writer1

İbrahim Nəbioğlu

Məqalə sayı

28
clock12:02 calendar-gray 25 Noyabr 2013 view-gray1873 dəfə oxunub
view-gray1873 dəfə oxunub

Həyat Tanrının gördüyü yuxudur


Tanış olmadan əvvəl eyni yuxular görürdük

V. Nabokov “Lolita”

Gələcəyi öncədən görmək arzusu yeni məsələ deyil. Əsrlərdən bəri bəzi fərqli insanların kəhanət gücünə sahib olduqlarına inanılmışdır. Con Dann (John W. Dunne) adlı irland əsilli bir ingilis insanın özü də bilmədən gələcəyi görəbilmə gücünə sahib olduğunu düşünmüşdür. O, hələ baş verməmiş olayların insanın yuxusuna girdiyi fikrini irəli sürmüş və bunu isbat etmək üçün çox sayda təcrübələr aparmışdır.

C. Dann (1875-1949) görkəmli filosof kimi düşüb tarixə. Halbuki, o, nə Haydeger kimi filosof-mütəfəkkir, nə də Nitşe kimi filosof-yazıçı deyildi. Texniki təhsil almış pilot idi. İngilis Hava Qüvvələrinin ilk hərbi təyyarəsini o hazırlamış, aerodinamik hesablamaları ilə Rayt qardaşlarını belə qısqandırmışdı.

Dünyanın mental strukturunda bir qəribəlik sezir C.Dann, yuxusuna girən bir olayı gerçək həyatda da görüncə gözlərinə inanmır. Bu “deja vu”- lar təkrarlanınca və başqalarının da belə hadisələrlə qarşılaşdığını eşidincə araşdırmalara başlayır. Araşdırmaları 1927-ci ildə nəşr edilən bir kitabda toplayır. “Zamanla bir təcrübə" adlı bu kitab böyük bir rezonansa səbəb olur, ədəbiyyatdan fizikaya, fizikadan psixoanalizə qədər bir çox sahələrə təsir edir.

C. Dann nəzəriyyəsini uzun illər apardığı prekoqnitiv yuxugörmə (hadisəni öncədən yuxuda görmə) və süni olaraq yaradılmış prekoqnitiv vəziyyətlə bağlı təcrübələr əsasında yaratmışdı. Gerçəkdə bütün zamanlar əbədi olaraq mövcuddur və keçmiş, bu gün, gələcək “eyni anda” baş verir. Lakin insan şüuru bu “eyni anı” xətti formada qavrayır. Yuxuda ikən zaman məfhumu ayıq ikən olan xəttiliyi itirir. Nəticədə isə insan prekoqnitiv yuxular görür və yuxusunda şüur sərbəst şəkildə keçmiş, bu gün və gələcəyin sərhədini keçə bilir. Buna görə də Dann insanın 2 səviyyədə var olduğunu iddia edir – zamanda və zamanın xaricində. Buradan da özünün məşhur ölümsüzlük konsepsiyasını irəli sürür.

Beləliklə, Con Danna görə zamanın 2 ölçüsü mövcuddur. Birinci zaman ölçüsündə insan yaşayır, ikincidə isə müşahidə edir, keçmişdən gələcəyə, gələcəkdən keçmişə hərəkət edir.

Maraqlıdır ki, sadəcə M.Plank, A. Eynşteyn, E. Rezerford, N. Bor, P. Dirak kimi Nobel mükafatı almış dahi fiziklər deyil, C.B. Pristli, T.S. Eliot, S. Rüşdi, X.L. Borxes, M. Paviç kimi ədəbiyyatçılar da C. Dannın “zaman konsepsiyası”nın sehrli dünyasına qapılıb, heyranlıqlarını dilə gətirmiş, yaradıcılıqlarında onun fenomeninə müraciət etmişlər.

Yuxu janrdır, qorxulu yuxu isə mövzu-X.L. Borxes

Servantesdən sonra ispandilli ədəbiyyatın ən böyük təmsilçisi olan argentinalı şair, yazıçı Xorxe Luis Borxes “Mistik hekayələr” adlı kitabındakı hər novellasını Dannın çoxölçülü konsepsiyası əsasında qurub. “Özgə” adlı hekayəsində ixtiyar Borxes öz cavanlığı ilə qarşılaşır. Cavan Borxes isə yuxusunda ikinci zaman ölçüsündə gələcəyinə səyahət edir və orada yaşlı Borxeslə görüşür. Oyandığında Borxes yuxusunu unudur. Unutduğuna görə bu görüşmə illər sonra real həyatda baş verdiyində artıq çox yaşlanmış Borxes şok olur....

