writer1

Sevda Sultanova

Məqalə sayı

796
clock15:18 calendar-gray 19 Mart 2013 view-gray1721 dəfə oxunub
view-gray1721 dəfə oxunub

“Ayrılıq”ların ustası

Sevda Sultanova

Aleksey Germana sonsuz sevgiylə...

“Müharibə nədir” sualının konkret cavabını rus-sovet rejissor Aleksey German (1938-2013) verir: “Müharibə ayrılıqdır”.

“Müharibəsiz 20 gün” filminin (1976) son səhnələrindən birində German ayrılığın təsvirini çəkir.

Ayrılıq, bir neçə dəqiqə sonra vidalaşacaq qadın və kişinin narahat, tərəddüdlü davranışında, bir – birindən qaçırdıqları ümidsiz, nigaran baxışlarında, qadının məyus yerişində reallaşır.

Bayaqdan “sən”lə danışan qadın və kişi ayrılıq öncəsi birdən-birə “siz”ə keçirlər.

Bilərəkdən yaratdıqları məsafəylə, “yadlaşma”yla sanki ayrılığın ağrısını azaltmağa çalışırlar.

Kişi cəbhəyə qayıtmalıdır. Onlar bir də görüşəcəklərmi? Cavabın əvəzində yalnız qeyri- müəyyənlik var.

İlk dəfə ayrılığın çılpaq mahiyyətini bu səhnəni izləyəndə dərk etdim.

Və həyatımda olub bitmiş ayrılıqlar Germanın ayrılıq şəkli ilə müqayisədə əhəmiyyətini itirdi.

Germanın filmləri hər şeydən əvvəl müəllifin portretini cızır.

Ən ali duyğuları, humanizmi bütün anlamıyla mahiyyətində daşıyan Germanın bu mənada kinoda rəqibsiz olduğunu düşünürəm.

Germanın kino məkanında müharibə yoxdur. Daha doğrusu, bu, bizim ənənəvi anlamda dərk etdiyimiz müharibə deyil. Onun kamerasındakı müharibə nəinki Böyük Vətən və İkinci Dünya müharibələrinin, ümumiyyətlə müharibə anlayışının sərhədlərini keçir, son dərəcə insani, vicdanlı, instinktiv, dünyəvi kontekstə transformasiya olur.

Müharibə meydanda yox, insanların içində gedir. Və German müharibənin ən müxtəlif, ən alt qatlarına enir, baş verənləri sənədli, realist kino dili ilə birbaşa tamaşaçının təhtəlşüuruna yeridir.

Onun müharibə filmlərində güllələr, pulemyotlar danışmır, vətəndaşlıq mövqeyi və ya vətən qarşısında borc önə çıxmır.

Təhkiyə fərdin iztirablarına, əbədi yorğunluğa, boşluğa yönəlib, ön plana onların ağrıları, itkiləri çıxır. Ərini (“Müharibəsiz 20 gün”) savaşda itirmiş qadın Tanrını köməyə çağırır. O, bu itkiylə necə yaşamalı, onu necə adlamalı və sonrakı həyatını necə qaydaya salmalı olduğunu bilmir.

Əhvalatlar bir az da fatalist əhval - ruhiyyəyə, çılpaq ekzistensializmə söykənir və istər-istəməz italyan filosofu Piko della Mirandolanı yada salır: “İnsan boşluqdur, absolyut heçdir”.

Hamının vaxtaşırı düşündüyü, ümidsizliyə qapıldığı anlar yenidən gəlir: “Həyatın mahiyyəti nədədir, yer üzünün vətənə, millətə, dinə bölünməsinə dəyərdimi, həqiqət hardadır, doğru yaşamaq nə deməkdir” və s.

Almanlara əsir düşüb, onlara işləyən, sonra geri sovet ordusuna dönən Lazarev də (“Yollarda sınaq” 1971) savaşdan yox, həyatın heçliyindən yorulub.

Həmvətənləri ondan niyə əks-cəbhəyə keçdiyini soruşanda cavab həyati, təbii olur: “Sadəcə, yaşamaq istəyirdim”.

Lazarev günahını döyüş tapşırığını yerinə yetirəndə ölərək yuyur.

German ittiham etmir, o, bütün dövrlər üçün aktual problemi araşdırır, tamaşaçıya anlatmağa çalışır: hamı qəhrəman ola bilməz, amansız reallıq və vətənpərvərlik ritorikası toqquşanda instinktlər danışır, ən çətin şərtlərdə kimin necə davranacağı, seçim qarşısında ləyaqətini qorumağa güc tapa bilib bilməyəcəyi sual altındadır və s.

