writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock11:41 calendar-gray 05 Fevral 2013 view-gray1829 dəfə oxunub
view-gray1829 dəfə oxunub

Kəndimizdəki insest abidəsi və başqa mətləblər

Bir kino lenti kimi keçib gedən son 20-25 ildə biz aşağılıq kompleksindən əziyyət çəkən, günahkar və qəhrəman axtaran, öz aləmimizdə düşməni asıb-kəsən, kiçik adamlardan böyük qəhrəman düzəldən xalqa çevrilmişik. Bizi düşünən, bizə dəstək olan heç kəs yoxdur. Biz qəfil qəzada əlil arabasına möhtac olmuş xəstə kimiyik. Pilləkənləri qalxmaq üçün gözlərimiz tanış birisini axtarır. Tariximizin bir çox məqamlarında həm özümüzə, həm də qonşularımıza düşmən və qənim kəsildik.

Yaşadığımız coğrafiyanı qisas, düşmənçilik və nifrət yuvasına döndərmişik. Tarixin müəyyən dönəmlərində erməniyə gah quldur, gah qapımızın nökəri, gah dost, gah da düşmən kimi baxmışıq. Hər kəsin qarşısında min illikləri əhatə edən tariximizdən ağzımız köpüklənə-köpüklənə danışıb, baş kəsib qan tökən fatehləri az qala tanrılaşdırmışıq. Qanı, ölümü, müharibəni, torpaq istilasını şərəfli bir şey kimi tariximizə qırmızı hərflərlə yazıb, övladlarımıza təbliğ eləmişik.

Nədənsə keçən əsrdən başlayaraq biz ancaq məğlubiyyət tariximizi yüksək səslə çığırırıq. Qəribədir, bütün xalqlarda olduğu kimi bizim də tariximizdə babalarımızın törətdiyi qəddar, amansız, qanlı və əxlaqsız hərəkətlər ört-basdır olunur. Guya biz dünyanın ən məsum və günahsız millətiyik. Mən bir şeyi anlamıram. Nə üçün türklərin qonşu torpaqlarını ələ keçirməsi “fəth”, qonşuların bizim torpaqları ələ keçirməsi “işğal” adlanır? Niyə qələbələri özümüzün haqqı, məğlubiyyətləri isə qonşunun günahı hesab edirik?

Araşdırdığım mənbələrə görə mənim doğulduğum kənddə 29 məscid olub. Kəndimizdən çoxlu din xadimləri, ziyalılar çıxıb. Dağılmış məscidlərin yeri, müqəddəslərin və övliyaların qəbri bir-ikisi istisna olmaqla çoxdan itib-batıb. Amma yeri gəldi-gəlmədi bütün kənd bilmədiyi tarixi ilə öyünür.

Kəndimizdə günahkarlıq abidəsi kimi, insestə görə daş-qalaq olunmuş bacı-qardaşın qəbri var. Sovet quruluşunun son illərinə qədər yaşlı kişilər ordan keçəndə daş atıb lənət oxuyarmış. Elə indi də bəzi qocalar o yeri lənətlə xatırlayır. Amma bir vacib məqamı da deyim ki, “Lənətləmə daşı”na daş atanların böyük əksəriyyəti nə üçün daş atdığını, kimə lənət oxuduğunu heç vaxt bilməyib.

Uşaq ağlımla anlaya bilmirdim ki, biz bu qədər kini bir ürəkdə necə daşıya bilirik. Əsrdən-əsrə ötürülən kin və nifrət bizi ancaq geri aparıb. Kor-koranə daş atıb lənət oxumuşuq.

20 ildir davamlı olaraq 20 yanvar, 26 fevral və 31 mart tarixlərində böyüklü-kiçikli ekran qarşısında əyləşib qətl edilmiş həmvətənlərimizin cəsədlərinə baxırıq. Körpələrimizi də yanımızda əyləşdirib mövsümi yasxana quran televiziyalarımızın ah-naləsinə qulaq asırıq. Dünyadan bixəbər övladlarımızın psixologiyasını zədələyib zombiləşdiririk. Onlara da qan, qisas, müharibə aşılayırıq.

Və bu ağlamağımızın, şüvənliyimizin adını utanmaz-utanmaz vətən sevgisi qoyuruq. Uşaqlarımıza ermənin zalım, başkəsən, qəddar olmasından danışırıq.

Əcəba Təbrizdə yağ qazanına atılanları, Qarabağda qala divarına hörülənləri, Şirvanda başı nizəyə keçirilənləri, Əlincədə gözləri oyulanları, Ərdəbildə şaqqalananları, Bakıda diri-diri daş bağlayıb dənizə atılanları və yüzlərlə bu cür qətliamı kimin ayağına yazaq? Məgər bu qırğınları ermənilər törədib? Yox! Sadaladıqlarım hamısı qardaş qırğınıdır və tarixi faktlarla isbat olunur. Elə isə niyə özümüzü məzlum kimi göstəririk?