Yuxular qocalmırlar, onlar əbədidirlər, insanlığın yeganə daimi parçalarıdırlar – Milorad Paviç

Görkəmli serb yazıçısı Milorad Paviç Balkanların Borxesi adlandırılır. Postmodernizmin ən parlaq isimlərindən biri olan M. Paviç qeyri-xətti nəsrin yaradıcısıdır. Onun kitablarını sondan, ortadan, hətta bölümləri atlayaraq oxumaq mümkündür. Bəzi romanlarını lüğət (“Xəzər sözlüyü”), bəzilərini də krossvord şəklində (“Çayla çəkilmiş peyzaj”) yazmışdır. “Xəzər sözlüyü” kitabı ona dünya şöhrəti gətirib, bu romanı XXI əsr ədəbiyyatının başlanğıc nöqtəsi olaraq göstərilir.

Paviçə görə xəzərlərdə zaman çoxölçülü zaman konsepsiyası ilə sıx bağlıdır. Con Dannın ideyaları Borxes kimi Paviçi də təsiri altına almışdır. Xəzər xaqanı bir yuxu görür. Bu yuxunu xəzərlərin yeni dinə keçməyə çağırış kimi yozurlar. Seçim etmək üçün 3 dinin təmsilçiləri xaqanın ayağına çağırılırlar. Sözlük 3 kitabdan ibarətdir- qırmızı, yaşıl və sarı. Hər kitab xəzərlərin müvafiq dinləri – qırmızı kitab xristianlığı, yaşıl islamı, sarı da iudaizmi qəbul etməsindən bəhs edir. Hər 3 versiya da Paviçdə eyni dərəcədə realdır.

Bildiyimiz real dünyada bu mümkün deyil, ona görə də Paviçin təsvir etdiyi xəzərlərin dünyası kvant mexanikasının çoxölçülü interpretasiyasıdır. Xəzərlər yuxularında gördükləri hərflərin sehrinə qapılır, o hərflərdə Adəmi axtarırdılar. Onlar hər insan əlifbanın bir hərfinə sahibdirlər və hər bir hərf Adəmin bədəninin bir hissəsidir. Bu hərflərin bir yerə toplanması ilə də Adəmin bədəni formalaşır, yalnız maddi olaraq deyil, ancaq zamanda. Və bu həyat burulğanında sadəcə konkret həyatlar deyil, bütün keçmiş və gələcəklər də var. Onlar isə insanlar və onların yuxuları arasında bölüşdürülüb.

Hər sentyabr gələndə bu ayda doğulmuş elmi rəhbərim, müəllimim akademik Azad Mirzəcanzadəni və onun tələbəsi, atam professor Nəbi Yaqubovu xatırlayıram. Onların elmini, irfanını, kitab sevgisini, oxumaq, öyrənmək həvəsini hörmətlə yad edir və anıram. Bu günlərdə onlar tez-tez yuxuma girirlər, oyanır-oyanmaz unutmamağa çalışıram gördüklərimi. Çünki bilirəm ki, “Ölüm yuxudur” Orada, həyatın bitdiyi yerdə yuxu başlayır”.

(“Ayna” qəzeti, sentyabr 2013)

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Təvəllüdü dəyişdirilən, atasının ölümünü oğlundan gizlədən, tərk etdiyi ərini ömür boyu sevən Xalq artisti – Maraqlı faktlar
19:11 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020
"Qızıl palma budağı", "Oskar", "Qızıl Qlobus"... - Mükafatların qənimi “Parazitlər” filminin sirri
14:11 30 Mart 2020
Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında nə baş verir? - Açıqlama
13:30 30 Mart 2020
Günəmuzd işləyənlərin ölümlə rəqsi - Səhər Əhməd yazır...
12:44 30 Mart 2020
Koronavirusa tutulan və sağalan yazıçıdan qeyri-adi açıqlama
11:35 30 Mart 2020
"I Live Rockn Roll" hitinin müəllifi dünyasını dəyişdi
11:09 30 Mart 2020
Kafkanın ölümündən sonra kuklanın içindən çıxan məktubu
10:33 30 Mart 2020
Babəkin oğlunu oynayan aktyor: "Yerdən siqaret kötüyü yığırdıq" - Müsahibə
08:59 30 Mart 2020
Milli Kitabxanadan 30 min manatlıq jest
17:40 29 Mart 2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
17:01 29 Mart 2020
Şəfiqə Məmmədova ordenlə təltif edilib
15:45 29 Mart 2020
Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? - Müğənni Şəfa haqqında maraqlı faktlar
15:00 29 Mart 2020
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
14:15 29 Mart 2020