Kişilərdəki qadına məxsus xüsusiyyətlər

Kişilərdəki qadına məxsus xüsusiyyətlər
23 avqust 2013
# 07:30

Son zamanlarda “köhnə kişilər” sözünü eşitməmiş olmazsınız; “onlar belə etməzdi, onlar belə deyildi” tipli cümlələrin mübtədası kimi. Bu cümlələr nə qədər şablon səslənsə də, həqiqətdir. Əvvəllər qadınlar üçün nəzərdə tutulan anlayışlar indi kişilər üçün də keçərlidir. Bir sözlə, “indiki kişilər”də qadına məxsus xüsusiyyətlər var…

Sevgi onlar üçün də vacibdir


Əvvəllər kişilərin geniş dost dairəsi olardı, oturub söhbət edər, vaxtlarının çox hissəsini birlikdə keçirərdilər. Amma zaman elə dəyişib ki, heç kimin iş-gücdən vaxtı qalmır kimləsə görüşsün. Ona görə də dost dairələri kiçilib, tənhalıq xəstəliyə çevrilib və beləcə kişilərin sevgi münasibətlərinə marağı artıb. Kişilər münasibətlərindəki problemləri çox az insanla paylaşmaqlarına baxmayaraq onların həllinə qadınlar qədər cəhd göstərir, necə davranmaq və danışmaq lazım olduğu haqda düşünür, sevgililərinin dediyi sözlərin mənasını başa düşməyə çalışırlar.


Xarici görünüşlərini də düşünürlər


Kişilərin qadınların geyim, makiyaj, gözəllik ehtirasına istehza ilə baxdığı günlər geridə qaldı. Müasir kişi təkcə geyiminə fikir verməklə qalmır, saçlarına və dərisinə də qulluq edir. Yəni indi qadınlar kimi kişilər də “imic”, “stil” yaratmağa cəhd edir, yeni çıxan ətirlərin, dəbin izinə düşürlər.


Alış-verişi sevirlər


Qadınların nə qədər “alış-veriş xəstəsi” olduğundan hər kəs xəbərdardır. Bəs kişilərin də alış-verişi sevdiyini desək necə? Qadınlar istədiyi geyimi almaq üçün onlarla mağaza gəzə bilər, öz istədiyini tapmasa belə, axtarışa davam edər, geyinər, soyunar, yorulmaz! Kişilərsə belə deyil, bir növ içlərindəki “canavar” çox gec oyanır. Sizə kiçik bir ipucu; alış-verişə gedəndə sevgilinizin bəyənəcəyi geyimlərin satıldığı mağazaya girin, qoyun istədiyini geyinsin, çıxarsın, seçib alsın. Sonra onu da götürüb gedin özünüzə lazım olan paltarı almağa. Onda sizə daha sifət turşutmayacaq.

Dedi-qodu da edirlər


Daima hülqumları ilə öyünən və qarşı cinsi boşboğazlıqda günahlandıran kişilər elə qadınlar qədər dedi-qodupərəstdirlər. Aramızdakı fərq isə onların öz dedi-qodularını ustalıqla gizlətmələridir. Burada qeyd etmək lazımdır ki, dedi-qodu mövzuları başqa olsa da, fərq etməz, nəticədə dedi-qodu elə dedi-qodudur. Məsələn, qadınlar başqa bir qadının xarici görünüşü, sevgililəri, pis xasiyyətləri, geyimləri haqqında danışır, kişilərsə başqalarının iş və seks həyatlarındakı uğursuzluqlarını dillərinə dolayırlar.

Övlad sevgisi onlar da var

Evlənmək, ailə sahibi olmaq qadınların ən böyük arzusu kimi qələmə verilsə də, kişilər də az həvəsli deyillər. Fərq ondadır ki, kişilər əvvəlcə karyeralarında uğur qazanıb, sonra evlənməyə üstünlük verirlər. Ancaq nə olur-olsun kişilərin ən böyük arzularından biri ata olmaqdır…

# 4354 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

12:00 2 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər