news-inner
clock08:45 calendar-gray 09 Oktyabr 2013 view-gray2481 dəfə oxunub
view-gray2481 dəfə oxunub

Aydakı daşları oğurlayıb üstündə yatdılar ki...

Oktyabr ayının 1-də ABŞ “Mili Aeronavtika və Kosmos İdarəsi” NASA-nın fəaliyyətə başlamasının 55-ci ili tamam oldu. 1957-ci ildə SSRİ-nin ilk süni peyk buraxması ilə təşvişə düşən ABŞ hökuməti təcili surətdə öz rəqibi ilə mübarizə başlayır.

Beləliklə 1958-ci 29 iyul tarixində ABŞ Prezidenti Duayt Eyzenhauer adını özü verdiyi təşkilatın yaradılması üçün sərəncam imzalayır. 1 oktyabr tarixində isə NASA fəaliyyətə başlayır. NASA yaradıldığı bu müddət ərzində kosmosun öyrənilməsində bəşəriyyət üçün olduqca önəmli olan işlər görülmüşdür. Bunlardan biri də Ayın tədqiqi üçün yardılmış “Apollon” layihəsidir. Bu layihə çərçivəsində insan övladı ilk dəfə Ay səthinə ayaq basmışdır. Kulis.az “Apollon” haqqında maraqlı faktları təqdim edir.

“Apollon” kosmik gəmisinin Ay modulu dünyada hələ ki, yeganə həqiqi kosmik gəmidir. O yalnız kosmik fəzada hərəkət etmək imkanına malik idi. Başqalarından fərqli olaraq nə Yerdən start götürə, nə də Yerə eniş edə bilirdi.

“Apallon” Ay modulunun astronavtlar oturduğu kabinin divarları alüminiumdan idi. Kosmosda onların möhkəmliyini kabinin hava ilə doldurulması təmin edirdi. Yerdə ixtiyarı astronavt ehtiyatsız hərəkəti ilə asanlıqla onun divarını dələ bilərdi.

“Apollon-11 ”in ekspedisiyası zamanı “Ay yarışı” öz zirvəsində idi. Armostonq, Oldrin və Kollunzin uçuşundan 3 gün əvvəl SSRİ-nin Baykonurdan Aya “Luna-15” avtomatik stansiyası qalxır. O 21 iyul 1969 cu ildə, “Qartal” ay modulunun enişindən bir neçə saat sonra enişə başlayır. Plana görə geri qayıdan aparat ay səthindən götürdüyü ilk suxur nümunələri ilə Yerə amerikalılardan tez çatmalı idi. Amma eniş zamanı “Luna-15” dağla toqquşaraq məhv olur.

“Qartal”ın enişi zamanı beş dəfə bort kompüterinin qəza siqnalizasiyası çalınır. Təcili qərar qəbul etmək lazım idi: ya enişi davam etmək, ya da saxlamaq. Həll edici söz Hyustondakı idareetmə mərkəzinin naviqasiya mütəxəssisi Stiv Beylsin olur. Nəticədə o da “Apollon-11”-in astronavtları kimi ən yüksək ”Azadlıq” mükafatına sahib olur.

Ayın səthinə enmiş ikinci adam olan Edvin Oldrin deyir ki, Ayın səthində olan zaman o ancaq düşünürmüş ki, birdən modulun luku bağlanar. Çünki bayır tərəfdən lukun qulpu yox imiş.

Armstronq, Oldrin və Kollinz Yerə gəldikdən sonra ABŞ ərazisini tərk etmiş vətəndaşlar kimi gömrük deklarasiyası doldurmalı olurlar. Orda yazılmışdı: “Göndəriş yeri-AY. Qayıdış yeri – Havaya ştatı, Qonolulu şəhəri. Yük-ay suxurları”.

“Apollon-13” filmində qəsdən gərginlik artırılır ki, fəlakət janrında film daha baxımlı olsun. Əslində isə ay modulunun xilasedici qayıq kimi istifadə edilməsi ehtiyat plan idi. Bu əməliyyat məşqlər vaxtı dəfələrlə həyata keçirilmişdi.

“Apollon-13” dəki qəzaya bir neçə saat qalmış NASA-nın mühəndislərindən biri əməliyyatın baş verməsindən bir neçə ay əvvəl çəkilmiş və süjeti ilə kosmosdakı real qəzaya bənzəyən hadisədən bəhs edən filmə baxmağa gedibmiş. Sonradan mühəndis xatırlayır ki, düzgün qərar qəbul etməkdə ona və iş yoldaşlarına bu filmin köməyi olubmuş.

“Apollon-15”in ekspedisiyası zamanı komandir Devid Skott 1609-cu ildə Qalileo Qalileyin Pizza qülləsində elədiyi əfsanəvi təcrübəni edir. Göyə buraxılmış geoloji çəkic və lələk ay səthinə eyni vaxtda çatır. Bu an astronavt qışqırır: “Mister Qaliley düz deyibmiş”.

2002-ci ildə belə bir qalmaqallı hadisə baş verir: NASA-ya təcrübəyə gəlmiş astrofizika tələbəsi Ted Roberts 3 yoldaşı ilə birlikdə bütün “Apollon” ekspedisiyalarının gətirdikləri ay suxurlarının yerləşdiyi seyfi oğurlayır. Oğurluqdan sonra Ted onunla iştirak etmiş qızla otelə gəlir və bu daşları çarpayıya düzüb bunların üstündə onunla sevişir. Təbii FBİ onları yaxalayır, bununla belə onlar həbsxanada “Ayın səthində sevişmiş ilk insan” olmaları ilə fəxr edə bilərlər.

Oxşar xəbərlər

Xəbər lenti

Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:30 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020