news-inner
clock10:47 calendar-gray 07 May 2013 view-gray2374 dəfə oxunub
view-gray2374 dəfə oxunub

Yalançı peyğəmbərlər

Peyğəmbərlik bütün səmavi dinlərdə ciddi qəbul olunan, dinlərin təməl sütunu hesab edilə biləcək qədər vacib mövzudur. Sonuncu səmavi din hesab olunan İslamın müqəddəs kitabı “Qurani-Kərim”də 25 (bəzi araşdırmaçılara görə 26) peyğəmbərin adı çəkilir. Amma bütün islam biliciləri yaradılışdan bu yana Allah tərəfindən 124 min peyğəmbər göndərildiyinə inanır. Sonuncu peyğəmbər hesab olunan Məhəmməddən sonra özünü peyğəmbər edənlər “yalançı peyğəmbərlər” hesab olunur. “Peyğəmbər” ərəb sözüdür, “qeyb aləmi ilə əlaqəsi olan insan” mənasını verir. Din alimləri təxminən bu tezisi irəli sürür: “Peyğəmbər, Allah tərəfindən öz bəndələrini doğru yola çəkib, onları günahlardan uzaqlaşdırmaq üçün göndərilmiş insandır və Allahla peyğəmbər arasında ayrı bir insanın vasitə olması qeyri-mümkündür”.

Yalançı peyğəmbərlərlə bağlı ilk xəbərdarlıq xristianların müqəddəs kitabı “İncil”də yazılır: “Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm, yaxud qanqaldan əncir yığıla bilərmi? Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verir. Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.(Mat. 24:4-5; Yəh. 15:2.6; Kor. 11:13-15; Qal. 5:19-23)”

İslam dinində qəbul edilən sonuncu peyğəmbər Məhəmməd olsa da, xristianlar da onun peyğəmbərliyini qəbul etmirlər. Maraqlıdır ki, müsəlmanlar da Məhəmməddən sonra özünü peyğəmbər elan edənləri saxtakar və yalançı hesab edir.

Sarışın hoqqabaz

Məhəmməd peyğəmbərin sonuncu peyğəmbər olduğunu qəbul etməyən ilk “yalançı peyğəmbər” Müseylimə ibn Sümamədir (müsəlmanlar ona Müseyləmət-ül Kəzzab da deyirlər ). Balacaboy və sarışın olan Müseylimə müxtəlif hoqqabazlıqları ilə məşhurlaşıb. 586-cı ildə doğulan və ikinci adı Həbib olan “yalançı peyğəmbər” Ərəbistanın Nəcd bölgəsindəki Yəmamə yaşayış məntəqəsində məskunlaşmış Bəni-Hənifə qəbiləsindən idi. Bütün tayfadaşları kimi o da xristiandı. Bəzi araşdırmaçılar Müseylimənin Məhəmməddən əvvəl özünü peyğəmbər elan etdiyini, Quranın müxtəlif ayə və surələrinin Müseylimənin kitabından götürüldüyünü iddia edirlər. İngilis şərqşünası David SamuelMargoliouth iddia edir ki, Müseylimə peyğəmbərliyini Məhəmməddən 20 il əvvəl elan edib. Eyni zamanda məqalələrinin birində Məhəmməd peyğəmbərin Müseyliməni təqlid etdiyini bildirir. İslam alimləri isə bu fikri qətiyyən qəbul etmir.

15 yaşında Qüdsə səfər edən Müseylimə burda iki il yaşayır və İsa Məsihin özündən sonra gələcək peyğəmbər haqqında dediklərini ətraflı olaraq araşdırır. Bu fikirləri öyrəndikdən sonra Müseylimə özünün həmin peyğəmbər olması üçün hər gün dua etməyə başlayır.

Hind fəlsəfəsi ilə tanışlıq, zülmətdən alınan vəhy


Ərəbistana qayıtdıqdan sonra Omanda məskunlaşan Müseyləmə, Hindistana ticarət səfərləri təşkil etməyə başlayır. Hindistana etdiyi səfərlər onun həyatında böyük dönüş yaradır. Səfərləri ona böyük təcrübə qazandırır və Müseyləmə hind fəlsəfəsini öyrənir. 628-ci ildə Yəmaməyə qayıdan Müseyləmə görür ki, Bəni-Hənifə qəbiləsinin başçısı və qəbilə üzvlərinin böyük əksəriyyəti İslam dinini qəbul edib.


Hicri təqvimi ilə 9-cu ildə Müseylimə bir qrup həmqəbiləsi ilə birlikdə Mədinəyə gəlir. Məqsədi Məhəmməd peyğəmbərlə görüşmək olan Müseyləmə son anda qərarını dəyişsə də onunla gələnlər Məhəmməd peyğəmbərlə görüşüb islamı qəbul edir. Müseylimə isə karvandakı yükün yanında qalmaq bəhanəsi ilə Peyğəmbərlə görüşməkdən imtina edir və islamı qəbul etmədən geri qayıdır.


Məhəmməd peyğəmbərin “Vida həcci”ndən sonra Müseylimə fəallaşır və elçilər vasitəsilə Məhəmməd peyğəmbərə öz “dəvət” məktubunu göndərir.

Müseylimə iddia edirdi ki, Allah Harunu Musaya şərik etdiyi kimi, onu da Məhəmmədə şərik edib. Ona Rəhman adlı mələk vasitəsilə zülmətdən vəhy gəlməsini iddia edirdi. Müseyləmənin ətrafında olan insanlar əsasən qəbilə təəssübünə görə onunla həmrəylik nümayiş etdirirdilər.

Quranı yamsılayan və möcüzəsiz “peyğəmbər”


Müseylimə yalan vədlərlə və qəbilə təəssübkeşliyi ilə camaatı öz tərəfinə çəkməyə başladı. Onun yalançı olması addımbaşı aşkara çıxırdı. Bir dəfə ona demişdilər: “Məhəmməd suyu azalmış quyulara ağzının suyundan tökəndə quyuların suyu artır. Sən də bizim üçün belə bir möcüzə göstər”. Müseylimə hansı quyuya tüpürdüsə, suyu birdəfəlik çəkilib qurudu. Başqa bir vaxt ona dedilər: “Məhəmməd öz səhabələrinin başına əlini sürtüb onlara şəfa verir. Sən də bizim xəstə balalarımızı sağalt”. Müseylimə hansı uşağın başına əlini çəkdisə, nəinki sağalmadı, üstəlik, uşağın saçları tökülüb keçəl oldu. Bir gözü görməyən qocanın sağalması üçün dua edəndə, qocanın ikinci gözü də kor oldu.
Məhəmməd Peyğəmbərin ən böyük möcüzələrindən birinin Quran olduğunu bilən Müseyləmə ona gələn vəhyləri yazmağa başlayır. Müseyləmə Qurandakı “Fil” surəsinə cavab olaraq bu surəni oxuyarmış; “Əl-fil. Məl-fil. Və ma ədrakə məl-fil. Ləhu zənbin vəbil. Və xurtumin təvil”. (“Fil. Nədir fil? Sən nə bilirsən ki, nədir fil? Onun bərk quyruğu və uzun xortumu var”).

Müseyləmənin sonu


Müseylimə getdikcə müsəlman icması üçün təhlükəli qüvvəyə çevrilir. O, Nəcdin müsəlman valisini qovur və böyük bir ərazini ələ keçirir, ardıcıllarının sayı 40 mini keçir. Məhəmməd Peyğəmbər Müseyliməyə qarşı qoşun göndərməyə imkan tapmasa da xəlifə Əbu Bəkrin Müseyliməyə qarşı iki hərbi səfər təşkil edir. Ancaq müsəlmanlar məğlub olur. Nəhayət dövrünün böyük sərkərdəsi Xalid ibn Vəlid yalançı peyğəmbərin üzərinə göndərilir.


Xalid döyüşdən öncə Müseylimənin ardıcıllarının inamını qırmaq üçün onunla görüşüb danışıq aparmaq istədiyini bildirir. Müseylimə görüşə gələndə Xalid qılıncını çəkib ona hücum edir. Yalançı peyğəmbər qaçıb canını qurtarsa da, hamının gözü qarşısında rüsvay olur.


633-cü ildə baş vermiş “Yəmamə savaşı”nda 1200 nəfərdən artıq müsəlman, o cümlədən yüzlərlə Quran hafizi öldürülür. Müseyləmənin 20 min tərəfdarı qılıncdan keçirilir. Müsyelimə “Rəhman bağı” adlı qərargaha sığınsa da Məhəmməd peyğəmbərin əmisi Həmzəni qətlə yetirən Vəhşi onu da öldürür. İslam dini üçün təhlükə yaradan ilk yalançı peyğəmbərin acı sonluğu digər saxtakarları da qorxudur.

Səccah bint Haris – saxtakar qadın, yoxsa peyğəmbər?

Müseylimə ilə eyni zamanda Ərəbistanın müxtəlif yerlərində yalançı peyğəmbərlər zühur etməyə başladı. Bəni-Təmim qəbiləsindən olan Səccah bint Haris adlı qadın da özünü peyğəmbər hesab edirdi. O siyasi və hərbi cəhətdən daha güclü idi. Öz gücünə arxayın olan Səccah Müseyləmənin tərəfdarlarından ibarət olan Yəmaməyə qoşun yeridir, Müseylimə qüvvələrinin azlığına görə sülh təklif edir. Sülhün şərtlərinə görə Müseylimə ilə Səccah bir çadırın içində təklikdə görüşüb, həqiqi peyğəmbər olduqlarını bir-birinə sübut etməli idilər. Məğlub olan şəxs qalibə biət etməli idi.


Müseylimə ilə çadırda bir gecə keçirən Səccah öz adamlarına elan edir ki, Müseylimə özünün haqq peyğəmbər olduğunu ona sübut edib. Məhz buna görə də o, Müseyliməyə ərə gedir. Təmim qəbiləsi də öz liderinə tabe olub Müseyliməyə qoşulur və Müseylimə xeyli güclənir. Müseylimə “başlıq” kimi Səccahın qəbiləsini sübh və ikindi namazlarandan azad edir. Səccah bir neçə ay Müseylimə ilə yaşadıqdan sonra yenə öz vətəninə qayıdır. “Peyğəmbərlər”in evliliyi uzun çəkmir... Maraqlıdır ki, Müseyləmənin ölümündən sonra Səccah islam dinini qəbul edir.

Muxtar Səqəfi - inqilabçı yoxsa peyğəmbər?

Sakif tayfasından olan Muxtar ibn əbu Übeyd (Muxtar Səqəfi) peyğəmbərlik iddiası ilə, ibn Zübeyrin hakimiyyəti illərində Hüseyn ibn Əlinin intiqamını almaq istəyi nümayiş etdirərək, Kufə əhlini öz tərəfinə çəkir. Keysani ləqəbi ilə tanınan bu şəxsi islamın tarixinin ilk inqilabçılarından sayırlar. İbn Zübeyri qətlə yetirdikdən sonra yaranan şərait onu o qədər həvəsləndirir ki, düşünmədən özünü peyğəmbər elan edir. Şiə alimləri Muxtar Səqəfinin özünü peyğəmbər elan etməsini rədd edir, onu şiə qəhrəmanlarından biri hesab edirlər.

Eşşəklə möcüzə göstərən Əsvəd “peyğəmbər”

Saxta peyğəmbərlərdən ən təhlükəlisi Əsvəd-ül Ansi sayılır. Yəməndə Ans qəbiləsində doğulan, əsil adı Abhala ibn Kaab olan bu şəxs həm də “Zul Himar”(eşşəkli) adıyla tanınıb. Rəvayətə görə Əsvəd-ül Ansinin müxtəlif bacarıqları olan bir eşşəyi varmış. Səlis nitqi, müxtəlif illüziyaları ilə xalqı aldatmağı bacaran bu hoqqabaz tez bir zamanda məşhurlaşmağı bacarır. Eşşəyinin qulağına “Rəbbinə səcdə et” deyən kimi eşşək çökür, “Qalx” deyincə qalxırmış. Bundan başqa yüzlərlə heyvanı bir düz xətt üzrə düzüb “bizləyir”, lakin heyvanlar xətdən çıxmazmış. Bu səhnəni görən insanlar onun ilahi gücünə, peyğəmbərliyinə şübhə etmir. Əslində Əsvəd-ül Ansi güclü hipnozçu sayıla bilər. Məhəmməd peyğəmbərin xəstələndiyini eşidən Əsvəd-ül Ansi kahin paltarı geyinərək özünü “Yəmənin rahmanı”, peyğəmbər elan edir. Eyni zamanda islam ordusunun başının qarışdığı bir vaxtda bütün Yəməni hakimiyyəti altına almağa cəhd edir. Müsəlmanlara qarşı xüsusi qəddarlığı ilə seçilən Əsvəd sui-qəsd nəticəsində aradan götürülür və Yəmən müsəlmanların idarəetməsi altına keçir.

Zinanı halal hesab edən Tüleyha “peyğəmbər”

Tüleyha ibn Hüveylid yalançı peyğəmbərlərin ən qorxağı və zavallısı hesab oluna bilər. Əsil adı Talha olan, Əsəd qəbiləsinin tanınmış insanlarından biri olan bu şəxs təhlükəli olmasa da, Xalid ibn Vəlidin ordusuna böyük narahatçılıq yaratmağı bacarıb.

Müsəlmanlar ona qarşı kin bəslədiklərindən onu Tüleyha – yəni “Talhacığaz” adlandırırdılar. Tüleyhanın da həyat və fəaliyyəti olduqca maraqlıdır. Hicrətin 5-ci ilində Mədinəni mühasirəsində iştirak edən bu insan hicrətin 9-cu ilində tayfadaşları ilə birlikdə Mədinədə islamı qəbul edir, hicrətin 10-cu ilində mürtədlərə rəhbərlik edərək özünü peyğəmbər elan edir və nəhayət Kadisiyə və Nihavənd döyüşlərində müsəlman əsgəri kimi özünü göstərir. Məhəmməd peyğəmbərin xəstəliyindən istifadə edərək ona “Zün-Nun” adlı mələyin vəhy gətirdiyini iddia edir.

Həqiqətdə isə Tüleyha saxtakar və yalançı idi. Onun özünü peyğəmbər elan etməsi daha çox islam aləmində başlayan hərc-mərcliklə bağlıdır. Onun ətrafına toplaşan adamların sayının artması, elan etdiyi dində ibadətin olmamağı, zinaya icazə verməsiylə əlaqəli idi. İslama uzun müddət ziyan vursa da Tüleyha müsəlman əsgəri kimi Qəzvində dünyasını dəyişib.

Cəlil Cavanşir

Ardı var...

İstifadə olunan ədəbiyyat:

1. Dr. Bahriye Üçok, “İslamdan Dönenler ve Yalancı Peygamberler”, “Ankara Universitesi basım evi -1967”

2. www.islamtarihi.org

Oxşar xəbərlər

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020