writer1

Səhər Əhməd

Məqalə sayı

196
clock11:24 calendar-gray 01 İyul 2013 view-gray1652 dəfə oxunub
view-gray1652 dəfə oxunub

Nevroz, mədəniyyət və “Gangnam style”

Nə vaxtsa oxumuşdum ki, vaxt gələcək insanlar səsdən taun kimi qorxacaqlar. Bəlkə də oxumamışdım, eşitmişdim. Mənbə haqda yaddaşımda elə də dəqiq məlumat yoxdu.

Bircə onu xatırlayıram ki, bu fikirlə tanış olanda insanların səsdən taun kimi qorxmasına hələ çox vardı. Hər halda mənə elə gəlmişdi. Onda hələ adamlar telefonu cüt - cüt gəzdirmirdilər, əksinə cib telefonu olanlar tək-tək idi. Bakı küçələrində maşın indiki qədər çox deyildi. Onda mənə elə gəlirdi ki, adamların səsdən taun kimi qorxacaqları gün çox uzaqdadı, yəqin ki, mənim bu dünyada olmayacağım vaxtlarda.

İnsanların gələcək haqqında təxəyyülləri maraqlıdı. Məsələn, onlar uçmaq arzularını nağıllarda uçan xalça şəklində ifadə ediblər, əsrlər sonra isə uçaq kəşf olunub.

Mən uşaq olanda kəndimizdə bir dəli vardı, kimsə onu hirsləndirəndə əlini qulağına aparıb “alo” deyər, guya sahə müvəkkilinə şikayət edərdi. Onda hələ bizim mobil telefonu tanımağımıza çox vardı.

“Vaxt gələcək, insanların səsdən taun kimi qorxacaqlar” fikri də bu tipli öncəgörmələrdəndi.

Bu çərxi-fələk elə sürətlə dövran elədi ki, sizi deyə bilmərəm, mən artıq səsdən taun kimi olmasa da, qrip kimi qorxmağa başlamışam. Maşın siqnalından, telefon zəngindən, mesaj cükkültüsündən, “budilnik” zingiltisindən, sual intonasiyasından, sürücü kaprizindən, dilənçi yalvarışından, satıcı yaltaqlığından və daha nələrdən. Bütün bu səslər beynimi gün boyu o qədər döyəcləyir ki, hərdən elə bilirəm, ömrüm deyingən birinin şikayətlərini dinləməklə keçir.

Mənbəyini unutduğum başqa bir fikirdə isə deyilir ki, mədəni mühit əsəbi olmağa məhkumdu. Bu da maraqlıdı, əsəb və mədəniyyət. Yəni, bizim həm paytaxtda yaşamaq, həm də dağ başı, çay qırağı, qulaq dincliyi istəyimiz mənasızdı. Biz həmişə daha çox absurdu, mümkün olmayanı istəyirik. Paytaxtın ortasında oturub, insan ayağı dəyməyən bir ada arzulamaq kimi.

Bu yazını yazarkən oğlum oyuncaq telefonunda “qam- qam stayl”ı mələdib dəli kimi oynamaqla məşğuldu. Hərdən rəqsinə ara verib məndən soruşur:

- Yaxşıdı?

Hirsimi güclə boğub gülümsəyirəm. Amma səsimdə dörd yaşlı uşağa aid olmayan bir ironiya titrəyir:

- Yaxşıdı, bəs nə, hətta əladı.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021
Fransada yaşayan türk yazar: “Hər gün səhər gözümüzü qadın cinayətləri ilə açırıq” – Müsahibə
12:11 15 Yanvar 2021
Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarıldı
12:01 15 Yanvar 2021
Ermitaj saxtakarlıqda ittiham olunur
11:35 15 Yanvar 2021
Gündüz dayı necə məşhurlaşdı?
11:03 15 Yanvar 2021
Şərif Ağayarın “Kurtlar vadisi”ni xatırladan romanı – Tənqid
10:30 15 Yanvar 2021
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat edib
09:52 15 Yanvar 2021
Ərinin xəyanətini yuxuda görən Qumru – Sevdanın hekayəsi
09:00 15 Yanvar 2021
Hitlerin kitabının elmi buraxılışı hazırlandı
19:11 14 Yanvar 2021