writer1

Aliyə

Məqalə sayı

999
clock15:39 calendar-gray 17 Sentyabr 2013 view-gray2048 dəfə oxunub
view-gray2048 dəfə oxunub

Zamin Hacı nəyi bilmir?

Teatr aləmində balaca bir canlanma baş verdi: Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov mətbuat konfransı keçirdi-gələnləri yığıb teatrın problemlərindən söhbət apardı, onları teatr kimi “ümumxalq” işdə tərəfdaş kimi gördüyünü dedi. Amma bəzən bir çınqıl da bəs edir; səslənən məlum həqiqətlər cəmiyyətin teatra yırtıcı münasibətini göstərə bildi - dolayısı ilə cəmiyyətin teatra merkantil münasibəti göründü. Teatr təəssübkeşliyi neçənci dəfə fiaskoya uğradı və İsrafil müəllimin dedikləri ətrafında yazılanlar vəziyyətin əslində necə olduğunu bir daha göstərdi.

Halbuki onun dedikləri teatrın vəziyyəti haqqındakı həqiqətlərin müəyyən faizi idi. Teatrşünasların inadla susduğu həqiqətlərin.

Bəyəm teatr kimi mənəviyyat, zövq işini aparan müəssisənin işıqsızqalması özü bir dram deyilmi? Təhsil Nazirliyinin rüşvət narahatlığı ilə (guya da) teatrın biletlərindən (əslində Axundovdan, Mirzə Cəlildən, Kasaresdən, Rumidən, Qoqoldan, Çexovdan) üz çevirməsi teatr üçün bir qrotesk-faciəyə oxşamırmı? Elə teatrın qastrola getmək üçün konkret hansısa “Xəcalət”li əsəri seçməsi “şərtli” realizm deyilmi? Səhnədə kral oynayıb da vəziyyətin qolubağlı qulu olduğunu hiss etmək, amma pafosundan da qalmamaq absurd komediya deyilsə bəs nədir?

Teatra urvatsız münasibəti var. Bəlkə də “bunu teatr özü haqq edib” deyəcəksiniz. Hətta insan da heç kimə lazım olmadığını anlayanda onda tənəzzül başlayır.

Uzun müddətdir ki, teatr “heç kimə lazım deyil” özünə qapanması yaşayır. Müstəqil teatrlar, studiyalar imkanı sıfırdır. Teatr dövlət hesabına yaşayır -

Bu boyda obyektlər olan şəhərə bir balaca teatrı – Bakı Kamera Teatrını çox gördülər, teatrı bağlayıb heyəti Gənc tamaşaçılar teatrına birləşdirdilər. Hüseynağa Atakişiyevin Gənclər teatrlına olan münasibətsə sadəcə ağrılı xatirələrdir: Hamı ölümü ilə barışmış bir teatrın- Hüseynağa Atakişiyevin ölümünü sakitcə izlədi...

Sağ qalmaq bunların bahasına başa gəldi.

Dövlətin saxladığı teatr bu münasibətə dözdü və indi də dözür. Əlindəki imkanlar hesabına daha yaxşı tamaşalar hazırlamağa çalışır, amma nə qədər çalışsa da ona o lazım rolunu vermirlər. O da vecsizliyindən utanır, tez-tez “Xəcalət” də çəkməli olur. Bu azmış kimi bunu ona tez-tez xatırladır, üzünə vururlar. Bilmir dövlətin minnətini götürsün, ya yazarların töhmətini.

Bir adama teatrın təəssübünü çəkməyi çox görürlər: Zamin Hacı yazısında İsrafilovu absurd dramaturgiyanı bilməyəcək qədər savadsız sayır (İsrafilov tələbələrə “Xarici teatr” fənnini tədris edir), Xeyrəddin Qoca adlı “ziyalı” məqaləsini adamı “vurmağ”a həsr edir; özünün “Hərənin öz payı” kimi sadə desək, duzsuz, kal pyesinin acığını çıxır...

Düzü, İsrafilovun Akademik Milli Dram Teatrının repertuarının keyfiyyətsiz pyeslərdən müəyyən qədər təmizlənməsində, eyni üslubda onlarla tarixi qəhrəmanlıq dramı hazırlayan yaşlı rejissorlardan nəhayət ki yaxa qurtarıb, yeniliyə açıq, gənc rejissorlara tamaşalar həvalə edilməsində, bilavasitə tamaşaların keyfiyyətinin yüksəlməsində, teatrdaxili vacib islahatlarla teatrın özünü vacib mədəniyyət faktoru kimi tanımasında, müstəsna xidmətləri oldu və teatr “Şah Qacar”, “Qanlı Nigar”, “Xanuma”, kimi keyfiyyətli tamaşalar təqdim etdi. Tamaşaçı Brext, Dürrenmat, Hüqo, Axundov, Mirzə Cəlil, Kamal Abdulla kimi müəllifləri səhnədə “gördü”. Amma olmur deyəsən. Adamlar inadla “Bizə teatr lazım deyil” deyirlər.

Və beləcə yeni mövsüm aclıq yox, acıma hissi ilə başlayır-

Adamın teatra, teatr adamlarına yazığı gəlir. Teatrsız camaata yazığı gəlir…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021
Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə
09:00 18 Yanvar 2021
Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021