Qısa yazmaq modası...

Qısa yazmaq modası...
27 sentyabr 2013
# 16:29

İllərdir tanıdığım müəlliflər var. Uzun-uzadı şərhlər, müsahibələr yazırdılar əvvəl. Gözümüz o həcmə öyrənmişdi yəni. İndi o həcmdə yazılara az rast gəlirik. Eyni müəlliflərdi əksəriyyəti, amma qısa yazırlar. Maraqlı gəldi mənə. Bəlkə qocalıqdandı? Yox! Ruhları gəncdir hələ.

Bəlkə adamların səbri tükənib, uzun-uzadı oxumağa həvəs yoxdu, ondandı?...

Bəlkə də onlar tənbəlləşib, ya da biz? Oxucuları və yazarları deyirəm... Optimal variant: İkimiz də!

Yəni nə onlar geniş izahat istəyir, nə də biz bu izahatı veririk. Qısa yazırıq, dediyimizi deyirik. Onlar da oxumaq istədiklərini oxuyurlar.

Amma hər iki halda, yazarların, uduzmaq təhlükəsi daha böyükdü. Məcburuq "bazara" işləyək, qısa yazaq ki, oxsunlar.

Hərdən deyirəm yazmağa söz qalmayıb bəlkə? Söz axtarırıq yazaq, ya da danışaq!

Bəlkə də qorxuruq ki, çox danışıb, uzun-uzadı yazarıq, bizə sözbaz deyərlər... "Söz"dən qorxmuruq, "baz" bir az qorxulu əlavədir...

Bəzən tapdığımız sözü, gördüyümüz hadisəni ifadə etməyə hərflər olmur bəlkə də! Fərqli hərf axtarışındayıq yəni!

Bəlkə də yorğunuq?! Onlar da, biz də. Oxucular və yazarlar...

Bir az da optimist notlara yüklənək!

Ola bilsin, daha yaxşı ifadə etmək bacarığımız formalaşıb - qısa yazırıq!

Uzun sözün, qısasını deyirik!

Elə uzun sözün qısası: moddu-dəbdi qısa yazmaq...

Həm də "palaza bürün" məsələsidir...

Oxuyanlar inciməsin. Bu yazı bir az uzun oldu deyəsən...

# 3616 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #