writer1

Sevda Sultanova

Məqalə sayı

874
clock12:59 calendar-gray 23 İyun 2021 view-gray793 dəfə oxunub
view-gray793 dəfə oxunub

Nazirlik Qarabağdan film çəkmək istəyirsə...

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadənin bir müddət öncə ARB kanalına verdiyi müsahibədə bu fikir diqqətimi aldı:

“Kinoindustriya sahəsi tarixi faktları, reallıqları bütün dünyaya çatdıracaq və yaddaşlarda yaşatmaq üçün çox önəmli vasitədir. Biz, kinoindustriya sahəsində cənab nazir TRT-nin rəhbərliyi ilə görüşmüşdük. Bildiyiniz kimi, bu sahədə TRT-nin çox geniş təcrübəsi var. Ələlxüsus da müharibə, savaş səhnələrinin canlandırılmasında çox böyük təcrübəsi var və kifayət qədər uğur qazanmışdı TRT-nin bu sahədə çalışan mütəxəssisləri”.

Azərbaycan kinosunda, indiyədək Qarabağla bağlı çəkilən uğursuz filmlərin üstünlük təşkil etməsinin və həmin məhsulların dünyaya çıxmamasının əsas səbəblərindən biri budur: kino sənətinə tarix dərsliyi kimi baxmaq, onu faktoloji, siyasi missiya ilə yükləmək cəhdi...

Belə bir yanlış yanaşma nazirliyin öncəki rəhbərliyinin kino siyasətində də vardı, deyəsən, hazırkı rəhbərlik də analoji yolla getmək niyyətindədir.

Əlbəttə, kino eyni zamanda güclü ideoloji alətdir. Lakin dünyaya çıxmağa iddialı olan filmdə ideoloji xətt önə çıxarsa, sənət tarixə, faktlara qurban verilərsə, o zaman həmin əsərin ölkə hüdudlarından kənara çıxması sıfıra bərabərdir...

Çağdaş kinoda müharibə hekayələrinin prioritet motivləri əsasən aşağıdakılardır:

- müharibənin əsgərlərə psixoloji təsiri, yaratdığı mənəvi çətinlik, mövcud durumu sorğulamağı.

- postmüharibə dövründə müharibə travmaları yaşayan insanlar.

- arxa cəbhədəki fərdin emosional durumu və gerçəkliyə müqaviməti.

Göründüyü kimi, müharibə mövzusu daha çox fərdin ekzistensial problemi kontekstində işlənir, əhvalat qəhrəmanlıq pafosu ilə yüklənmir, milli kimlik, coğrafi amil şərti qoyulur, ön plana müharibə və fərd qarşıdurmasının araşdırılması çıxarılır, idealizə olunan yox, ziddiyyətli, sorğulayan, şübhə edən qəhrəman obrazları yaradılır.

Savaş səhnələri isə sadəcə fondur və bir qayda olaraq, epizodik xarakter daşıyır. Yəni, biz tutalım kinoda əsgərimizin, zabitimizin qəhrəmanlığını tərənnüm etsək, ideal obrazını yaratsaq, süjeti döyüş səhnələri üzərində qursaq, o əsər ölkədən kənarda kiməsə maraqlı olmayacaq.

Çünki kino sənəti, həmçinin, müharibə filmləri hər şeydən əvvəl suallar qoymağı bacarmalı və universal dəyərlərə söykənməlidir. Ki, dünyanın istənilən nöqtəsində yaşayan birinə emosional təsir edə bilsin. Ona görə, tarixi həqiqətlərin ekrana gətirliməsinə yox, bu tarixi həqiqətlərin təsirli bədii həllinə nail olmalı və onu fərdlərin həyatında ümumiləşdirməyi bacarmalıyıq. Qarabağ həqiqətlərinin kinoda əksi bu halda effektli ola bilər.

Bir də nəzərə almaq lazımdır ki, müharibə mövzusu kinoda tükədilib. Bu mövzuda film çəkmək risklidir. Hətta Sem Mendesin Hollivudun ənənəvi ekşn estetikasına köklənən “1917”-ci il filmində belə müharibə dekorativ alınıb.

