writer1

Aliyə

Məqalə sayı

974
clock15:06 calendar-gray 07 May 2013 view-gray1384 dəfə oxunub
view-gray1384 dəfə oxunub

Haqverdiyevə baxa-baxa darıxmaq...

Niyə o lənətə gəlmiş almanı Həvvaya göstərdilər, adına «alma» dedilər, amma «dilinə alma» dedilər? Niyə bu qədər naz-nemət var ikən Həvva o almanı yemək istədi və insan nəslini əbədilik bu dünyaya qovdurdu? Axı niyə tanrı insana şərt qoydu və onunla əbədi bir oyuna qoşuldu? Əbdürrəhim bəy Haqverdiyevin komediyası «niyə» yox, «kimdir» sualı verir. İradə Gözəlovanın Musiqili Komediya Teatrında hazırladığı və dünən premyerasını keçirdiyi eyniadlı tamaşası da «Kimdir müqəssir?» soruşur. Adəmmi, Həvvamı? Kişimi, qadınmı? Bu suallar varsa, deməli mübahisənin, komediyanın əsası qoyuldu…

Rejissor İradə Gözəlova da əsərdəki ələgələn, üzdə olan komik nüansların izinə düşür. Bu üzdəlik onu hara aparacaq, məncə bilir və bunu tamaşaçılar üçün, onları maksimum güldürmək üçün edir: Cənnətdən qovulma əhvalatı üç variantda–nəqlçi tanrının, Baharın və Mahmudun təqdimatında-hər birinə sərf edən şəkildə oynanılır.

Bu üzdə olanlıq, ələgələnlik əhvalata klassik, ənənəvi münasibət, qavrayış və təfəkkür tərzindən gəlir – Tanrı və nəqlçi rolunda çıxış edən Çingiz Əhmədov həm də dövlətli ağanı oynayır və bu özü də tanrıya ənənəvi klassik münasibətdi. Çünki, Bahar və Mahmud varlı ağaya tanrıya səcdə edən kimi səcdə edirlər.

Maraqlı olan bir məqam da var-Tanrı bir qayda olaraq kişi obrazında təqdim olunur və bu nəqlçi - tanrı - kişi əlbəttə ki, «cənnətdən qovulma» əhvalatına patriarxal nöqteyi-nəzərdən yanaşır. Müəllif (Haqverdiyev) kişidir, Tanrı kişidir, amma rejissor (İradə Gözəlova) qadındır. Və o, tamaşa boyu ənənədən, əsərdən, dünyadan gələn kişi mərkəzçi düşüncədən çıxa bilmir. Əlbəttə ondan «təqsir kimdədir-arvadda ya kişidə?» qarşıdurmasında qadına tərəfkeşlik etmək kimi ucuz, primitiv bir xahişimiz yoxdur. Ondan cinsindən asılı olmayaraq bir rejissordan istədiyimizi istəyirik. Yoxsa, görünən dağa nə bələdçi?

Üstəlik o rejissor dekorla, rəqslə, musiqilə, canlı mahnı parçaları ilə, aktyor ifası, mizan, rəqs quruluşları ilə peşəkarlığını göstərirsə. Bunun üstünə əvvəllərdə hazırladığı çox yozumlu, uğurlu tamaşaları gəlsək nə istədiyimiz daha aydın olur.

Haqverdiyevin əsərində ər və arvad-Mahmud və Bahar kəsbkarlıq üzündən çəkdikləri əziyyətdə bir-birini suçlaya-suçlaya şəcərələrinə Adəm və Həvvaya qədər gedib çıxırlar. Mahmud cənnətdən qovulduqlarına görə qadını, yəni Həvvanı günahlandırır-Bahar kişini, yəni Adəmi. Bu zaman sanki situasiyanın necə olduğunu göstərmək üçün qeybdən bir varlı ağa peyda olur və onlara bir sandığı üç saat ərzində açmamaq şərti ilə bütün varidatını verəcəyini söyləyir və hər cür nemətlə dolu bir evə gətirir. Bildiyimiz əhvalat: qadın dözə bilmir o sandığı əvvəl axır kişiyə açdırır və o dövlət quşu «pırr» eləyib uçur…

Bu arada tamaşaya qadın nəfsinin (bəlkə də azadlığının), istəklərinin ekvivalenti, leytmotivi kimi pişik obrazı əlavə olunur və Elməddin Dadaşov o sehrli, idarəedici gücü yüngül plastik hərəkətlərlə magik bir heyvanın - pişiyin simasında göstərə bilir. Üstəlik bu pişik öz sehrini həm də musiqinin üzərində hakim edir. Sanki şeytan işi olan hər şey zövqverici, imtina etmək mümkün olmayandır. Oddan yaranan, insana boyun əyməyən şeytan. Bu şeytanilik qadında hardandır? Bu suallar tamaşa içində itib batır. Yalnız bir sual səslənir-kim?

Qadın-Bahar səbirsiz, nəfsli, istədiyini elətdirən kimi təqdim olunur, Mahmud-kişi isə primitiv, zəif və məzlum kimi. Bu arada nə qədər desən dodaq qaçırdan nüans göstərmək olar. Elə göstərilir də. Kişi və qadının seksual münasibətlərinə eyhamlardan tutmuş, xarakterlərindəki özəlliklərə qədər bütün nüanslar zarafatyana şəkildə faş edilir. İradə bu mövzuda (və razılaşın Ki, olduqca maraqlı-geniş meydan verən mövzuda) yeni fikir, yeni yanaşma həsrətini səliqəli və tamaşanın temporitmini saxlayan dəqiq seçilmiş rəqslərlə, qəhrəmanların daxili vəziyyətini ifadə edən, kamançada canlı (bu canlılıq əlbəttə təqdir olunur) ifa olunan milli melodiyalarla, yenə də aktyorların dilindən səslənən və yerinə düşən canlı mahnı parçaları ilə dağıtmağa çalışır.

Amma çifayda, tamaşa bitir, mövzunun həsrəti qalır canında…Sanki, sandığı biz açırıq və quş əlimizdən uçub gedir. Az qala əlimizdə idi…

Sanki, almalar hələ də budaqlardan sallanır-qoxulayırıq, toxunuruq, ətri bizi vurur, parıltısı gözümüzü qamaşdırır, amma dişləyib dadına baxa bilmirik. Əlimiz çatmır ki, çatmır …

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xristianlığa meyl edən gənclərimiz - Əsəd Cahangir yazır...
21:00 20 Avqust 2019
Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Qızlar 14 yaşında ərə getsin! – Ayxan Ayvaz yazır...
12:33 20 Avqust 2019
Anardan Firudin Qurbansoya etiraz gəldi
12:01 20 Avqust 2019
Ədəbiyyat insanı əqli inkişafdan saxlayır
11:22 20 Avqust 2019
"İmtahan" serialının Eldarı insult keçirdi
10:25 20 Avqust 2019
Atalığının döyə-döyə öldürdüyü Murad
10:21 20 Avqust 2019
Yeni beynəlxalq teatr festivalı təsis olunub
09:32 20 Avqust 2019
“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
09:00 20 Avqust 2019
Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019