Germanın ən sarsıdıcı filmlərindən biri Qriqoriy Aronovla birgə ekranlaşdırdığı “Yeddinci cisim” dramıdır.

Rusiyada 1918-ci il hadisələrini əhatə edən filmdə müasir dövrümüzlə səslənən çox məqam var.

Çar orusunun generalı, professor Adamovun (Andrey Popov) dramında rejissor siyasi konformizm və əxlaq məsələsini, siyasi sistemin dəyişdiyi zaman insanların düşdüyü ziddiyyətli durumu hədəfə alır.

Bolşeviklər Adamovla əməkdaşlığa dəvət edir, peşəkar biliklərindən yaralanır. Sonda Adamov ağlara əsir düşəndə onların əməkdaşlıq təklifini rədd edir: “Sizin orduda çalışmaq etik cəhətdən mənim üçün məqbul deyil”. Və bununla da ölümü seçir.

Ümumiyyətlə, Germanın filmləri obrazlarla zəngindir, o, dramaturji strukturda asan gəzişir, hər bir obrazı süjetin zəruri elementinə çevirir. Qapalı məkanda çətin, dolaşıq, mizan səhnələrində (bunun ən bariz örnəyi “Dostum İvan Lapşin”dir 1984 ) kamera bir personajdan digərinə sərbəst keçir, planlar hiss olunmadan dəyişir.

Ümidsizliyi, təkliyi təcəssüm etdirən boş məkanlar personajların əhvalı ilə orqanikləşir.

Germanın kino dili həm dokumental, həm italyan neorealizmi, həm də bu filmlərdən çox illər sonra yaranmış doqma estetikasının əlamətlərini ehtiva edir.

Filmoqrafiya:

“Yeddinci cisim” (Qriqoriy Aronovla birgə)

“Yollarda sınaq”

“Müharibəsiz 20 gün”

“Dostum İvan Lapşin”

“Xrsutalyov, maşına”

“Tanrı olmaq çətindir”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məktəbə 12 yaşında getdi, qardaşını ermənilər öldürdü, Stalinin təqibinə görə damarlarını kəsdi - Azərbaycanlı filosofun dəhşətli həyatı
15:02 03 Aprel 2020
Harri Potter onlayn təqdim edildi
14:15 03 Aprel 2020
Lağ-lağı ovqatı insanları tərk etmir – Qorxmaz Quliyev...
13:31 03 Aprel 2020
Bakıda uşaqlar üçün virtual sərgi
12:41 03 Aprel 2020
Koronavirusun bizə öyrətdiyi üç hikmət – Şərif Ağayar yazır...
12:03 03 Aprel 2020
“Baba, yaxın gəlmə!” - Kənddə karantin günləri - Ayxan Ayvaz yazır...
11:46 03 Aprel 2020
İTV "Aprel döyüşləri" barədə filmi efirə niyə buraxmadı?
11:18 03 Aprel 2020
Beynəlxalq Buker Mükafatının qısa siyahısı açıqlandı
10:45 03 Aprel 2020
Xalq artisti bir aylıq əmək haqqını fonda bağışladı
10:29 03 Aprel 2020
Aygün Kazımovadan 103 yaşlı nənəyə sürpriz
10:00 03 Aprel 2020
Ata-anasının çırağını söndürdü - Bircənin romanı
09:00 03 Aprel 2020
Kaliforniya Universitetinin professoru: “Azərbaycan həkimlərinə inanın!” – Sual-Cavab
06:25 03 Aprel 2020
Atatürkü “təhqir edən”, ölkədən qaçarkən öldürülən məşhur yazıçı – Həyat Hekayəti
21:00 02 Aprel 2020
Xalq artisti həmkarlarını tənqid atəşinə tutdu: "Belə şeyləri cılız görürəm"
18:51 02 Aprel 2020
Koronavirusa qeyri-adi münasibət - Fotolar
18:45 02 Aprel 2020
Görünmür qəlbinə taxdığın üzük - Yeni sevgi şeirləri
17:57 02 Aprel 2020
Bəhram Bağırzadə evdən müsabiqə keçirəcək
17:02 02 Aprel 2020
Bakıda onlayn sərgi
16:21 02 Aprel 2020
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları təqdim edilib
15:42 02 Aprel 2020
Koronavirus xəstələrinin kimliyi niyə açıqlanmır? - Psixoloqla aktual müsahibə
15:03 02 Aprel 2020