşan iki qadın - Sidoni-Qabriel Kolett və Sapfo barədə maraqlı məlumatları oxucuları ilə bölüşür.

“Mulen Ruj”da sinəsini açan yazıçı Kolett

Fransanın ən cəsur qadınlarının siyahısını tərtib etməli olsaq, ilk pillələrdən birini Sidoni-Qabriel Kolett tutardı. Kolett 15 yaşında olanda Uilli adlı məşhur bir fırıldaqçı ilə evlənir. Uilli ilə birgə Parisə köçən yazıçı ilk və ən məşhur romanı “Klodin”i ərinin adı ilə yayımlayır. Deyilənə görə, əri Koletti zorla bir otağa salaraq onu nəsə yazmağa məcbur edirmiş. Əsərləri ilə uğura nail olan Kolett çox keçmir ərinin həyat tərzindən yorulur və boşanır. Boşanandan sonra yazıçı üçün yeni bir səhifə açılır. Müğənni kimi fəaliyyətə başlayan Kolett altı il bu sənəti davam etdirir. Məşhur kabaredə-“Mulen Ruj”da oynadığı bir rəqsdə sinəsini açaraq qalmaqal yaradır. O gündən sonra “qalmaqalların qadını” kimi anılan Kolett əsərlərində qadın seksuallığını, fahişələrin həyatını gündəmə gətirir. Lezbiyanların münasibətlərini də işıqlandıran yazıçı sonralar Qabriel d-Annunzino və Amerikanın məşhur lezbisi Natali Klifford Barni ilə sevgi yaşadığını açıqlayır. Beləcə, Kolett bir çox feministlərin az qala idealına çevrilir.

O, həm kişi, həm də qadınlarla yatırdı.

1912-ci ildə Henri de Ursins adlı bir kişi ilə evlənir. Qalmaqalar isə səngimirdi. Bu dəfə də ögey oğlu ilə sevgi macərası yaşadığı dedi-qodusu çıxır. Kolett isə ərinin onu aldatdığına görə ondan intiqam almaq istədiyi üçün belə etdiyini açıqlayır.

1944-cü ildə ümidsizlikdən intihar edən III Napoleonun qardaşı qızı Madam Missi də onun qadın sevgililərindən olub.

Baletlə məşğul olanda ayağına batan bir sancaq onun sonrakı həyatını məhv edir, yazıçı çox ağrı çəkir. Kolett siyasətə çox qarışmasa da, özünü “erotik hərbiçi” adlandırırdı. 1953-cü ildə “Şöhrət Ordeni”nə layiq görülən qalmaqallı yazıçı bir il sonra dünyasını dəyişir. Kilsə dini tədbir keçirməkdən imtina etsə də, dövlət tərəfindən geniş tədbir hazırlanır. Axırıncı əri Qodeket 1957-ci ildə arvadı ilə bağlı “Kolettə yaxın olmaq: dahi bir qadının məhrəm portreti” adlı kitab yayımlayır.

İlk qadın şair Sapfo

Dünyanın ilk qadın şairi kimi tanınan Sapfo haqqında çox az məlumat var. Amma Lezbos adasında aristokrat bir ailədə dünyaya gəldiyi, altı yaşında yetim qalıb qohumları tərəfindən hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verildiyi məlumdur. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir. Varlı bir tacirlə evli olsa da, xoşbəxt ola bilmir və ayrılır. Bu evlilikdən bir qızı dünyaya gəlir. Kolettdən fərqli olaraq Sapfo siyasətlə yaxından maraqlanır, hətta buna görə Lezbos adasından Siciliyaya sürgün edilir. Bir müddət sonra geri qayıdıb qızlar üçün məktəb açır.

Qızlara kiçik yaşlarından evlənmə yaşına qədər təhsil verildiyi məktəbdə Sapfonun şagirdləri ilə sevgi macərası yaşadığı dedi-qoduları yayğındır. Sapfonun ölümü hələ də sirr kimi qalır. Onun özündən yaşca balaca bir dənizçiyə görə intihar etdiyi deyilir. Ancaq ən çox yayılmış ehtimal şagirdinə bəslədiyi sevgisinə görə qayalıqdan özünü atıb öldürməyidir. Bir digər şayiə isə sevgisinin Afroditaya olduğudur.

İndiki “lezbian” sözü də elə Sapfo ilə bağlıdır. Sapfodan ilham alaraq teatr yazarı Aristofanes yazdığı əsərdə iki qadın arasındakı sevgini izah etmək üçün “lezboslu” sözünü işlədib.

# 4793 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

Həmid Herisçinin xəyanəti, Anarın qələbəsi və AYBO – Ömər Xəyyam

09:00 8 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

15:00 6 may 2024
Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

Məşhur yazıçının faciəvi həyatı və itkin məzarı

09:01 6 may 2024
Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
# # #