writer1

Etimad Başkeçid

Məqalə sayı

51
clock08:30 calendar-gray 04 Oktyabr 2013 view-gray2365 dəfə oxunub
view-gray2365 dəfə oxunub

Ədəbiyyat elitasının piyadalığı

Böyük fransız inqilabının «Azadlıq, bərabərlik, qardaşlıq» idealı solçuların idollarından olan Vladimir Leninin dilində «dövləti istənilən mətbəx qadını idarə edə bilər» şəklini almışdı.

Sonrakı gedişat göstərdi ki, yox, edə bilməz - aşbaz qadının gözəlliyi elə onun dadlı, gözəl yeməklər bişirməsindədir.

Sosium isə bütün hallarda elita, yəni fransızcadan tərcümədə «seçilmişlər, ən yaxşıları» tərəfindən idarə olunur və ya olunmalıdır. Bu məsələdə velosiped icad etməyə ehtiyac yoxdur.

Ömrü-billah əlinə qəzet-kitab almayan, heç bir dəyərə tapınmayan, eyş-işrətdən başı açılmayan meşşan subyektlərdən elita qayırmaq mümkün deyil. Hələ onların seçiminə hörmətlə yanaşmaq heç mümkün deyil – özün nəsən ki, bəyəndiyin də nə ola!

Bunlar hələ qədim yunan demokratiyasından bəlli olan məsələlərdir. İndiki dünyada «demokratiya» anlayışı tamamilə təhrif olunub və baş-ayaq başa düşülür. İlk baxışda hər şey aydındır: demos – xalq, kratiya – hakimiyyət deməkdir, demək ki, demokratiya xalq hakimiyyəti anlamı verir. Əslində isə «demos»lar qədim yunan cəmiyyətinin yalnız kiçik bir hissəsini təşkil edirdi.

Demos adlanmaq üçün insan, etikadan tutmuş ritorikaya və astronomiyaya qədər, azından yeddi elm və sənət sahəsindən xəbərdar olmalı idi. Elitanı da demos formalaşdırırdı, yəni azad vətəndaşlar. Qədim yunanlar yaxşı bilirdi ki, bu işi vətəndaş hüququnun nə olduğunu kəsdirməyən savadsız qul-qaravaşın, yalnız qarnını otarmaqla məşğul olan «ikiayaqlı qanadsız varlıqlar»ın ( Platonun insana verdiyi tərif ) öhdəsinə buraxsan, demokratiyanı bilmərrə silib-süpürərlər. Demokratiyanın dirəyi sayılan Amerikada indinin özündə də ümumxalq seçkiləri keçirilmir, prezidentin özünü belə azsaylı «seçicilər kollegiyası» seçir.

Müxtəlif dövrlərdə elita müxtəlif prinsiplər əsasında formalaşdırılırdı. Lap qədimlərdə kim güclü idisə, haqlı və hakim olan da o idi, sonralar mənşə, var-dövlət, müasir dünyada isə savad və intellekt, qabiliyyətlər və bacarıqlar əsas götürülür. Çünki digər hallarda cəmiyyət, qaçılmaz olaraq, deqradasiyaya uğrayır və sonda ömrünü daha yaxşı təşkil olunmuş başqa cəmiyyətlərə bağışlayır.

Bu günkü Azərbaycanda ədəbiyyat, sənət, mədəniyyət elitalarının ümumi vəziyyətinə baxanda çox zaman başını qaşımalı olursan.

Digər xalqların öyündüyü və fəxrlə irəli verdiyi elitar mədəniyyət bizdə özünüqoruma instinktini tamamilə itirib, dəyişilmədən qorxa-qorxa kütləvi mədəniyyətin həmləvari yürüşlərinin qarşısında gözünü döyür.

Nəticədə «aşbaz qadınlar»ın iddiası və iştahası durmadan artmaqdadır.

Əhməd fikirləşir ki, ayə, Azərbaycan yığmasının hücumçusu Məmməd kimi topu qapıdan yan vurmağı mən də bacarıram. Bəs niyə Məmmədin şəkli qəzetlərdən düşmür, özünün isə, Allah bağışlasın, bircə donuzu əskikdir, amma mən acından günorta qalxmalı oluram?

Əli öz-özünə sual verir ki, Vəlinin efirlərdən düşməyən musiqisini mən əlüstü improvizə eləyə bilirəm. Vəlinin nəyi məndən artıqdır ki, onun xətrini əziz tuturlar, mənim qədrimi isə bilən yoxdur.

Pirvəli bazardakı piştaxtasını satır, puluna bir mədhiyyə kitabı çıxarır, Yazıçılar Birliyinə üzv olur və dərhal ev növbəsinə yazılır.

Hafiz Hacıyev özünü siyasi elitaya pərçimləmək istəyir.

İnsanlar “adlanmaq”ı “olmaq” kimi başa düşməyə başlayır, sınır-sərhəd itir.

Halbuki normalda bu sənətkarlar fikirləşməliydi ki, pul çox şeyi həll edir, amma hər şeyi yox… Elita elita olsa, özünə azacıq hörmət qoysaydı, hamı hər kəs olmaq sevdasından daşınar, hərə öz işilə ugraşardı.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"İstəyirəm xanımların mənə yazığı gəlsin" - Vaqif Səmədoğlu ilə müsahibə
15:18 28 Yanvar 2021
Xalq artisti: "Şəfiqə Məmmədovadan hamı narazıdır"
14:40 28 Yanvar 2021
Eyvaz Əlləzoğlunun 65 yaşı tamam olur – Onu yaxından tanıyaq
14:36 28 Yanvar 2021
Nobel ziyafəti verilən salon peyvənd mərkəzinə çevrilir
14:22 28 Yanvar 2021
Aktrisa 94 yaşında vəfat etdi
13:41 28 Yanvar 2021
Vaqifin ortadan qırılan siqareti – Babək Göyüş yazır...
13:01 28 Yanvar 2021
Sevgilisi ilə xanımını 4 ay bir evdə saxladı, yəhudi toyunda hamını ayağa qalxmağa məcbur etdi- Heç kimə bənzəməyən Rəmiş
12:30 28 Yanvar 2021
Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021