news-inner
clock08:30 calendar-gray 13 Sentyabr 2013 view-gray2781 dəfə oxunub
view-gray2781 dəfə oxunub

Prezervativləri daha çox qadınlar alırmış

Kulis.Az “İlk”lər haqqında maraqlı məlumatları təqdim edir.

İlk qəzet - ən geniş yayılmış informasiya vasitələrindən olan qəzetin yaranma tarixi hələ əsrlər əvvələ, Yuli Sezarın vaxtına qədər gedib çıxır. Cəmiyyəti senatın qərarlarından, müzakirələrindən xəbərdar etmək üçün çıxan nəşrlər qeyri-rəsmi xarakter daşısa da indiki qəzetlərin “əcdadı” sayıla bilər. “Tipao” adlı məlumat vərəqlərinə 713-734-cü illər arası Çində rast gəlinib.

"Qəzet" sözü italyan xırda pul vahidi“qaseta” ilə bağlıdır.XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaseta ilə ödənilib. Hətta ilk dəfə “xəbər yazan şəxs” anlayışı burada meydana gəlib.

“Corrant” adlı ilk ingilisdilli qəzet 1620-ci ildə Amsterdamda nəşr olunub. 1631-ci ildə Fransada çıxan “La Gazette”-in güclü siyasi ağırlığı olub. Qəzetə bəzi xəbərləri fransız kralı XIII Lüdovik, kardinal Rişelye şəxsən yazıb, hətta kiçik reklam tipli yazılar da yerləşdirilib. Rəsmən ilk reklam isə 1657-ci ildə ingilis qəzetlərindən birində dərc edilib, tezliklə kral II Karl sevimli itinin itkisi haqqında şəxsi elan yerləşdirib.

XX əsr teatr kimi qəzet erasının da son dayanacağı hesab olunur. İnsanlar daha qəzet almaq üçün köşkə getmirlər, şəxsi kompüterlərindən qəzetin saytını ziyarət etməyə üstünlük verirlər.

İlk “smayl” – “Xoşbəxt sima” ilk dəfə İngmar Bergmenin 1948-ci ildə çəkdiyi “Dəniz limanı” filmində yer alıb. 1953-58-ci illərdə “Lili” və “Gigi” reklam kompaniyalarında istifadə olunub.1971-ci ildə fransız jurnalist Franklin Laufrani dünyanı daha yaxşı və xoşbəxt bir yerə çevirmək üçün “Smileyworld Ltd” şirkətini quraraq “Smiley”-i markaya çevirib.

İnternet dünyasında tez-tez işlədilən “sarı xoşbəxt sima”ya görə isə istifadəçilər Skot Falmana borcludur. Daha geniş “smayl kütləsi”ni “Microsoft” şirkətinin işçisi Mayk Cons 12 sentyabr 2002-ci ildə hazırlayıb.

İlk kondom – cinsi əlaqə zamanı istifadə olunan, arzuolunmaz hamiləlikdən və cinsi yolla yoluxan infeksiyalardan, HİV/AİDS (QİÇS)-dən qoruyan yeganə üsuldur. Hər il dünyada təxminən 5 milyard prezervativ satılır. İstehsal olunan bütün prezervativlərin təxminən 40-70%-ni qadınlar alır.

Prezervativlərin Qədim Misir və Romada istifadə olunduğu deyilsə də çox da yayğın olmayıb. Həmin vaxtlar qorunmaq üçün ən yaxşı vasitə yağ və heyvan piyi sayılırdı. Ancaq bu vasitələr XVI əsrdə sürətlə yayılan sifilis xəstəliyinin qarşısını almaqda aciz idilər.

Beləliklə, italyan həkim Qabriel Faloppio yeni qorunma vasitəsini – duz və müalicəvi otlar hopdurulmuş kətandan kisə, yəni ilk prezervativi hazırlamağa məcbur olub. İlk dəfə 1712-ci ildə Ütrextdə satışa çıxarılıb. Satış üçün kondomlar keçinin kor bağırsağından hazırlandığı üçün həddən artıq baha olub.

Lateksin və müasir texnologiyanın inkişafı onları daha etibarlı və əlçatan edib. Hətta I Dünya Müharibəsində alman, fransız, ingilis ordusuna geyimlə birlikdə prezervativ də verilirmiş. Seks zamanı təhlükəsizliyinin qeydinə ən çox qalanlar isə fransızlardır.

Fransada kişilərin cəmi 9%-i prezervativdən istifadəyə «dırnaqarası» baxır. Çinli kişilərin 70%-i «təhlükəsiz seks» anlayışını qəbul etmir. İkinci yerdə çexlər (58%), üçüncü pillədə isə ingilislər (34%) durur.

news-inner-user
Rəna Nevzat

298 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020