“Qoyun ovu”na çıxmış Murakami

“Qoyun ovu”na çıxmış Murakami
26 fevral 2013
# 11:51

Qərb ədəbiyyatında “repressiv tolerantlıq” deyilən dövr deyəsən bir qədər səngiyib. Ədəbi reputasiyası sarsılmaz olan yazıçılar var ki, internet erası onların oxucularını belə demək mümkünsə əsir götürür. Əlbəttə, tarix idarəolunmaz bir mexanizmdir, yazıçı tarixə güvənməməlidir, əksinə, onu qanadları altına almış sivilizasiyadan maksimum bəhrələnməlidir. Məsələn, yapon yazıçısı Xaruki Murakami kimi.

Murakami Yaponiyada qalsaydı, dünya onu tanımayacaqdı. O, öz vətənindən çıxmaqla həm də ədəbi anlamda dünyaya çıxdı, daha doğrusu, sıçrayış etdi. Murakaminin orijinallığı öz rasionallığı ilə seçilən bizim kimi zəmanə adamlarına ibrət olmalıydı. Murakamini indi bütün dünya oxuyur, o öz ədəbi reputasiyasından arxayındır, öz əsərlərində Qərb təfəkkür tərzi ilə yapon ruhunu ustalıqla qovuşdura bilən yazıçının əsərləri spirt kimi oxucunun sanki qanına işləyir, onun tarazlığını pozur, daxili aləmini təlatümə gətirir. Öz yaşam və yazı tərziylə o əvəzedilməzlik və zalımlıq prinsipini, bütpərəstlik ideyasını sarsıdıb.

Murakami fenomeni və onun qəfil sıçrayışını anlamaqdan ötrü Rünoske və Kavabatanı da gərək bir balaca anlaya biləsən, samurayların dostu- Ölümə vurğun iblis- Misimanı təfəkkür süzgəcindən keçirəsən. Murakami dünyanın astarını üzünə çevirməklə yaponların üzünə yeni dünyanın qapılarını açdı. Xüsusən, “Qoyun ovu” romanı ilə standart yapon düşüncə tərzinin çərçivələrini dağıtdı. Bu əsərdə insanın mənəvi axtarışlarının puçluğu ilə bağlı tikanlı pasajlar baş alıb gedir.

Mən onun bir neçə hekayəsini dilimizə çevirmişəm. “Sükut” hekayəsini çevirəndən sonra əməli-başlı bu yazıçının əsiri oldum. Tərcümə prosesində həzz aldığım çox az yazıçılardan biri, bəlkə də birincisi Murakamidir. Mistika ilə reallığın üzvi vəhdətini və bundan doğan məntiqi nəticəni yazıçı “Taksidə vampir” hekayəsində ustalıqla göstərə bilib. “İpanemalı qız” hekayəsində adidən adi bir əhvalat nəql olunur: ipanemalı qız altmış üçüncü ildə dəniz kənarında dayanıb dənizi seyr edirdi, indi isə səksən ikinci ildir və bu qız eynilə əvvəlki kimi, dənizə baxır, o heç qocalmayıb, oğlan isə qumluqda uzanıb pivə qurtumlayır. Aradakı zamanı yox edə bilmək məgər asandır? Murakami bunu edə bilib. Çox gözəl hekayədi, səhv etmirəmsə, İlqar Fəhmi onu bizim dilə tərcümə edib. Maraqlananlar tapıb oxusunlar, xüsusən də yenicə yazmağa başlayan yazarlar bu kiçik yazını hekayə dərsi kimi oxusalar, çox şey qazanarlar.

Bu orijinal yapon yazıçısının yaradıcılığında təkrar nüansa qəti rast gəlməzsən, o bir dəfə keçdiyi yerdən bir daha keçmir. Murakamiyə görə, yazarın orijinallığı onun öz ritmini, zümzüməsini tapmasından başlayır. Yazıçı öz ritmini tapa bilmirsə, istər-istəməz imitasiya başlayır. Bu isə çox təhlükəli bir haldır, sonda yazıçını məhvə aparır, mümkün qədər imitasiyadan qorunmaq lazımdır.

Bu günlərdə “Kafka sahildə” romanını oxudum və bu əsər haqda ayrıca yazı yazmağı düşünürəm. Murakamiyə yenə qayıdacağıq.

# 4141 dəfə oxunub

Oxşar xəbərlər

"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər