Kitab hədiyyə almaqdan bezmək

Kitab hədiyyə almaqdan bezmək
5 aprel 2011
# 11:59
İlk kitab hədiyyəmi ad günümdə almışam. Uşaq olanda. Rusiyada yaşayan əmim Bakıya yeni köçdükdən sonra ilk dəfə idi ad günümə gəlirdi əmioğluyla. Ad günümə qalın bir kitab almışdı.

H. Cavid, C. Cabbarlı, M. Müşfiq, S. Vurğunun əsərlərindən ibarət qalın bir kitab. O kitabdan ilk şerlərimi əzbərləmişdim; H. Cavidin “Yavrum”, S. Vurğunun “Azərbaycan”, M. Müşfiqin “Yenə o bağ olaydı”, Cəfər Cabbarlının “Ana” şerlərini.

Kitab mənim üçün ad günümdə aldığım ən dəyərli hədiyyədir desəm, bəlkə də qeyri-səmimi çıxar. Amma inanın ki, kitab sevə-sevə qəbul etdiyim bir hədiyyədir.

Almaniya Demokratik Respublikasında yaşamış dissident bir yazıçıdan bəhs edən bir film var. Filmin yazıçının ad günü səhnəsi ilə başlayır. Dostlarından biri məzə üçün ona çömçə hədiyyə edir. Ziyafətdən sonra yazıçı arvadına deyir ki, bezmişdim lap kitab hədiyyə almaqdan, bu çömçə lap yaxşı oldu.

Kitabın ən yaxşı hədiyyə növü kimi bir sıra xüsusiyyətləri var.
Ən birinci ucuzdur. Hədiyyə alanı maliyyə çətinliyinə uğratmır.
Hədiyyə alana olan ziyalı münasibəti ifadə edir.

Qalıcıdır, hədiyyə alandan başqakəslər də oxuya bilər.
Hədiyyə alanın maraq dairəsinin genişlənməsinə imkan verir.
Son bir ildəki dinamizmi nəzərə almasaq kitab bazarındakı süstlük göz önündədir. Bəzi könüllülərin kitaba qayğısı olmasa ölkədə bir dənə də kitab mağazası qalmaz, müflis olarlar.

Bir dağ kəndi təsəvvür edin. Gediş-gəlişi yox, ucqar bir dağ kəndi. Bir də həmən kənddə yaşayan yoxsul bir əczaçı. Onun aptekinin gəlirləri azdır. Aptekini bağlasa kənd dərmansız qalacaq. Onun mənəvi borcu aptekin fəaliyyətini davam etdirməkdir, qazancı az olsa belə.

Kitab naşirləri, satıcıları da eynən həmən əczaçı misalındadırlar. Kitabsız xalqın gələcəyinin olmadığını bilənlər iki əlli hər əziyyətə qatlaşaraq bu sahəni ayaqda saxlamağa çalışırlar..

Bizim kitaba nə köməyimiz dəyə bilər? Yalnız əlamətdar günlərdə bir-birimizə kitab hədiyyə etməklə.

İnsafən son dövrlərdə bir-birindən gözəl kitablar da nəşr olunur. Xarici ədəbiyyatdan tərcümələr olunur. Ola bilsin ki, bu kitabların bəziləri zəifdir, tərcümələr mükəmməl deyil. Olsun.

Biz yenə də o əczaçını unutmayaq. Bizi mənəvi dərmanlarla təmin edən əczaçılar usanmırlar ki, yorulmurlar ki. Biz də xəsislik etməyək. Özümüzə almağa xəsislik ediriksə, yaxınlarımıza alaq, hədiyyə edək. Onzus nə qədər pulsuzluğu dərd etsək də hədiyyə almalı oluruq.

Qoy bu hədiyyə kitab olsun.
# 3532 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #