writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock12:16 calendar-gray 12 Avqust 2013 view-gray850 dəfə oxunub
view-gray850 dəfə oxunub

Universitetə tələbə düzəldən alimin ferma açmağı

Cəlil Cavanşir yazır

Üstündən üç il keçməsinə baxmayaraq indi yazacağım əhvalat hər dəfə yadıma düşəndə əllərim əsir. Bəlkə də e-mailimə gələn məktubu oxumasaydım, bu iyrənc hadisəni xatırlamayacaqdım...

Görünür, bu cür hadisələr insan həyatında heç olmasa bir dəfə baş verir və acı xatirələri insanı ömür boyu izləyir. Hamımız aldanırıq. Bəzən sevdiyimiz adamlar, inandığımız dostlar, etibar etdiyimiz tərəfdaşlar insafsızcasına bizə yalan danışır. Bu aldanışların bəzisi unudulur, bəzisi isə hərdən, xırda bir qığılcımla xatırlanır...

...Rayonların birində yaşayan keçmiş tələbə yoldaşım ali məktəblərə qəbul imtahanı keçirilən ərəfədə mənə zəng elədi. Qardaşının ali məktəbə hazırlaşdığını, imtahan ərəfəsində ona ixtisas seçiminə yardım etməyimi xahiş etdi. İşlərimin çoxluğuna baxmayaraq yardımçı olmağa razılıq verdim. Vədələşdiyimiz gün qardaşı və atası ilə görüşdük. Abituriyentlə söhbətləşdim, seçəcəyi ixtisasları müzakirə etdik.

Məlum oldu ki, “dostum” imtahanlara çox zəif hazırlaşıb, ancaq ödənişli ixtisasları və ya özəl universitetlərdən birini seçə bilər. Öz təcrübəmi, eşitdiklərimi onunla bölüşdüm, imtahanqabağı vəziyyəti müzakirə etdik. Xudahafizləşməyə hazırlaşanda AMEA-da çalışan bir tanışım zəng elədi. Onun bir məqaləsini tərcümə etmişdim, qonorarımı gətirməli idi. Qonaqlarım qalxmaq istəmirdi. Pula ehtiyacım olduğu üçün, onlardan icazə alıb, onu da görüş yerinə dəvət etdim (kaş dəvət eləməzdim).

Alim tanışım Şuşada doğulub, orada böyümüşdü. Qarabağ uğrunda gedən döyüşlərdə nəslindəki bütün kişilər qəhrəmanlıqla həlak olmuşdu. Böyük bir nəslin sonuncu kişi nümayəndəsi idi. Bir neçə ali məktəbdə çalışmış təcrübəli müəllim sayılırdı. Füzulinin, Vaqifin, Vidadinin, Zakirin, Nəvvabın, Nigarinin yaradıcılığını əzbər bilirdi. Danışanda bayatılar, qoşmalar, gəraylılar dilindən düşməzdi. Kənardan axmaq adama bənzəsə də 5 araşdırma kitabının müəllifi idi. Ceyhun bəy Hacıbəyli, İlyas Əfəndiyev, lirik folklor nümunələri, Qarabağ folkloru ilə bağlı araşdırmaları ciddi elmi araşdırmalar hesab olunurdu...

Tanışımı qonaqlarımla tanış edib, sadəlövhlüklə gəlişlərinin səbəbini dedim. İxtisas seçimi ilə bağlı onun da fikrini soruşdum. Alim tanışım, abituriyentlə 2-3 dəqiqə danışıb narazılıqla başını buladı və onun valideynini söhbətə tutdu. Artıq ali məktəbə qeyri-qanuni yolla qəbulun mümkün variantları müzakirə olunurdu.

...Nə qədər etiraz eləsəm də abituriyenti imtahansız, rüşvətlə ali məktəbə qəbul etdirməklə bağlı razılığa gəlib əl sıxışdılar. Ciddi-cəhdlə belə bir şeyin mümkün olmadığını, test üsulunun üstünlüklərini, oxumağın vacibliyini izah etsəm də xeyri olmadı. Abituriyentin yaşlı və uzun müddət kənd icra nümayəndəsi işləmiş məmur atası israr etdi ki, oğlunun əsgərliyə getməməsi üçün əlindən gələni edəcək ki, universitetə “düzəltsin”. Daha sonra yaşlı alimlə, qoca məmur sövdələşmək üçün kənara çəkildilər. Tələbə yoldaşımın qardaşını kənara çəkib durumu ona başa salmağa çalışdım. Kənddən kənara çıxmayan bu uşaq üçün fərqi yox idi. Təki hərbi xidmətə getməsin.

Sentyabrda məlum oldu ki, “alim” qoca məmurun külli miqdarda pulunu da götürüb yoxa çıxıb. Tanışlıqda və söhbətdə iştirak etdiyim üçün tələbə yoldaşımın ailəsi məni günahkar çıxardı. “Alim” tapılmayınca məndən yapışdılar. Tanışlıqda iştirakçı olduğum üçün “zibil”ə düşmüşdüm.

Uzun axtarışlardan sonra əvvəlcə “alim”in əvvəllər yaşadığı yataqxananı tapdıq. Məlum oldu ki, ali məktəb müəllimi olduğu vaxtlarda bu əməllərinə görə həbs olunub və bir neçə il həbsdə yatıb. Əl-ayağım boşaldı. Məndə olan telefon nömrəsinə zəng çatmır, doğulduğu yer işğalda, məskunlaşdığı və qeydiyyatda olduğu yerdən isə baş götürüb qaçıb! Aldadılan tərəf isə, ağına-bozuna baxmadan məni günahkar çıxarır, işsiz vaxtlarımda fırıldaqçıya verdikləri pulu məndən tələb edirdilər.

Polisə müraciət etməyi məsləhət bildim, razılaşmadılar. Qoca məmur bu qədər pulu haradan əldə etməsi ilə bağlı haqq-hesab soruşacaqlarından çəkinirdi. Həyatımın ən gərgin altı ayını yaşadım. Tələbə yoldaşımın ailəsi məni intihar həddinə çatdırdı. Valideynlərimin üzünə baxmağa utanırdım. Belə bir işə bulaşdığım, imkan verdiyim üçün ölüb yerə girirdim.

...Günlərin bir günü, hadisədən 7-8 ay keçmiş “alim”in izinə düşdüm. Məlum oldu ki, AMEA-nın əməkdaşı, qalın-qalın araşdırmaların müəllifi, elmlər namizədi fırıldaqla əldə etdiyi pullarla Hacıkənddə qoyun-quzu alıb, ferma açıb. Çox sonra məlum oldu ki, həmin “sezon” elmlər namizədi on nəfəri də bu cür tora salıb. Təxminən yüz min manatlıq asan qazanc əldə edib...

“Alim”in o qədər miskin görkəmi, zəif fiziki vücudu var idi ki, belə bir adamın fırıldaqçı olacağı, alimlik yox əllaməlik edəcəyi tək mənim yox, heç kəsin ağlına gəlməzdi...

Çox çətinliklə də olsa “alim”i tapıb, pulu geri aldıq. Uğursuz abituriyent hərbi xidmətə, alim AMEA-ya, mən isə öz normal həyatıma geri döndüm. “Alim”ə “gözün üstə qaşın var” deyən olmadı. Aldatdığı ailələrin heç biri polisə müraciət etməmişdi...

...Ramazan bayramı münasibəti ilə mailimə gələn təbriklərə göz atanda, onun da bayram təbriki ilə rastlaşdım. Başıma bu cür oyun açıb məni rüsvay edən əllamə “alim” mənə uzun bir bayram təbriki yazıb, qarşıdakı aylarda baş tutacaq doktorluq işinin müdafiəsinə dəvət edirdi...

Başıma ikəlli qapaz vurub, bir siqaret yandırdım...Hiss elədim ki, fırıldaqçı alimi xatırladıqca əsəbdən əllərim əsir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020