1905-ci ildən 1920-ci ilə qədər düşmən olduğumuz ermənini sovet vaxtı bağrımıza basdıq, dostluq elədik, qardaş dedik. Sonra məlum hadisələr başladı və biz cəmi 80-90 il öncə baş verənləri yenidən xatırladıq. Dostumuz yenidən düşmən oldu. Yenidən qan töküldü, günahsız insanlar öldürüldü.

Kəndimizdə müharibədən xəbərsiz gəncləri küçədən avtobusa doldurub cəbhəyə aparırdılar və bir-iki ay sonra silahdan başı çıxmayan həmin gəncin ölüm xəbəri gəlirdi. Uşaqlığım ana fəryadlarını dinləməklə, məlum günlərdə şəhid həmkəndlilərimin məzarı üstündə şeir deməklə keçdi. Və günlərin bir günü düşmən cəbhədəkiləri düşündüm. Təsadüfən İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” əsərini oxudum və qeyri-adi məxluq kimi təsəvvür elədiyim erməninin də insan olduğunu anladım.(Əsəri oxuyanlar bilir ki, əsərdə erməni sədaqəti çox qabardılıb)

Zorla döyüşə aparılmış və öldürülmüş erməni anasının fəryadını hiss elədim bütün varlığımla...Görəsən ana fəryadından, gənc oğlunun dəlik-deşik cəsədini görən ananın göynərtisindən, acısından, ağrısından dəhşətli nə var bu dünyada? Türkün də, ermənin də anası eyni acıyla qıvrılmırmı? Ölüm hər iki tərəfdə ölüm deyilmi? Əgər eynidirsə nə üçün özümüzü məzlum və yazıq kimi göstəririk? Müharibədə öldürülən erməniləri dünyaya gətirən anaların acısını düşünmüsünüzmü heç? Nə üçün 25 ildir aşağılıq kompleksi ilə vay-şivən edirik? Müharibə aparan bir xalq kimi həm itki vermişik, həm də itkiyə uğratmışıq. Bu müharibənin amansız şərtləridir!

Ermənilərin günahsız körpələrə, dinc əhaliyə, qız-gəlinə tutduğu divanı dəfələrlə qabardıb özümüzü aşağılayırıq. Əsirlikdəki qız-gəlindən danışırıq, amma Dubaydakı, Türkiyədəki qız-gəlin haqqında susuruq. Məgər namus məsələsində erməni ilə ərəbin bir fərqi varmı? Satılan da, zorlanan da bizim namusumuz deyilmi?

Son günlər Əkrəm Əylisli kimi nəhəng bir yazıçının üstünə kor-koranə kütlənin hücuma keçməsi bir yazar kimi mənim vicdanımı sızladır. Əkrəm Əylislini satqınlıqda suçlayıb qulağının kəsilməsini, ölkədən çıxarılmasını, boynun vurulmasını, vətəndaşlığının əlindən alınmasını tələb edirlər. 75 yaşlı qocaman yazıçıya atmadıqları çamur qalmayıb. Hücum edənlərin böyük əksəriyyəti isə romanda yazılanlardan bixəbərdir. Yazıçını yazdığı əsərə görə daş-qalaq etmək ancaq bizim kimi lunatik kütlənin işidir. Yazıçı müharibənin də, soyqırımın da, qətliamların da fövqündə olmalıdır. Və Əkrəm Əylislini “Daş yuxuları” bu cür əsərlərdəndir.

Təhsili yerlərdə sürünən, kitabdan uzaq, kiçik bir poçt məmurunun belə rüşvət tələb etdiyi xalqın bu gün Əkrəm Əylislini söyməyə haqqı yoxdur. Gəlin əvvəlcə özümüzü düzəldək. Saxta tarixdən, rüşvətdən, kindən, nifrətdən və kütlə olmaqdan qurtulaq və sonra Əkrəm Əylislini ittiham edək.

Əkrəm Əylisli yazdıqlarında haqsız, ədalətsiz olsa belə onu linç eləyən kütlənin fövqündədir. O yazıçıdır. Bu gün onu daş-qalaq edən xalqın dilinin və ədəbiyyatının inkişafında onun misilsiz rolu var.

Biz Seyid Əzimi ahıl yaşında ayaqlayan, Sabiri vərəmlədən, Mirzə Cəlili çərlədən, Hadini yandıran, Müşfiqi gülləyə qurban verən kütləyik. Gəlin bu dəfə səbirli olaq, anlayış göstərək. Əkrəmə dəyməyək!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020