“Türk kino mütəxəssislərinin savaş səhnələrinin canlandırılmasında çox böyük təcrübəsi var” fikrinə gəlincə, çox adam düşünür ki, müharibə filmi mütləq şəkildə döyüş səhnələrindən, atışmalardan ibarət olmalıdır. Bunlarsız müharibə filmi mövcud ola bilməz. Şübhəsiz, bu, məsələyə dar çərçivədən baxışdır. Peşəkar döyüş, savaş səhnələrinin təsviri müharibə filmlərində başlıca şərt deyil, hətta heç şərt deyil. Dünya kino təcrübəsi sübut edir ki, ən dərin duyğular, müharibənin ağrısı batal yox, məişət təsvirlərində, fərdlərin mənəvi-ruhi vəziyyətində daha dəqiq əksini tapır. Təklif edirəm ki, nazirlik türk kino mütəxəssislərindən savaş səhnələrinin necə qurulmasını öyrənmək yerinə kinomuzun daha önəmli problemlərinə diqqət ayırsın.

Misal üçün, kinomuzun ən ciddi problemlərindən biri ssenaridir. İndi ən yaxşı müharibə filmləri çəkən keçmiş Yuqoslaviya ölkələrinin, İsrail kinematoqrafçılarının burda ssenari dərslərini təşkil etmək olardı. Həm də nəzərə alsaq ki, müharibə onların əksərinin şəxsi təcrübəsidir.

Bundan başqa, kino şöbəsi Qarabağ haqda uğurlu film çəkməyə iddialıdırsa, müharibə ilə bağlı gerçək hekayələri toplasın, hətta bu prosesi sənədli film formatında lentə alsın, mövzuya dair əhəmiyyətli ssenari fondu formalaşdırsın.

Ayrıca, rejissorlarımızın döyüş səhnələrini öyrənməsinə ehtiyacı yoxdur. Özümüzün müharibə kinosu ənənəmiz var: “Uzaq sahillərdə”, “Babək”, “Mən sizi dünyalar qədər sevirdim”, “Fəryad”, “Dolu”, “Yarımçıq xatirələr”...

Bədii filmdə sənədli kadrlardan istifadə edilməsi belə keçərlidir. Yetər ki, nazirlik düzgün kino siyasəti qursun, kinonun zəif nöqtələrini doğru yerdə axtarsın. Və istedadlı, peşəkar rejissorlara meydan versin.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Rəsulzadə haqda kitabın təqdimatı olub
15:28 25 İyul 2021
Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
12:53 25 İyul 2021
Şukşinin hekayəsi: "Barmaqsız" – Dilimizdə ilk dəfə
10:30 25 İyul 2021
Xalq artisti vəfat edib
18:42 24 İyul 2021
Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
17:18 24 İyul 2021
Göy üzü ərşə qalxan əzablarla doludu – Salam Sarvandan şeirlər
16:30 24 İyul 2021
Mədəniyyət naziri Reza Deqati ilə görüşüb
15:27 24 İyul 2021
Həmid Piriyevin yeni kitabı çıxdı
14:45 24 İyul 2021
Mədəniyyət Nazirliyi Televiziya kanalları ilə iclas keçirib
13:41 24 İyul 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
12:30 24 İyul 2021
Azərbaycanlı gənc müğənni qəflətən öldü - Foto
11:32 24 İyul 2021
Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...
10:31 24 İyul 2021
100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
09:00 24 İyul 2021
Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar
21:00 23 İyul 2021
“Cırtdan” tamaşası onlayn göstəriləcək
19:00 23 İyul 2021
Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
18:30 23 İyul 2021
Aktrisa “Sənətkar” medalına layiq görüldü
17:30 23 İyul 2021
Köhnə məhəbbətin qız tanışları...
16:40 23 İyul 2021
Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
16:01 23 İyul 2021
“Nizaminin süjet və obrazları” adlı sərgi açılıb
15:15 23 İyul 2021