Acıdım oğlanların qısa ətəklərimə baxmasına

Acıdım oğlanların qısa ətəklərimə baxmasına
10 iyun 2013
# 14:58

Aybəniz Alızadə

GƏL ÇIXAQ GEDƏK... !

Yorulmusan?

Çıxaq gedək...

Nəyi gözləyirsən? Xoşbəxtliyimi?

Ha ha ha gəlməyəcək.

Kim aldatdı səni?

Ümidlərinmi?

Beyninmi?

Ürəyinmi?

Uluduz falın, ya yuxuların?

Görən niyə unutmadın?

Hansı qoymadı?

Sevdiyinmi?

Yoxsa xatirələr?

Yaşadığın şəhər?

Bütün bədbəxtliklər?

Dursun gözünə,

Unut hamısını.

Yaddaşına tüpür,

Üz çevir,

Günahkarın biri də odur!

Gəl çıxaq gedək.

Gəlməyəcək,

Həvəslənmə,

Nə sevgilin,

Nə xoşbəxtlik.

Gerçəklə savaşma,

Günahı yoxdur.

Elə ən səmimi, dürüst olan odur.

Aldatma məni, özüm,

Mən ki, uşaq deyiləm

Nəyi gözləyirsən?

Eşitdim xəstələnmisən...

Qürurun ölüb, özünə gəlmirsən.

Gəl çıxaq gedək...

Bir pay qismət, ömür yazıb,

Gəl çıxaq gedək...

Ucalaq yüksəkliyə,

Qorxma, onsuz da lənətlənmişik

Gəl çıxaq gedək...

Hamısını özünə təslim edib,

“İstəmirəm, çox sağ ol...” deyək..!

BİR FEVRAL SƏHƏRİ

Dünəndən bu günə yenə yaz yağır,

Qəlbimin içinə bir ayaz yağır,

Səhərin mehində sevgi yağışı,

Köhnə xatirələr küncdə ağlayır.

Fevral səhəridi, quşların səsi,

Martın bayramları, yazın gəlməsi,

Qonşuda bir gəncin zifaf gecəsi,

Sevgisiz ölənin ruhu ağlayır.

Yaz yuxuları rəngarəng olur,

Məndəsə, kabusa dönüb gecələr.

Röya görmək üçün gərək yatasan,

Bəs dərdlərim quş olub hara gedərlər?

Kiminsə, qəlbinə yenə su damır.

Kişinin göz yaşı dözülməzdi heç,

Ağlamaq sevginin el adətidir,

Ağlamadan gəlin köçən sən gördünmü heç?

RUHANİ

Dünən hava yaman boz idi.

Köhnəlmiş paltarlar kimi.

Tanrı da deyəsən məndən küsmüşdü,

Dua etdim, eşidib cavab vermədi.

Bir az dilxor idim, yağışın yağmasına.

Qısa ətəkdə idim,

Oğlanların acgözlüklə baxmasına...

Acıdım içimdə,

Yazığım gəldi,

Onlar fiziki ac idi,

Mənsə ruhani.

# 1506 dəfə oxunub

Oxşar xəbərlər

# # #