Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anıldı

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anıldı
7 may 2024
# 18:40

Mayın 7-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova görkəmli yazıçının həyat və fəaliyyətindən danışıb, onun tarixi şəxsiyyət kimi Azərbaycanın müstəqilliyi yolunda böyük xidmətlərinin olduğunu vurğulayıb.

Sonra İsmayıl Şıxlının anadan olmasının 105 illiyinə həsr olunmuş videoçarx nümayiş edilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında İsmayıl Şıxlının yaradıcılığının çox zəngin olduğunu bildirib. Qeyd edib ki, Xalq yazıçısının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılmış, roman janrının ən uğurlu nümunəsidir. "İsmayıl Şıxlının yazıçı kimi şöhrət qazanmasında "Dəli Kür" əsərinin rolu böyükdür. Görkəmli yazıçı romanın üzərində illərlə çalışıb. O, əsərdə XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərdən geniş şəkildə bəhs edib. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük önəm daşıyır", - deyə deputat diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli, Dədə Qorqud Vəqfinin rəhbəri, “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru, Yeditəpə Universitetinin fəxri doktoru Eldar İsmayıl, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko və digərləri ədibin zəngin yaradıcılığından söhbət açaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar. Natiqlər İsmayıl Şıxlının çox nümunəvi həyat yolu keçdiyini, xalqımızın tarixində dərin iz və zəngin irs qoyduğunu vurğulayıblar. Bildirilib ki, ədibin ömrü, yaradıcılığı, insani keyfiyyətləri hər bir Azərbaycan vətəndaşı üçün örnək ola bilər.

Qeyd edilib ki, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105-ci ildönümü tamam olub. Ədəbiyyat tariximizə “Dəli Kür”, “Ölən dünyam” kimi bənzərsiz romanlar bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərib, fəal ictimai-siyasi xadim olub.

Sonda çıxış edən ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı atasının ömür yolundan bəhs edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

# 1804 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər